Qanunvericilik › Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrinə aid müəssisə və obyektlərin özəlləşdirilməsi prosesində bağlanılan əqdlərin tərtib edilməsi qaydaları haqqında Təlimat (Əmlak Məsələləri Dövlət Komitəsi, 14.02.2007) › Tam mətn

Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrinə aid müəssisə və obyektlərin özəlləşdirilməsi prosesində bağlanılan əqdlərin tərtib edilməsi qaydaları haqqında Təlimat (Əmlak Məsələləri Dövlət Komitəsi, 14.02.2007)

Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrinə aid müəssisə və obyektlərin özəlləşdirilməsi prosesində bağlanılan əqdlərin tərtib edilməsi qaydaları haqqında Təlimat (Əmlak Məsələləri Dövlət Komitəsi, 14.02.2007) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Bu Təlimat Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu, "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı" və Azərbaycan Respublikası Prezidentinin "Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında" 2006-cı ü 23 avqust tarixli, 1635 nömrəli Sərəncamına uyğun olaraq hazırlanmışdır və profilinin saxlanılması şərti ilə özəlləşdirilən səhiyyə, təhsil, idman və mədəniyyət sahələrinə aid müəssisə və obyektlərin özəlləşdirilməsi prosesində bağlanılan alqı-satqı müqavilələrinin tərtib edilməsi qaydalarmı müəyyən edir.

1.2. Bu Təlimatın 1.1-ci bəndində göstərilən müəssisə və obyektlərin özəlləşdirilməsi üsulları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən " Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"nın 3-cü bəndinə əsasən işçilərin sayına görə kiçik, orta və iri müəssisə olması müəyyən edildikdən sonra II Dövlət Proqramının 4.1-ci bəndində göstərilən qaydada müəyyən edilir.

1.3. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 avqust tarixli, 1635 nömrəli Sərəncamının 4.2-ci bəndində göstərilən sosial obyektlər istisna olmaqla, digər özəlləşdirməyə açıq elan edilmiş müəssisə və obyektlərin öz profilini saxlamaq şərti ilə özəlləşdirilməsi məsələsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilir.

1.4. Sosial obyektlər "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"nın 6-cı bölməsinə uyğun olaraq kiçik müəssisə kimi özəlləşdirildikdə nizamnamə kapitalının 15%-nin əmək kollektivinə güzəştli satışı nəzərə alınmaqla qalan hissəsinin alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət əmlakının hərraclar vasitəsilə satışı Qaydaları"nda nəzərdə tutulmuş prosedurlara uyğun olaraq bağlanılır və dövlət əmlakının Registrində qeydə almır.

1.5. Sosial obyektlər "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"nın 6-cı bölməsinə uyğun olaraq kiçik müəssisə kimi özəlləşdirildikdə alıcılarla alqı-satqı müqaviləsi ilə yanaşı girov müqaviləsi də bağlanılır və əmlakın dəyərinin möhlətlə ödənilməsinin şərtləri müəyyən edilir.

2.1. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən dövlət əmlakının (müəssisə və obyektlərinin) satılmasının rəsmiləşdirilməsi Qaydaları"nın 3-cü bəndinə müvafiq olaraq özəlləşdirmə nəticəsində bağlanan alqı-satqı müqaviləsində satılmış obyektin adı, tərkibi və satış qiyməti, onun ödənilməsinin forma və müddətləri, satıcı və alıcı haqqında məlumat, onların ünvanı, obyektin sonrakı istifadəsi barədə qarşılıqlı öhdəliklər, həmin obyektin satılması şərtləri və bu şərtlərin pozulmasına görə tərəflərin məsuliyyəti, obyektin yerləşdiyi torpaq sahəsindən istifadə qaydaları və müqaviləyə xitam verilməsi qaydaları göstərilməlidir.

Tərəflərin razılığı ilə müqavilədə digər şərtlər də göstərilə bilər.

2.2. Müqavilələrə özəlləşdirilən müəssisənin (obyektin) fəaliyyət profilinin dəyişdirilməməsi və buna nəzarət edilməsi barədə bəndlər mütləq şərt kimi daxil edilir.

