6.0. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində bələdiyyələrin səlahiyyətlərinə aşağıdakılar aiddir:
6.0.1. bələdiyyə ərazisində ərazi planlaşdırılmasını təşkil etmək, həmin ərazilərin sosial, mühəndis-kommunikasiya təminatı sisteminin və infrastrukturun yaradılmasında və inkişafında iştirak etmək;
6.0.2. bələdiyyə ərazisində bələdiyyənin sifarişi ilə tikilən tikinti layihələrinin həyata keçirilməsini təşkil etmək;
6.0.3. bələdiyyə ərazilərində tikinti işlərinin aparılması ilə əlaqədar yerli infrastrukturun inkişafı üçün tələb olunan maliyyə vəsaitlərini müəyyən etmək və ayırmaq;
6.0.4. bələdiyyə ərazilərində aparılan tikintilərə dair məlumat bazası yaratmaq. 3-cü fəsil Şəhərsalma və tikinti fəaliyyətinin əsas prinsipləri