62.1. Pilləkənlər, pilləkən qəfəsləri, alaqapı çıxış və girişləri, dəhlizlər, açıq keçidlər, rampalar və liftlər hərəkət üçün rahat və təhlükəsiz olmalıdır və onlardan əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşma təmin edilməlidir. Həmin elementlər ehtimal edilən hərəkət sıxlığı üçün yetərli miqdarda quraşdırılmalı və təxliyə tədbirlərinin həyata keçirilməsi üçün əlverişli olmalıdır.
62.2. Yaşayış binalarının hər mərtəbəsinə azı bir, digər ictimai binaların hər mərtəbəsinə isə iki pilləkən (məcburi pilləkən) vasitəsi ilə giriş nəzərdə tutulmalıdır. Məcburi pilləkənlərin əvəzində siyirtmə (açılıb bağlanan) pilləkənlərin və ya eskalatorların istifadəsinə yol verilmir. Həmin pilləkənlərin əvəzində rampalar istifadə oluna bilər.
62.3. Bu Məcəllənin 62.2-ci maddəsində göstərilən məcburi pilləkən birbaşa pilləkən qəfəsində nəzərdə tutulmalıdır. Bu tələb üç mərtəbəyədək yaşayış evlərinə və iki səviyyəli mənzillərə, iki mərtəbədən və iki mənzildən ibarət yaşayış binalarına, kənd və ya meşə təsərrüfatı təyinatlı binalara şamil olunmur.
62.4. Birinci mərtəbəsinin döşəməsindən sonuncu mərtəbəsinin döşəməsinə qədər hündürlüyü 11,2 metrdən çox olan yaşayış binalarında həmçinin liftlər quraşdırılır. Liftlər təhlükəsizlik tədbirlərinə əməl edilməklə quraşdırılmalı və istifadə zamanı təhlükə yaranmasının qarşısını alan keyfiyyətə malik olmalıdır. Liftlərin yer Maddə … lükəsizlik tədbirlərinə əməl edilməklə quraşdırılmalı və istifadə zamanı təhlükə yaranmasının qarşısını alan keyfiyyətə malik olmalıdır. Liftlərin yerləşdiyi obyektlərin sahibləri bu qurğuları saz vəziyyətdə saxlamağa borcludurlar.