QanunvericilikAzərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi › Maddə 49

Maddə 49. Tikintinin podratçısı

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

49.1. Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və tikinti fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər podratçı ola bilərlər. Podratçı qanunvericiliyə və tikintinin sifarişçisi ilə bağladığı müqaviləyə uyğun fəaliyyət göstərir. Podratçı tikinti ilə bağlı işlərin yerinə yetirilməsinə subpodratçı cəlb edə bilər.

49.2. Podratçı:

49.2.1. tikintinin rəhbərini təyin edir, tikinti layihəsi əsasında tikinti işlərinin yerinə yetirilməsi layihəsini hazırlayır;

49.2.2. tikintinin və tikinti-quraşdırma işlərinin layihəyə uyğun olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilməklə həyata keçirilməsini təmin edir və buna görə cavabdehlik daşıyır;

49.2.3. tikintiyə daxili əməliyyat nəzarətinin həyata keçirilməsini təmin edir;

49.2.4. tikinti meydançasında yanğın təhlükəsizliyini, təhlükəsiz əmək və zəruri sanitariya-gigiyena şəraitini, tikinti meydançasında və bitişik ərazilərdə ətraf mühitin mühafizəsini, tikinti meydançasının bilavasitə yaxınlığında yaşayan, istirahət edən və ya hərəkət edən insanların tikinti işləri ilə bağlı yarana bilən təhlükələrdən müdafiəsini təmin edir;

49.2.5. tikinti müddətində tikinti meydançasının mühafizəsini təşkil edir, tikinti texnikasının və mexanizmlərinin təhlükəsiz istismarını təmin edir;

49.2.6. dövlət nəzarətinin, texniki nəzarətin və müəllif nəzarətinin həyata keçirilməsi zamanı tikintidə aşkar olunmuş qüsurları və pozuntuları aradan q Maddə ….

2.6. dövlət nəzarətinin, texniki nəzarətin və müəllif nəzarətinin həyata keçirilməsi zamanı tikintidə aşkar olunmuş qüsurları və pozuntuları aradan qaldırır;

49.2.7. tikinti işlərinin həyata keçirilməsi ilə bağlı şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş müvafiq sənədləri tərtib edir;

49.2.8. səs-küyün, vibrasiyanın, hava çirklənməsinin və digər təsirlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyənləşdirilmiş həddin keçməməsini təmin edir;

49.2.9. tikinti meydançasında və bitişik ərazilərdə tikinti ilə əlaqədar xəsarət alanlara ilkin tibbi yardım göstərilməsini təmin edir;

49.2.10. qəzaların qarşısının alınması üçün tələb olunan tədbirləri görür;

49.2.11. qəza haqqında müvafiq icra hakimiyyəti orqanına (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda isə həmçinin onun yaratdığı quruma ), sifarişçiyə və layihəçiyə dərhal məlumat verir və qəzanın səbəblərinin araşdırılması məqsədilə qəza ərazisinin mühafizəsini təmin edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver