Hüquqi və fiziki şəxslər tərəfindən:
istehsal olunan və satılan seleksiya nailiyyətinə Reyestrdə qeydiyyata alınmış adından fərqli ad verilməsi;
istehsal olunan və satılan seleksiya nailiyyətinə Reyestrdə qeydiyyatda olan başqa sortun və cinsin adının verilməsi;
istehsal olunan və satılan seleksiya nailiyyətinə verilən ad Reyestrdə qeydiyyatda olan başqa nailiyyətin adına həddən artıq oxşar olub onların arasında çaşqınlıq yaradılması;
lisenziya müqaviləsi bağlamadan seleksiya nailiyyətindən istifadə edilməsi;
istehlakçını bilərəkdən aldadaraq patent alınmış seleksiya nailiyyətinin başqa ad altında satılması;
seleksiya nailiyyətlərinin sertifikatsız satılması;
Reyestrdə, ərizə, ekspertiza, sınaq sənədlərində yanlış qeydlər aparılması;
qanunvericiliyin yerinə yetirilməsi üçün saxta sənədlər hazırlanması, saxta sənədlərin hazırlanmasına göstəriş verilməsi və qanunvericiliyə zidd olan digər fəaliyyət növləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə məsuliyyətə səbəb olur.
Seleksiya nailiyyətləri haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.