Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 5.1.9-cu maddəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 noyabr tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 17-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası qərara alır:
1. “Şəhərsalma və tikintiyə dair normativ sənədlərin işlənib hazırlanmasının ehtimal olunan qiymətinin müəyyən edilməsi üçün metodiki Göstərişlər” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarla təsdiq olunmuş texniki normativ hüquqi akt Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
3. Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinə (G.B.Əliyeva) və Hüquq və daxili nəzarət şöbəsinə (N.R.Mehtiyev) tapşırılsın ki, bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş texniki normativ hüquqi aktın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.
4. Qərarın icrasına nəzarət Aparatın rəhbərinə (R.S.İsmayılov) həvalə edilsin.
1.1. “Şəhərsalma və tikintiyə dair normativ sənədlərin (texniki normativ hüquqi aktların) işlənib hazırlanmasının ehtimal olunan qiymətinin müəyyən edilməsi üçün metodiki Göstərişlər” (bundan sonra - Göstərişlər) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 5.1.9-cu maddəsinin icrası ilə bağlı hazırlanmışdır.
1.2. Bu Göstərişlər şəhərsalma və tikintiyə dair yeni normativ sənədlərin (bundan sonra - normativ sənədlər) işlənib hazırlanması, normativ sənədlərin ekspertizası, eləcə də mövcud normativ sənədə dəyişikliklərin edilməsi işlərinin ehtimal olunan qiymətinin müəyyən edilməsi məqsədilə tətbiq edilir.
1.3. Normativ sənədlərin işlənib hazırlanmasının ehtimal olunan qiyməti, bu sənədlərin işlənib hazırlanmasına sərf olunan əmək tutumunun baza göstəriciləri, ölkə ərazisində tikinti kompleksində çalışan işçilərin Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən müəyyən edilən orta əmək haqlarının səviyyəsi (bundan sonra – orta aylıq əmək haqqı), icraçı təşkilatların üstəlik xərcləri və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş icbari ödənişlər əsasında müəyyən edilir.
Şəhərsalma və tikintiyə dair normativ sənədlərin hazırlanmasının ehtimal olunan qiymətinin müəyyən edilməsi zamanı aşağıdakı əsas anlayışlardan istifadə edilir:
2.1. müəllif vərəqi – standart A4 vərəqlərində 12 nömrəli şrift ilə (sətirarası interval - 1,5) yığılmış 24 səhifəlik mətn;
2.2. texniki tapşırıq – normativ sənədin işlənib hazırlanmasına sifarişçi tərəfindən olan tələbləri əks etdirən və icraçı təşkilatla razılaşdırılmış sənəd;
2.3. icraçı təşkilat – sifarişçi ilə bağlanılmış müqaviləyə əsasən normativ sənədin işlənib hazırlanması işlərini icra edən təşkilat;
2.4. aidiyyəti təşkilatlar – normativ sənədin razılaşdırılmasına dair texniki tapşırıqda qeyd edilmiş təşkilatlar;
2.5. əməktutumu – normativ sənədin işlənib hazırlanması (eləcə də mövcud normativ sənədlərin əvəz edilməsi və yaxud bu sənədlərə müvafiq düzəlişlərin edilməsi) üçün zəruri olan iş vaxtına sərf edilən əmək məsrəfləri (işçi/saat);
2.6. üstəlik xərclər – normativ sənədin işlənib hazırlanması ilə məşğul olan təşkilatların bu sənədin işləndiyi dövrdən əvvəlki il üzrə icraçı təşkilatın, o cümlədən idarəetmə aparatının saxlanılması məsrəflərindən ibarət xərclər;
2.7. α əmsalı – normativ sənədin həcmindən və növündən asılı olaraq bu sənədin işlənib hazırlanmasının ehtimal olunan dəyərini hesablamaq üçün tətbiq edilən əmsal.
3. Şəhərsalma və tikintiyə dair normativ sənədlərin hazırlanması müddətinin və əməktutumunun müəyyən edilməsi
3.1. Normativ sənədlərin hazırlanmasının əməktutumu həmin sənədin hazırlanması üçün yerinə yetirilən iş mərhələlərinə sərf olunan vaxt (adam/gün və ya iş saatları) ilə müəyyən edilir.
3.2. Normativ sənədin hazırlanması üçün iş növlərinin və mərhələlərinin əməktutumunun baza göstəriciləri iş mərhələlərinin mürəkkəbliyinə dair qiymətləndirilməyə əsaslanır.
3.3 Normativ sənədin hazırlanması və qüvvədə olan normativ sənədin yenidən baxılması üçün aşağıdakı iş mərhələləri müəyyən edilir:
- texniki tapşırığın işlənilməsi, tərtibi, razılaşdırılması və təsdiq olunması;
- sənədin layihəsinin birinci redaksiyasının işlənilməsi və onun rəy alınması üçün aidiyyəti təşkilatlara göndərilməsi;
- rəylərə baxılması, rəylərin məlumat vərəqəsinin hazırlanması, sənədin sonuncu redaksiyasının işlənilməsi;
- sənədin razılaşdırılması və təsdiqə göndərilməsi.
Qüvvədə olan normativ sənədin yoxlanılması (zəruri) iki mərhələdən ibarətdir:
- yoxlamanın (zəruri ekspertizanın) təşkili;
- yoxlamanın (zəruri ekspertizanın) aparılması.
3.4. Normativ sənədin işlənilməsi və ya qüvvədə olan normativ sənədə yenidən baxılması, yoxlanılması üzrə işlərin növləri və mərhələlərin əməktutumunun göstəriciləri cədvəl 3.1 və cədvəl 3.2-də verilir.
Texniki tapşırığın işlənilməsi, tərtibi, razılaşdırılması və təsdiqinin təşkili:
İşin həcminin, icra müddətinin və onun dəyərinin müəyyən edilməsi, o cümlədən müqavilənin hazırlanması və bağlanması.
Yerli və xarici normativ sənədlərin, texniki normativ və elmi məlumatların araşdırılması və təhlili.
Xarici normativ sənədlərin tərcüməsi.
Texniki tapşırığın layihəsinin işlənib hazırlanması və razılaşdırılması və təsdiq edilməsi
Normativ sənədin 1-ci redaksiyasının hazırlanması və rəy alınması üçün göndərilməsi:
Layihənin əlyazmasının birinci redaksiyasının və qrafik materialların hazırlanması.
Layihənin 1-ci redaksiyasının tərtibi.
Layihənin 1-ci redaksiyasının izahat vərəqəsinin tərtib edilməsi.
Normativ sənədin layihəsinə təşkilatın elmi-texniki şurasında baxılması.
Layihənin 1-ci redaksiyasının nüsxələrinin artırılaraq rəyə göndərilməsi.
Təhvil-təslim aktının hazırlanması və layihənin 1-ci redaksiyasının Sifarişçiyə təqdim edilməsi.
Alınmış rəylərə baxılması, rəylərin məlumat vərəqəsinin hazırlanması və normativ sənədin son redaksiyasının işlənilməsi:
Rəylərin təqdimatının təşkili.
Rəylərin ümumiləşdirilməsi və təhlili.
Rəylərin məlumat vərəqələrinin (müqayisəli cədvəlinin) tərtib edilməsi.
Sonuncu redaksiyanın işlənilməsi.
Sonuncu redaksiyanın tərtib edilməsi.
İzahat yazısının dəqiqləşdirilməsi.
Sənədin redaktə olunması
Metroloji ekspertizanın aparılması
Sifarişçiyə sonuncu redaksiyanın və rəylərin məlumat vərəqələrinin təqdim olunması, təhvil-təslim aktlarının tərtib olunması.
Normativ sənədin layihəsinin razılaşdırılması və təsdiq olunması:
Normativ sənədin sonuncu redaksiyasının müzakirəsi və razılaşdırılması.
Sənədlərin təsdiq olunması ücün sifarişçiyə təqdim olunması, təhvil-təslim aktlarının hazırlanması.
3.5. Normativ sənədin işlənilməsinin, yenidən baxılması və zəruri ekspertizasının baza əməktutumu, sənədin növü, həcmi, işin müddəti və işçi qrupun ixtisas tərkibi nəzərə alınmaqla müəyyən edilir.
3.6. Normativ sənədin işlənilməsi müddəti cədvəl 3.3-ə uyğun müəyyən edilir.
3.7. Normativ sənədin hazırlanmasının baza əməktutumu işçilərin ixtisas tərkibinə görə müəyyən edilir:
- işin elmi rəhbəri - elmi dərəcəsi olan elmi işçi və ya normativ sənədin işlənilməsində 10 il təcrübəyə malik mütəxəssis – 1 nəfər;
- baş elmi işçi (baş mütəxəssis) – normativ sənədin işlənilməsində 5 il təcrübəsi olan mütəxəssis - 2 nəfər;
- aparıcı elmi işçi (aparıcı mütəxəssis) – 2 nəfər;
- kiçik elmi işçi (mütəxəssis) – 2 nəfər.
Normativ sənədin yoxlanılmasının (zəruri ekspertiza) təşkili:
Sifarişçi ilə işi icra edən təşkilatlar arasında razılaşdırmanın aparılması.
İşin həcminin, icra müddətinin və dəyərinin müəyyən edilməsi, o cümlədən müqavilələrin hazırlanması və bağlanması.
Normativ sənədin yoxlanılmasının aparılması
Normativ sənədin (zəruri ekspertiza) təhlili:
Hazırlanmaqda olan normativ sənədin mövzusuna uyğun layihə konstruktor və texnoloji sənədlərin, yerli və xarici texniki normativlərin, elmi məlumatların axtarışı və təhlili.
Xarici normativ sənədlərin tərcüməsi (zərurət yarandıqda).
Normalaşdırma obyekti üzrə qabaqcıl təşkilatların istehsalat təcrübəsinin öyrənilməsi və təhlili.
Yoxlanılan normativ sənədin tələblərinin (göstəricilər, normalar, qaydalar, xassələr, terminlər və təriflər, işarələr, metodlar, fiziki kəmiyyətlərin ölçü vahidləri) qüvvədə olan qanunvericiliyə, elmi-texniki nailiyyətlərə, qabaqcıl istehsalat təcrübəsinə, dövlətlərarası və beynəlxalq normalara, sifarişçinin tələblərinə uyğunluğunun təhlili.
Məhsulun sertifikatlaşdırılması və sınaq nəticələrinin, aidiyyəti təşkilatların və müəssisələrin təkliflərinin təhlili
Normativ sənədin yoxlanılması və onun elmi-texniki səviyyəsinin qiymətləndirilməsi barədə aktın və sənədin sonrakı istifadəsi ilə bağlı təkliflərin hazırlanması.
Yoxlanma aktının aidiyyəti təşkilatlarla və müəssisələrlə razılaşdırılması, yaranan fikir ayrılığına görə protokolun tərtibi.
İşlərin təhvil-təslim aktının hazırlanması və onun yoxlama aktı ilə birlikdə təsdiq olunması üçün sifarişçiyə təqdim olunması.
3.8. Normativ sənədin hazırlanmasının mürəkkəbliyindən, sənədin növündən, işin icra müddətindən, mürəkkəblik və işçi qrupun ixtisas tərkibindən asılı olaraq bir müəllif vərəqi üçün baza əməktutumunun göstəriciləri cədvəl 3.4-də verilmişdir.
3.9. Normativ sənədin bir müəllif vərəqi həcmində yoxlanılmasının (zəruri ekspertizasının) baza əməktutumunun göstəriciləri cədvəl 3.5-də verilmişdir.
