66.1. Tikilib abadlaşdırılmış ərazilərdə tikintinin həyata keçirilməsi nəzərdə tutulduğu hallarda sifarişçi, layihəçi və podratçı bitişik və qonşu obyektlərdə, habelə həmin obyektlərin elementlərində deformasiya və zədələnmənin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməli və həmin obyektlərin normal fəaliyyət rejimini təmin etməlidirlər.
66.2. Tikilib abadlaşdırılmış ərazilərdə tikintinin aparılması üçün mühəndis-axtarış işləri yerinə yetirilərkən bitişik (yanaşı) və qonşu binaların yükdaşıyan konstruksiyaları ətraflı öyrənilməli, planlaşdırılan tikintinin mövcud obyektlərə potensial təsiri qiymətləndirilməli və sənədləşdirilməlidir.
66.3. Mühəndis-axtarış işlərinin nəticələrinə əsasən tikinti zamanı bitişik və qonşu obyektlərin texniki vəziyyətinə daimi müşahidə ilə bağlı tədbirlər tikinti layihəsində nəzərdə tutulmalıdır. Deformasiya (zədələnmə) aşkar edildikdə, podratçı tikinti işlərini dərhal dayandıraraq, bu barədə sifarişçiyə, layihəçiyə və müvafiq icra hakimiyyəti orqanına (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda isə həmçinin onun yaratdığı quruma ) məlumat verməlidir. 12-ci fəsil Tikintidə təhlükəsizlik