Patent üçün ərizə sənədlərinin ilkin ekspertizası bir ay müddətində keçirilir, lazımi sənədlərin olub-olmaması (bu Qanunun 6-cı maddəsinin on ikinci hissəsinin tələbləri nəzərə alınmaqla) və onların qoyulmuş tələblərə uyğun gəlməsi müəyyənləşdirilir.
Ekspertiza aparılan müddətdə ərizəçi sənədlərdə əlavələr, düzəlişlər və dəqiqləşdirmələr aparmaq hüququna malikdir.
Müəyyən olunmuş müddətdə ərizəçinin günahı üzündən sənədlərdə lazımi dəqiqləşmələr aparılmazsa və ya çatışmayan sənədlər təqdim olunmazsa, ərizəyə baxılmır və bu barədə sifarişçiyə məlumat verilir.