3.10. Normativ sənədin həcmini nəzərə alan əmsalların qiymətləri cədvəl 3.6-da verilmişdir.
işlənilmə müddəti, ay ilə
1. Texniki tapşırığın işlənilməsi, tərtibi, razılaşdırılması və təsdiqi
2.Normativ sənədin 1-ci redaksiyasının layihəsinin hazırlanması və rəylər alınması üçün göndərilməsi
3.Rəylərin baxılması, rəylərin məlumat vərəqəsinin hazırlanması, Normativ sənədin redaksiyasının hazırlanması
4.Normativ sənədin razılaşdırılması və təsdiq olunması üçün təqdim olunması
Normativ sənəd ilk dəfə işlənilib hazırlanır
Normativ sənəd qüvvədə olan normativ sənədi əvəzləmək üçün işlənilib hazırlanır
Qüvvədə olan normativ sənəddə dəyişikliklər aparılır
Normativ sənəd ilk dəfə işlənilib hazırlanır
Normativ sənəd qüvvədə olan normativ sənədin əvəzinə işlənilib hazırlanır
Qüvvədə olan normativ sənəddə dəyişikliklər aparılır
Texniki şərtlər, Qaydalar, Göstərişlər, Təlimatlar
Sənədin, müəllif vərəqlərinin həcmi
Cədvəl 3.6-nın davamı
Qeyd: Normativ sənədin həcminin aralıq qiymətlərində əmsalının qiyməti interpolyasiya metodu ilə müəyyənləşdirilir.
3.11. Normativ sənədlərin yaradılmasında işin əmək tutumuna təsir edən və bu normativ sənəddə nəzərə alınmayan digər amillər olduqda müvafiq əsaslandırma ilə sənədin hazırlanması mərhələlərinin əmək tutumunun əlavə dəyərlərinin tətbiq edilməsinə yol verilir.
4. Normativ sənədin hazırlanması dəyərinin müəyyən edilməsi
4.1. Normativ sənədin bütün növlərinin işlənilib hazırlanması dəyərinin müəyyən edilməsi üçün ilkin (başlanğıc) göstəricilər aşağdakılardır:
· bu göstərişlərin 3-cü bölməsinə müvafiq olaraq müəyyən edilən əməktutumunun həcmi;
· qanunvericilikdə nəzərdə tutulmuş icbari ödənişlər;
· icraçı təşkilatın, o cümlədən idarəetmə aparatının saxlanılmasına çəkilən xərclər;
4.2. Normativ sənədin hazırlanması sifarişçi təşkilatla birbaşa müqavilə üzrə icraçı təşkilat tərəfindən həyata keçirildiyi təqdirdə, ümumi dəyər (D) aşağıdakı düstur əsasında müəyyən edilir:
burada Dt - icraçı tərəfdən görülən işlərin dəyəri, manat;
Drəy - rəylərin ödənilməsinə çəkilən xərclər, manat;
KƏDV - 1,18 - əlavə dəyər vergisini nəzərə alan əmsal Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq olunur.
4.3. İcraçı təşkilat tərəfindən yerinə yetirilən işlərin dəyəri aşağıdakı düstur əsasında müəyyən edilir:
burada - tikinti kompleksində çalışan işçilərin orta aylıq əmək haqqı, 1 adam üçün manat (Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən qəbul edilir);
- normativ sənədin hazırlanmasının baza əməktutumu, adam-gün (cədvəl 3.4);
- sənədin həcmini nəzərə alan əmsal (cədvəl 3.6);
S – bir ayda iş günlərinin orta sayı (hər ilə uyğun dəqiqləşdirilir);
Öm - qüvvədə olan qanunvericiliklə müəyyən edilən icbari ödənişlər;
Öi – icraçıların əmək haqqı fondundan idarəetmə aparatının saxlanılması, üstəlik və istismar xərcləri üçün ayırmalar, bir vahiddəki hissə.
4.4. Normativ sənədin sifarişçi təşkilatla birbaşa müqavilə əsasında hazırlanarsa rəylərin ödənilməsinə çəkilən xərclər, Drəy (manat) aşağıdakı düstur ilə müəyyən edilir:
burada - tikinti kompleksində çalışan işçilərin orta aylıq əmək haqqı, 1 adam üçün manat;
4.5. Normativ sənədin yoxlanılmasının (zəruri ekspertizanın aparılması) dəyəri aşağıdakı düstur əsasında müəyyən edilir:
burada, Əor - orta aylıq əmək haqqı;
Ət - normativ sənədin yoxlanması (elmi-texniki ekspertizası) üzrə işlərin baza əməktutumu adam/gün (cədvəl 3.5);
- sənədin həcmini nəzərə alan əmsal (cədvəl 3.6);
4.6. Normativ sənədin yaradılması xərclərinin hesablanması nümunələri Əlavə A-da verilmişdir.
Normativ sənədin hazırlanma dəyərinin hesablanması nümunələri
1. Şəhərsalma və tikintiyə dair yeni normativ sənədin hazırlanması üçün ehtimal olunan dəyərin hesablanması:
Normativ sənədin dəyəri sifarişçi təşkilatla bağlanan birbaşa müqavilə üzrə icraçı təşkilat tərəfindən həyata keçirilir.
Sənədin növü – Tikinti norması
Mürəkkəblik xarakteristikası – normativ sənəd ilk dəfə işlənib hazırlanır.
Mürəkkəblik əmsalı – 1,0.
Normativ sənədin həcmi – bir müəllif vərəqi – 24 səhifə.
İlkin məlumatlar 1a cədvəlində verilmişdir.
1. tikinti kompleksində çalışan işçilərin orta aylıq əmək haqqı (Əor), manat
2. Tikinti normasının hazırlanmasının baza əməktutumu (Ət), adam-gün
3. Sənədin həcmini nəzərə alan əmsal (a)
4. Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun icbari ödənişlər, (22% sosial sığorta, 0.5% işsizlik və 2 % tibbi sığorta) (Öm), hissə vahidi bazasında tikinti norması işləyən təşkilat, icraçı təşkilat və ya təşkilatlar üçün 24,5%/100
5. İcraçı təşkilatın istismar və digər xərcləri üçün əmək haqqı fondundan ayırmalar (icraçı təşkilatın saxlanması xərci 20%, yığım fondu 10%), (Öi), 30%/100
Tikinti normativ sənədinin işlənib hazırlanması üzrə işlərin ümumi dəyəri (4.1) düsturu ilə müəyyən edilir:
1) İcraçı təşkilatlar tərəfindən yerinə yetirilmiş işlərin dəyəri (Dt), manat:
= 737,2x1690x1x(1+0,245+0,30)/20.1=95764,5 manat
2) Rəylərin ödənilməsinə çəkilən xərclər (Drəy), manat:
Drəy=3,0Əor. = 3,0x737,2 = 2211,6 manat
Tikinti normativ sənədinin işlənib hazırlanmasının ümumi dəyəri, ƏDV nəzərə alınmaqla, manat:
D = (Dt+Drəy)·KƏDV=(95764,5 +2211,6)·1,18=115611,80 manat
Tikinti normativ sənədinin işlənib hazırlanması üçün ehtimal olunan dəyər əlavə dəyər vergisi və icbari sığorta xərcləri nəzərə alınmaqla D=115611,80 (yüz on beş min altı yüz on bir manat 80 qəpik) manat təşkil edir.
2. Qüvvədə olan normativ sənədi əvəz edən normativ sənədin hazırlanmasının ehtimal olunan qiymətinin hesablanması:
Sənədin növü – Tikinti norması
Mürəkkəblik xarakteristikası – normativ sənəd qüvvədə olan sənədi əvəzləmək üçün işlənib hazırlanıb.
Mürəkkəblik əmsalı – 0,9.
Normativ sənədin həcmi – 20 səhifə
Bir müəllif vərəqi – 24 səhifə.
İlkin məlumatlar 1b cədvəlində verilmişdir.
Sənədin həcmini nəzərə alan əmsal (cədvəl 3.6-ya əsasən interpolyasiya yolu ilə müəyyən edilir)
1. Tikinti kompleksində çalışan işçilərin orta aylıq əmək haqqı (Əor), manat
2. Tikinti normasının hazırlanmasının baza əmək tutumu (Ət), adam-gün
3. Sənədin həcmini nəzərə alan əmsal (a)
4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərə alınan icbari ödənişlər, (22% sosial sığorta, 0.5% işsizlik və 2 % tibbi sığorta) (Öm), hissə vahidi Tikinti norması hazırlayan təşkilat, icraçı təşkilat və ya təşkilatlar üçün, 24,5%/100
5. Normativ sənədin yoxlanılmasını aparan təşkilatların istismar və digər xərcləri üçün əmək haqqı fondundan ayırmalar (köçürmələr), (Öi), 30%/100
Normativ sənədin işlənib hazırlanması üzrə işlərin ümumi dəyəri (4.1) düsturu ilə müəyyən edilir, manat:
1) İcraçı təşkilatlar tərəfindən yerinə yetirilmiş işlərin dəyəri (Dt), manat:
Dt= =(0,931520/20,1)(1+0,245+0,30) = 80274,4 manat
2) Rəylərin ödənilməsinə çəkilən xərclər (Drəy), manat:
Drəy=3,0Əor. = 3,0x737,2 = 2211,6 manat
Tikinti normativ sənədinin işlənib hazırlanmasının ümumi dəyəri, ƏDV nəzərə alınmaqla, manat:
D = (Dt+Drəy)·KƏDV=(80274,4 +2211,6)·1,18=97333,48 manat
Tikinti normativ sənədinin işlənib hazırlanması üçün ehtimal olunan dəyər əlavə dəyər vergisi, işsizlik və sosial sığorta xərcləri nəzərə alınmaqla D=97333,48 (doxsan yeddi min üç yüz otuz üç manat qırx səkkiz qəpik) manat təşkil edir.
3. Normativ sənədin yoxlanılması (ekspertiza) dəyərinin hesablanması
Sənədin növü – Tikinti norması
Mürəkkəblik əmsalı – 1,0.
Normativ sənədin həcmi – 32 səhifə
Bir müəllif vərəqi – 24 səhifə.
İlkin məlumatlar 1c cədvəlində verilmişdir.
Göstəricilərin adları
1. Tikinti kompleksində çalışan işçilərin orta aylıq əmək haqqı (Əor), manat
2. Yoxlamaların baza əmək tutumu (ekspertiza) vəsait, adam-gün
3. Sənədin həcmini nəzərə alan əmsal (a)
4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərə alınan icbari ödənişlər, (22% sosial sığorta, 0.5% işsizlik və 2 % tibbi sığorta) (Öm), hissə vahidi Tikinti norması hazırlayan təşkilat, icraçı təşkilat və ya təşkilatlar üçün, 24,5%/100
5. Normativ sənədin yoxlanılmasını aparan təşkilatların istismar və digər xərcləri üçün əmək haqqı fondundan ayırmalar (köçürmələr), (Öi), 30%/100
Normativ sənədin yoxlanmasının (elmi-texniki ekspertizası) dəyəri (4.1) düsturu ilə müəyyən edilir (D), manat:
==(1,2880/20,1) (1+0,245+0,30) = 70609,55 manat
Normativ sənədin yoxlanmasının (elmi-texniki ekspertizasının) dəyəri, ƏDV nəzərə alınmaqla, D=70609,55 (yetmiş min altı yüz doqquz manat 55 qəpik) manat təşkil edir.