2.3. Fərdi hallarda bağlanılan müqavilələrə özəlləşdirilən obyektin xüsusiyyətlərindən və tərəflərin iradəsindən asılı olaraq nümunəvi müqavilələrin əsas şərtlərinə xələl yetirmədən qarşılıqlı razılaşmaya əsasən əlavələr edilə bilər.

2.4. Alqı-satqı müqavilələri bu Təlimata əlavə olunan nümunəvi formalarda tərtib olunur və bir qayda olaraq aşağıdakı bölmələrdən ibarət olur:

- müqavilənin predmeti;

- tərəflərin hüquq və vəzifələri;

- tərəflərin məsuliyyəti;

3.1. Müqavilələr Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətli şəxsi tərəfindən imzalanır və gerbli möhürlə təsdiq edilir.

Alqı-satqı müqavilələrinin nümunəvi formaları Təlimata əlavə olunur (1 və 2 nömrəli Əlavələr).

Biz, aşağıda imza edənlər, bir tərəfdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, ____________________________ şəxsində (bundan sonra “Satıcı” adlandırılacaq), digər tərəfdən notariat qaydasında təsdiq edilən etibarnamə əsasında əmək kollektivi tərəfindən vəkil edilmiş şəxs ________________________(şəxsiyyəti təsdiq edən sənədin göstəriciləri) ____________________ şəxsində (bundan sonra “Alıcı” adlandırılacaq) aşağıdakılar haqqında müqavilə bağladılar:

1.1. Müqavilənin predmetini “Alıcı”nın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsi tərəfindən __________ il tarixdə keçirilən hərracda __ № li protokola əsasən satın aldığı _____________________ təşkil edir.

1.2. “Satıcı” satır, “Alıcı” isə bu müqavilədə göstərilən şərtlərlə _______________ yerləşən _________________ hərracdan satış qiyməti ilə (ilkin start qiymətinin 85%-i)

_________________________________ manata satın alır.

2.1. “Satıcı” aşağıdakıları öhdəsinə götürür:

2.1.1. Müəssisənin (obyektin) ilkin start qiymətinin 15%-ni özəlləşdirmə çekləri silinməyə təqdim edildikdə “Alıcı”nın adına rəsmiləşdirməyi;

2.1.2. Müəssisənin (obyektin) ilkin start qiymətinin 15%-i özəlləşdirmə çekləri ilə və satış qiymətinin 30%-i pulla ödənildikdən sonra müəssisənin (obyektin) “Alıcı” tərəfindən özəlləşdirilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin müvafiq ərazi idarəsinə ünvanlanmış özəlləşdirilən müəssisə (obyekt) və alıcı (alıcılar) barədə zəruri məlumatları əks etdirən bildiriş-məktubun, alqı-satqı müqaviləsinin bir nüsxəsi, özəlləşdirilən müəssisənin (obyektin) texniki sənədləri, habelə qanunvericiliklə müəyyən olunmuş məbləğin ödənilməsi və əmlakın möhlətli ödəmə ilə əlaqədar girovda olub-olmaması barədə arayış əlavə edilməklə “Alıcı”ya təqdim edilməsini.

2.2. Alıcı” aşağıdakıları öhdəsinə götürür:

2.2.1. “Alqı-satqı müqaviləsi imzalandıqdan sonra qanunvericiliklə silinməsi nəzərdə tutulmuş borclar istisna olmaqla müəssisənin (obyektin) bütün öhdəlikləri və borcları üzrə məsuliyyəti öz üzərinə götürməyi;

2.2.2. Özəlləşdirən müəssisənin (obyektin) ilkin start qiymətinin 15%-ni, yəni

_________________________________manatının

_______________________________ manatını əmək kollektivi üzvlərinin sayına mütənasib özəlləşdirmə payları (çekləri) ilə ödəməyi;

2.2.3. Alınmış müəssisənin (obyektin) dəyərinin 30%-ni, yəni hərracdan əvvəl beh kimi ödənilmiş 10% də daxil olmaqla

______________________________manatı müqavilə bağlandığı andan 5 (beş) bank günü müddətindən gec olmayaraq və yaxud ___________il tarixədək “Satıcı”nın (VÖEN: 2000015631) Mərkəzi Bankdakı (kod: 501004, m/h: 0148010001944, VÖEN: 9900071001, S.W.I.F.T. bik: NABZAZ2C) 0132010001944 №-li tranzit manat hesabına köçürməyi;

2.2.4. Müəssisənin (obyektin) alınmış hissəsini müqavilə bağlandığı andan 5 (beş) gün ərzində girov qoymaqla dəyərin 40%-ni, yəni

_________________________manatı 2 (iki) il müddətində (hər il bərabər həcmdə) Satıcının Mərkəzi Bankdakı tranzit manat hesabına ödəməyi;

2.2.5. Müəssisənin (obyektin) yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsinin başqa hüquqi və fiziki şəxslərə icarəyə və istifadəyə verilməsinin, həmin torpaq sahəsində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasının, onun təyinatının dəyişdirilməsinin, dövlət və özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin təyinatı üzrə istifadəsi vəziyyətinin araşdırılması məqsədilə monitorinqlərin “Satıcı” ilə razılaşdırılmaqla aparılmasını;

2.2.6. Müqavilənin bağlandığı gündən 10 (on) iş günü ərzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə mühafizə müqaviləsi bağlanılmasını (satın alınan müəssisə (obyekt) tarix və mədəniyyət abidəsi sayılan binalarda yerləşdikdə);

2.2.7. Tarix və mədəniyyət abidəsi olan binanın arxitektura görkəmini pozmamağı, binanın mədəni, tarix dəyərinə xələl gətirməməyi (satın alınan müəssisə (obyekt) tarix və mədəniyyət abidəsi sayılan binalarda yerləşdikdə);

2.2.8. Özəlləşdirilən bədən tərbiyəsi və idman müəssisənin (obyektin) profilinin dəyişdirilməməsini.

2.2.9. Tikinti və yenidənqurma işlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda aidiyyəti olan orqanlarla razılaşdırılmaqla və ya onların rəyi alınmaqla aparılmasını;

2.2.10. “Satıcı” tərəfindən təqdim olunmuş müəssisənin (obyektin) “Alıcı” tərəfindən özəlləşdirilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin müvafiq ərazi idarəsinə ünvanlanmış bildiriş-məktubun əlavə olunmuş sənədlərlə birlikdə alqı-satqı müqaviləsi imzalandıqdan sonra ən geci 10 (on) iş günü ərzində Xidmətin müvafiq ərazi idarəsinə təqdim edilməsini.

2.3. Alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi vəziyyətini araşdırmaq məqsədi ilə Satıcı müəssisənin fəaliyyət istiqamətinin monitorinqini apara bilər.

2.4. Özəlləşdirilən müəssisənin (obyektin) fəaliyyət profilinin dəyişdirilməməsi məqsədi ilə “Alıcı” özəlləşdirmədən sonra qısa müddət ərzində hüquqi şəxsin təsis olunmasını və fəaliyyətinin onun vasitəsilə həyata keçirilməsini öhdəsinə götürür. Bu məqsədlə təsis olunmuş hüquqi şəxsin dövlət qeydiyyatına alınmaq üçün hazırlanmış nizamnaməsinin layihəsi müqavilə bağlandıqdan sonra 2 (iki) ay müddətində razılaşdırılmaq üçün “Satıcı”ya təqdim edilir.

2.5. Müəssisənin (obyektin) dəyərinin ödənilməsi aşağıdakı sxemlə həyata keçirilir:

- hərrac qiymətinin 30%-i, yəni hərracdan əvvəl beh kimi ödənilmiş 10% də daxil olmaqla

________________________manatı müqavilə bağlandıqdan sonra 5(beş) bank günü müddətindən gec olmayaraq və yaxud __________ il tarixədək ödənilir;

- hərrac qiymətinin 30%-i, yəni

___________________________ manatı güzəşt edilir;

- müəssisənin (obyektin) alınmış hissəsini müqavilə bağlandığı andan 5 (beş) gün ərzində girov qoymaqla 40%-i, yəni

_________________________manatı 2 (iki) il müddətində (hər il bərabər həcmdə) Satıcının Mərkəzi Bankdakı tranzit manat hesabına ödənilir.

2.6. “Alıcı” müqavilə imzalandıqdan sonra müəssisədən (obyektdən) müqaviləyə uyğun olaraq istifadə etmək hüququna malikdir.

2.7. “Alıcı” özəlləşdirilən əmlak üzərində mülkiyyət hüququnu əldə etdiyi gündən etibarən bir ay müddətində müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini özəlləşdirmək və ya icarəyə götürmək üçün tələb olunan sənədləri “Satıcı”ya təqdim edir.

2.7-1. Müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini özəlləşdirmək və ya icarəyə götürmək üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar “Alıcı”dan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi “Alıcı”nın razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya “Alıcı” tərəfindən təmin edilir.

3.1. Əgər Alıcı” satın aldığı müəssisənin (obyektin) dəyərinin 30%-ni müqavilə imzalandığı andan 5 (beş) bank günü ərzində вя йахуд ил тарихядяк ödəməzsə, müqavilə qüvvədən düşmüş hesab edilir və onun tərəfindən ödənilmiş beh geri qaytarılmır.

3.2. Alıcı tərəfindən özəlləşdirilən müəssisənin (obyektin) profilinin dəyişdirilməməsi barədə öhdəlik yerinə yetirilmədikdə alqı-satqı müqaviləsi ləğv edilir.

3.3. Alıcı tərəfindən müəssisənin (obyektin) yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsinin başqa hüquqi və fiziki şəxslərə icarəyə verilməsinin, həmin torpaq sahəsində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasının, onun təyinatının dəyişdirilməsinin Satıcı ilə razılaşdırılmaqla aparılması şərtinə riayət edilmədikdə, mülkiyyət hüququna dair şəhadətnamə təqdim edildiyi gündən etibarən bir ay müddətində müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini özəlləşdirmək və ya icarəyə götürmək üçün tələb olunan sənədləri Satıcıya təqdim etmədikdə (bu Müqavilənin 2.7-1-ci bəndinin tələbləri nəzərə alınmaqla), hüquqi şəxsin dövlət qeydiyyatına alınmaq üçün hazırlanmış nizamnaməsinin layihəsi müqavilə bağlandıqdan sonra 2 (iki) ay müddətində razılaşdırılmaq üçün Satıcıya təqdim edilmədikdə Satıcı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər həyata keçirilir.

3.4. Müqavilənin icrası ilə əlaqədar tərəflər arasında mübahisələr yaranarsa, onlar qüvvədə olan qanunvericiliyə uyğun olaraq həll olunur.

4.1. Müqavilə imzalandığı andan qüvvəyə minir.

4.2. “Alıcı” müəssisənin (obyektin) dəyərinin bu müqavilənin 2.2.4–cü bəndi ilə müəyyən olunmuş 40%-nin vaxtından əvvəl ödənilməsi hüququnu özündə saxlayır.

4.3. Əlavə və dəyişikliklər o halda qüvvəyə minir ki, onlar səlahiyyətli şəxslər tərəfindən müqaviləyə əlavə edilmiş və imzalanmış olsun.

4.4. Müqavilə bərabər hüquqi qüvvəyə malik 3 nüsxədən ibarət tərtib olunmuşdur, bir nüsxəsi “Satıcı”da saxlanılır, digər 2 nüsxəsi isə, onlardan 1 nüsxəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsə təqdim edilməsi üçün “Alıcı”ya verilir.

Biz, aşağıda imza edənlər, bir tərəfdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, ____________________________ şəxsində (bundan sonra “Satıcı” adlandırılacaq), digər tərəfdən ____________________________(şəxsiyyəti təsdiq edən sənədin göstəriciləri) ____________________ şəxsində (bundan sonra “Alıcı” adlandırılacaq) aşağıdakılar haqqında müqavilə bağladılar:

1.1. Müqavilənin predmetini “Alıcı”nın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsi tərəfindən __________ il tarixdə keçirilən hərracda __ № li protokola əsasən satın aldığı ______________________ təşkil edir.

1.2. “Satıcı” satır, “Alıcı” isə bu müqavilədə göstərilən şərtlərlə _______________ yerləşən _________________ hərracdan satış qiyməti ilə (ilkin statr qiymətinin 85%-i)

_________________________________ manata satın alır.

2.1. Satıcı” aşağıdakıları öhdəsinə götürür:

2.1.1. Müəssisənin (obyektin) satış qiymətinin “Alıcı” tərəfindən tam ödənilməsindən sonra müəssisənin (obyektin) “Alıcı” tərəfindən özəlləşdirilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin müvafiq ərazi idarəsinə ünvanlanmış özəlləşdirilən müəssisə (obyekt) və alıcı (alıcılar) barədə zəruri məlumatları əks etdirən bildiriş-məktubun, alqı-satqı müqaviləsinin bir nüsxəsi, özəlləşdirilən müəssisənin (obyektin) texniki sənədləri, habelə qanunvericiliklə müəyyən olunmuş məbləğin ödənilməsi barədə arayış əlavə edilməklə “Alıcı”ya təqdim edilməsini.

2.2. Alıcı” aşağıdakıları öhdəsinə götürür:

2.2.1. “Alqı-satqı müqaviləsi imzalandıqdan sonra qanunvericiliklə silinməsi nəzərdə tutulmuş borclar istisna olmaqla müəssisənin (obyektin) bütün öhdəlikləri və borcları üzrə məsuliyyəti öz üzərinə götürməyi;

2.2.2 Alınmış müəssisənin (obyektin) dəyərini, yəni _________________________manatı müqavilə bağlandığı andan 5 (beş) bank günü müddətindən gec olmayaraq və yaxud ____________ il tarixədək Satıcı”nın (VÖEN: 2000015631) Mərkəzi Bankdakı (kod: 501004, m/h: 0148010001944, VÖEN: 9900071001, S.W.I.F.T. bik: NABZAZ2C) 0132010001944 №-li tranzit manat hesabına köçürməyi;

2.2.3 Bu müqavilə bağlandığı gündən 10 (on) iş günü ərzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə mühafizə müqaviləsi bağlanmağı (satın alınan müəssisə (obyekt) tarix və mədəniyyət abidəsi sayılan binada yerləşdikdə);

2.2.4. Tarix və mədəniyyət abidəsi olan binanın arxitektura görkəmini pozmamağı, binanın mədəni, tarix dəyərinə xələl gətirməməyi (satın alınan müəssisə (obyekt) tarix və mədəniyyət abidəsi sayılan binada yerləşdikdə);

2.2.5. Müəssisənin (obyektin) yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsinin başqa hüquqi və fiziki şəxslərə icarəyə və istifadəsinə verilməsinin, həmin torpaq sahəsində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasının, onun təyinatının dəyişdirilməsinin, dövlət və özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin təyinatı üzrə istifadəsi vəziyyətinin araşdırılması məqsədilə monitorinqlərin “Satıcı” ilə razılaşdırılmaqla aparılmasını;

2.2.6. Özəlləşdirilən bədən tərbiyəsi və idman müəssisənin (obyektin) profilinin dəyişdirilməməsini.

2.2.7. Tikinti və yenidənqurma işlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda aidiyyəti olan orqanlarla razılaşdırılmaqla və ya onların rəyi alınmaqla aparılmasını;

2.2.8. “Satıcı” tərəfindən təqdim olunmuş müəssisənin (obyektin) “Alıcı” tərəfindən özəlləşdirilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin müvafiq ərazi idarəsinə ünvanlanmış bildiriş-məktubun əlavə olunmuş sənədlərlə birlikdə alqı-satqı müqaviləsi imzalandıqdan sonra ən geci 10 (on) iş günü ərzində Xidmətin müvafiq ərazi idarəsinə təqdim edilməsini.

2.3. Alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi vəziyyətini araşdırmaq məqsədi ilə Satıcı müəssisənin fəaliyyət istiqamətinin monitorinqini apara bilər.

2.4. Özəlləşdirilən müəssisənin (obyektin) fəaliyyət profilinin dəyişdirilməməsi məqsədi ilə Alıcı özəlləşdirmədən sonra qısa müddət ərzində hüquqi şəxsin təsis olunmasını və fəaliyyətinin onun vasitəsilə həyata keçirilməsini öhdəsinə götürür. Bu məqsədlə təsis olunmuş hüquqi şəxsin dövlət qeydiyyatına alınmaq üçün hazırlanmış nizamnaməsinin layihəsi müqavilə bağlandıqdan sonra 2 (iki) ay müddətində razılaşdırılmaq üçün Satıcıya təqdim edilir.

2.5. “Alıcı” özəlləşdirilən əmlak üzərində mülkiyyət hüququnu əldə etdiyi gündən etibarən bir ay müddətində müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini özəlləşdirmək və ya icarəyə götürmək üçün tələb olunan sənədləri “Satıcı”ya təqdim edir.

2.5-1. Müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini özəlləşdirmək və ya icarəyə götürmək üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar “Alıcı”dan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi “Alıcı”nın razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya “Alıcı” tərəfindən təmin edilir.

3.1. Əgər Alıcı” satın aldığı müəssisənin (obyektin) dəyərini müqavilə imzalandığı andan 5 (beş) bank günü ərzində ödəməzsə, müqavilə qüvvədən düşmüş hesab edilir və onun tərəfindən ödənilmiş beh geri qaytarılmır.

3.2. Alıcı tərəfindən özəlləşdirilən müəssisənin (obyektin) profilinin dəyişdirilməməsi barədə öhdəlik yerinə yetirilmədikdə alqı-satqı müqaviləsi ləğv edilir.

3.3. Alıcı tərəfindən müəssisənin (obyektin) yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsinin başqa hüquqi və fiziki şəxslərə icarəyə verilməsinin, həmin torpaq sahəsində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasının, onun təyinatının dəyişdirilməsinin Satıcı ilə razılaşdırılmaqla aparılması şərtinə riayət edilmədikdə, mülkiyyət hüququna dair şəhadətnamə təqdim edildiyi gündən etibarən bir ay müddətində müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini özəlləşdirmək və ya icarəyə götürmək üçün tələb olunan sənədləri Satıcıya təqdim etmədikdə (bu Müqavilənin 2.5-1-ci bəndinin tələbləri nəzərə alınmaqla), hüquqi şəxsin dövlət qeydiyyatına alınmaq üçün hazırlanmış nizamnaməsinin layihəsi müqavilə bağlandıqdan sonra 2 (iki) ay müddətində razılaşdırılmaq üçün Satıcıya təqdim edilmədikdə Satıcı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər həyata keçirilir.

3.4. Müqavilə üzrə tərəflər arasında mübahisələr yaranarsa, onlar qüvvədə olan qanunvericiliyə uyğun olaraq həll olunur.

4.1. Müqavilə imzalandığı andan qüvvəyə minir.

4.2. Əlavə və dəyişikliklər o halda qüvvəyə minir ki, onlar səlahiyyətli şəxslər tərəfindən müqaviləyə əlavə edilmiş və imzalanmış olsun.

4.3. Müqavilə bərabər hüquqi qüvvəyə malik 3 nüsxədən ibarət tərtib olunmuşdur, bir nüsxəsi “Satıcı”da saxlanılır, digər 2 nüsxəsi isə, onlardan 1 nüsxəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsə təqdim edilməsi üçün “Alıcı”ya verilir.

1. 25 dekabr 2009-cu il tarixli 114 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Əmri (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2010-cu il, № 01-02)

2. 6 iyun 2023-cü il tarixli 11 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306060011, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 iyun 2023-cü il)

3. 20 dekabr 2023-cü il tarixli 28 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202312200028, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 dekabr 2023-cü il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver