QanunvericilikAzərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi › Maddə 81

Maddə 81. Reklam qurğularının tikintisinə icazənin verilməsi

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

81.1. Açıq məkanda reklam yerləşdirilməsi üçün nəzərdə tutulmuş sahəsi (çoxtərəfli qurğularda isə bir tərəfin sahəsi) 60 kvadratmetr və ya bundan çox təşkil edən reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum verir. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

81.1.1. sifarişçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarış;

81.1.2. sifarişçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsi;

81.1.3. reklam qurğusunun yerləşəcəyi daşınmaz əmlak üzərində mülkiyyət hüququnu, yaxud “ Reklam haqqında ” Azərbaycan Respublikası Qanununun 26.2-2-ci maddəsinə uyğun olaraq, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd;

81.1.4. reklam qurğusunun tikinti sxemi;

81.1.5. tikinti işlərinin təsviri;

81.1.6. reklam qurğusunun yerləşəcəyi (əgər qurğu daşınmaz əmlak üzərində yerləşdiriləcəksə) ərazinin rəngli fotosu və vəziyyət planı. 81.1-1. Bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməs Maddə … əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir.

81.2. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum reklam qurğularının tikintisinə icazənin verilməsi ilə bağlı bu Məcəllənin 75.4-cü, 75.5-ci, 75.9-75.11-ci, 75.14-cü və 82.1-ci maddələrində nəzərdə tutulmuş tədbirləri görür.

81.3. Bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş reklam qurğularının tikintisi şəhərsalma və tikintiyə dair normativ sənədlərə (o cümlədən “ Reklam haqqında ” Azərbaycan Respublikasının Qanununa və ona uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktlara, Şuşa şəhərinin ərazisində, həmçinin “ Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında ” Azərbaycan Respublikasının Qanununa ) uyğun olaraq aparılır.

81.4. Tikintiyə icazənin, bu Məcəllənin 81.1.4-cü və 81.1.5-ci maddələrində nəzərdə tutulmuş sənədlərin bir nüsxəsi müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumda saxlanılır.

81.5. Reklam qurğularının tikintisinə icazə icraatı üzrə bu Məcəllənin 81.1-ci və 81.2-ci maddələri ilə müəyyən edilən hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Maddə … nin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver