Qanunvericilik › Seleksiya nailiyyətləri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15

Maddə 15. Patent sahibi

Seleksiya nailiyyətləri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Reyestrə daxil edilmiş seleksiya nailiyyətinin ərizəçisinə bir ay müddətində səlahiyyətli orqan tərəfindən patent verilir. Patent verilməsi haqqında ərizədə bir neçə ərizəçi göstərilmişsə, onların adına bir patent verilir.

Şəhadətnamələrin və patentlərin verilməsi müvafiq orqan tərəfindən təsdiq edilmiş Əsasnamədə nəzərdə tutulan şərtlərlə və qaydada həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver