3.0. Dövlət şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə yardım məqsədi ilə aşağıdakılara təminat verir:
3.0.1. şəkərli diabet üzrə Dövlət Proqramının qəbul edilməsi və həyata keçirilməsinə;
3.0.2. şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstəriləcək tibbi yardımın həcmi və keyfiyyət standartlarının (beynəlxalq tələblərə uyğun) təsdiq edilməsinə;
3.0.3. şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin registrinin yaradılması və onun aparılmasına;
3.0.4. şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dispanserizasiyasını, müayinə və müalicəsini həyata keçirən ixtisaslaşdırılmış dövlət tibb müəssisələrinin, diabetoloji xidmət strukturlarının yaradılması və onların maddi-texniki bazasının gücləndirilməsinə;
3.0.5. şəkərli diabet xəstəliyinin müalicəsi üzrə tibb mütəxəssislərinin hazırlanması və ixtisaslarının artırılmasına;
3.0.6. şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müəssisələrində müalicəsinin təşkilinə;
3.0.7. şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dərman vasitələrinə və xüsusi təyinatlı qida məhsullarına olan tələbatının təmin edilməsi məqsədi ilə iqtisadi, hüquqi və təşkilati tədbirlərin həyata keçirilməsinə;
3.0.8. şəkərli diabet xəstəliyinin profilaktikası və onun fəsadları ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığa şərait yaradılmasına.
II fəsil
Şəkərlİ dİabet xəstəlİyİnə tutulmuş şəxslərİn müayİnə və müalİcəsİnİn təşkİlİ