QanunvericilikAzərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi › Maddə 90

Maddə 90. Tikinti layihələrinin ekspertizadan keçirilməsi

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

90.1. Təqdim olunmuş tikinti layihələrinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğu ilə bağlı iradlar olduqda, ekspertiza müəssisəsi həmin iradların aradan qaldırılması üçün birbaşa sifarişçiyə müraciət edir. Birbaşa müraciətdə göstərilən iradlar 10 gün müddətində aradan qaldırılmadıqda ekspertiza müəssisəsi tərəfindən əsaslandırılmaqla rəy verilir və müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma göndərilir.

90.2. Tikinti layihələri ekspertiza müəssisəsi tərəfindən 20 gün müddətində ekspertizadan keçirilir. Siyahısı tikinti layihələrinin ekspertizadan keçirilməsi qaydalarında müəyyən edilən mürəkkəb-texniki və ya təhlükə potensiallı obyektlərin, komplekslərin və bu qəbildən olan başqa tikinti obyektlərinin layihələrinin ekspertizadan keçirilməsi müddəti 3 ayadək uzadılır. Bu Məcəllənin 90.1-ci maddəsinin birinci cümləsinə müvafiq olaraq ekspertiza müəssisəsi iradların aradan qaldırılması üçün birbaşa sifarişçiyə müraciət etdiyi hallarda tikinti layihələrinin ekspertizadan keçirilməsi müddətlərinin axını 10 günədək dayandırılır.

90.3. Ekspertizanın nəticəsinə dair ekspert rəyi bu Məcəllənin 90.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq müddət ərzində tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma təqdim olunur.

90.4. Tikinti layihələrinin ekspertizadan keçirilməsi qaydal Maddə … miyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma təqdim olunur.

90.4. Tikinti layihələrinin ekspertizadan keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver