“Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2013-cü il tarixli, 865 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli, 363 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin 17-1.2-ci və 2006-cı il 28 fevral tarixli, 504 nömrəli Fərmanı ilə təsdiq edilmiş ”Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamə”nin 4.7-ci və 5.11-ci bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyası
1. “Sənaye parkında fəaliyyət göstərmək üçün hüquqi və fiziki şəxslərlə idarəedici təşkilat arasında bağlanılan niyyət razılaşmasının nümunəvi forması” təsdiq edilsin (əlavə olunur).
2. “Sənaye parkında qeydiyyatdan keçmək üçün hüquqi və fiziki şəxslər tərəfindən təqdim olunan investisiya layihəsinin nəzərdə tutulan meyarlara uyğunluğunun qiymətləndirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
3. “Sənaye parkının idarəedici təşkilatı ilə rezidenti arasında bağlanılan sənaye parkının ərazisində dövlət mülkiyyətində olan torpaq sahəsinin və (və ya) tikilinin icarə müqaviləsinin nümunəvi forması” təsdiq edilsin (əlavə olunur).
4. Hüquq şöbəsinin müdiri Anar Əliyevə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.
5. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
6. Kollegiyanın məsul katibi, Ümumi şöbənin müdiri Rövşən Ataşova tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.
7. Bu qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Əsas: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 03.09.2013-cü il tarixli iclasının protokolu.
iqtisadi inkişaf naziri Şahin Mustafayev
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 2013-cü il 3 sentyabr tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmişdir.
___________________ şəhəri
____ __________ 20_____ il
(hüquqi şəxsin tam adı / fiziki şəxsin soyadı, adı və atasının adı)
_______________________________________________________ (bundan sonra – İdarəedici təşkilat)
(sənaye parkının idarəedici təşkilatının adı)
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli, 865 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”yə (bundan sonra - Nümunəvi Əsasnamə) uyğun olaraq və:
- sənaye parkında müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsul istehsalı və xidmətlərin göstərilməsi üçün şəraitin yaradıldığını;
- İdarəedici təşkilatın sənaye parkında idarəetmə və təsərrüfat fəaliyyətini təşkil etmək və sənaye parkının normal fəaliyyətini təmin etmək imkanlarına malik olduğunu;
- İnvestorun sənaye parkında investisiya qoymaq, müasir texnologiyaları və yüksək ixtisaslı kadrları cəlb etməklə sahibkarlıq fəaliyyətini həyata keçirmək imkanlarına malik olduğunu;
- sənaye parkında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı İnvestorla İdarəedici təşkilat arasında əməkdaşlıq və anlaşma münasibətlərinin qurulması niyyətini nəzərə alaraq, bu niyyət razılaşmasını (bundan sonra – Razılaşma) bağlayırlar.
Bu Razılaşmada İnvestor və İdarəedici təşkilat ayrı-ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər” adlandırılır.
1. Əməkdaşlıq istiqamətləri
1.1. Tərəflər yuxarıda göstərilən məqsədlərə nail olmaq üçün aşağıdakı istiqamətlərdə bərabərhüquqlu əməkdaşlığa dair razılığa gəlirlər:
1.1.1. sənaye parkında aşağıdakı sahələrdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi:
- ________________________________________________________________________________;
- ________________________________________________________________________________;
- ________________________________________________________________________________;
1.1.2. bu Razılaşmanın 1.1.1-ci yarımbəndində göstərilən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün imkanların araşdırılması, şərait yaradılması və sənaye parkında nəzərdə tutulmuş güzəştlərdən istifadənin təmin edilməsi.
2. Əməkdaşlıq formaları
2.1. Bu Razılaşmanın 1-ci hissəsində göstərilən istiqamətlərdə əməkdaşlıq İnvestor və İdarəedici təşkilat tərəfindən aşağıdakı formalarda həyata keçirilir:
2.1.1. əməkdaşlığın qarşılıqlı anlaşma və məsləhətləşmələr çərçivəsində həyata keçirilməsi;
2.1.2. İdarəedici təşkilat tərəfindən İnvestora sənaye pakının profili, infrastrukturu, inkişaf konsepsiyası, sənaye parkının rezidentinin qeydiyyatı qaydası, sənaye parkının idarə olunmasına görə alınan haqlar, icarə haqları, istilik və elektrik enerjisinin, suyun və qazın paylanması, tullantı sularının axıdılması və məişət tullantılarının yığılması xidmətlərinin tarifləri və Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri barədə məlumatların verilməsi;
2.1.3. İnvestor tərəfindən İdarəedici təşkilata öz fəaliyyəti (istehsal edilən məhsullar, göstərilən xidmətlər və s.), sənaye parkında nəzərdə tutulan ərazinin göstəriciləri və istehsalat tələbatı, habelə investisiya layihəsi (layihə üzrə istehsal olunacaq məhsul, görüləcək iş və xidmətlər, investisiyanın mənbəyi və həcmi, layihənin nəzərdə tutulan başlanma tarixi və müddəti, yaradılacaq yeni iş yerlərinin növü və sayı) barədə məlumatların verilməsi;
2.1.4. müvafiq istehsal sahəsində işgüzar əlaqələrin yaradılması imkanlarının araşdırılması;
2.1.5. tərəflərin qarşılıqlı razılığına əsasən müəyyən edilən əməkdaşlığın digər formaları.
İnvestor sənaye parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün Nümunəvi Əsasnaməyə uyğun olaraq ərizə ilə birbaşa və ya idarəedici təşkilat vasitəsilə sənaye parkının idarəedici təşkilatına müraciət edir.
4.1. Tərəflər fors-major hallarında (təbii fəlakət, fövqəladə hal, müharibə, tətillər, iğtişaşlar, qanunvericilikdə dəyişikliklər və s. hadisələr) bu Razılaşmanın şərtlərinə uyğun olaraq göstərilmiş vaxtda öz öhdəliklərini tam və lazımınca icra edə bilmədikdə, həmin öhdəliyin icrası baş vermiş fors-major halının müddəti qədər uzadılır.
4.2. Tərəf bu Razılaşma üzrə öhdəliyin icrasını gecikdirən fors-major hadisəsinin başlanması və bitməsi barədə digər Tərəfi 3 (üç) iş günü ərzində yazılı şəkildə məlumatlandırmalıdır.
5.1. Açıqlanması qanunla tələb olunan hallar, habelə bu Razılaşma haqqında bilməyə ehtiyacı olan və belə məlumatı konfidensial saxlamalı olan aşağıdakı şəxslər istisna olmaqla Tərəf bu Razılaşma çərçivəsində yaranan və ya əldə edilən hər hansı məlumatı və sənədi digər Tərəfin yazılı razılığı olmadan üçüncü tərəfə ötürə və ya açıqlaya bilməz:
5.1.1. özünün auditorlarına, hüquq və maliyyə məsləhətçilərinə, banklara və sığorta təşkilatlarına;
5.1.2. qanun əsasında tələb olunan həddə reytinq agentliyinə və ya birjaya;
5.1.3. dövlət orqanlarına.
6.1. Bu Razılaşma və ondan irəli gələn münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir.
6.2. Bu Razılaşmanın imzalanması və icrası zamanı yaranan bütün mübahisələr Tərəflərin qarşılıqlı razılığı ilə həll edilir.
6.3. Qarşılıqlı razılıq əldə edilmədikdə Tərəflər arasında bu Müqavilədən irəli gələn bütün mübahisələr, o cümlədən müqavilənin icrası, dəyişdirilməsi, uzadılması, ləğvi, borcun, dəbbə pulunun, cərimə, zərər və s. sanksiyaların ödənilməsi ilə bağlı mübahisələr Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll olunur. Bu müddəa bu Razılaşmaya xitam verildikdən sonra da öz qüvvəsini saxlayır.
7.1. Bu Razılaşma imzalandığı gündən qüvvəyə minir və 90 (doxsan) gün müddətində qüvvədədir.
7.2. Bu Razılaşmanın müddəti bitdikdə ona xitam verilir.
7.3. Tərəf 10 (on) iş günü əvvəlcədən digər Tərəfə yazılı müraciət göndərərək bu Razılaşmanı ləğv edə bilər.
8.1. Bu Razılaşma Azərbaycan dilində, habelə tələb olunduqda tərəflər üçün məqbul sayılacaq dildə olmaqla eyni qüvvəyə malik 2 (iki) nüsxədə tərtib olunur. Nüsxələrdən biri İdarəedici təşkilatda, digəri isə İnvestorda qalır.
8.2. Tərəflər arasında bu Razılaşma ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir.
8.3. Tərəf öz hüquqi ünvanında və bank rekvizitlərində dəyişiklik etdikdə bu barədə digər tərəfi dərhal məlumatlandırır.
___________________________________________
(hüquqi şəxsin adı / fiziki şəxsin adı və soyadı)
___________________________________________
(sənaye parkının idarəedici təşkilatının adı)
Hüquqi ünvanı _______________________
Hüquqi ünvanı _______________________
VÖEN ____________________________
VÖEN ____________________________
Bank rekvizitləri _____________________
Bank rekvizitləri _____________________
İmzalayan şəxsin vəzifəsi, adı, soyadı və imzası
İmzalayan şəxsin vəzifəsi, adı, soyadı və imzası
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 2013-cü il 3 sentyabr tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmişdir.
1.1. Bu qayda “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli, 865 nömrəli Fərmanının 3.1-ci bəndinə əsasən hazırlanmışdır və sənaye parkında qeydiyyatdan keçmək üçün hüquqi və fiziki şəxslər tərəfindən təqdim olunan investisiya layihəsinin Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli, 865 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin (bundan sonra – Nümunəvi Əsasnamə) 9.6-cı bəndində nəzərdə tutulmuş meyarlara uyğunluğunun qiymətləndirilməsi qaydasını müəyyən edir.
1.2. Hüquqi və fiziki şəxslər tərəfindən təqdim olunan investisiya layihəsi İdarəedici təşkilat tərəfindən formalaşdırılmış komissiya tərəfindən aşağıdakı meyarlar əsasında qiymətləndirilir:
1.2.1. investisiya layihəsinin ixtisaslaşmış sənaye parkının profilinə uyğunluğu;
1.2.2. investisiya layihəsinin istehsal (emal) olunan sənaye məhsulları üzrə prioritetlərə uyğunluğu;
1.2.3. məhsul (iş, xidmət) istehsalı (emalı) üzrə müasir texnologiyaların tətbiqi;
1.2.4. investisiya layihəsi üzrə istehsalı nəzərdə tutulan məhsulun (işin, xidmətin) innovativ və ixracyönlü, habelə rəqabətə davamlı olması;
1.2.5. investisiya layihəsinin sosial, ətraf mühitə və yeni iş yerlərinin açılmasına təsiri;
1.2.6. investisiyanın həcminin səlahiyyətli orqanın müəyyən etdiyi minimal həddə uyğunluğu.
1.3. Təqdim olunan investisiya layihəsi səlis formada tərtib edilməli və layihə üzrə məlumatlar dolğun olmalıdır.
1.4. İnvestisiya layihəsi sənaye parkının idarəedici təşkilatı tərəfindən Nümunəvi Əsasnamənin 9-cu hissəsinə uyğun olaraq hüquqi və fiziki şəxslərin sənaye parkının rezidenti kimi qeydiyyatı ilə bağlı qərarın qəbul edilməsi üzrə inzibati icraat çərçivəsində qiymətləndirilir.
2.1. Sənaye parkının profili onun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin qərarı ilə müəyyən olunur.
2.2. Təqdim olunan investisiya layihəsi üzrə istehsalı (emalı) nəzərdə tutulan sənaye məhsulu (iş, xidmət) ixtisaslaşmış sənaye parkının profilinə uyğun olmalıdır.
2.3. İnvestisiya layihəsi üzrə istehsalı (emalı) nəzərdə tutulan məhsulların (iş və xidmətlərin) ixtisaslaşmış sənaye parkının profilinə uyğunluğu müvafiq sənaye sahəsinə aid məhsullara və onlardan xammal kimi istifadə nəticəsində istehsal (emal) olunan məhsullara uyğun olaraq müəyyən edilir.
3.1. Təqdim olunan investisiya layihəsi sənaye parkının istehsal (emal) olunan sənaye məhsulları üzrə prioritetlərinə uyğun olmalıdır.
3.2. Sənaye parkının istehsal (emal) olunan sənaye məhsulları üzrə prioritetləri Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından, məqsədli Dövlət Proqramlarından irəli gələn tədbirlərin reallașdırılmasına, habelə ixtisaslaşmış sənaye parkının profili üzrə iqtisadiyyatın sahələri və iqtisadi rayonlar üzrə prioritet istiqamətlərə əsasən müəyyən olunur.
3.3. Sənaye parkının istehsal (emal) olunan sənaye məhsulları üzrə prioritetləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən olunur və sənaye parkının idarəedici təşkilatının və operatorunun rəsmi internet səhifəsində yerləşdirilir.
Yüksək keyfiyyətli məhsul istehsalı, iqtisadi səmərəliliyi artırmaq, məhsul istehsalında keyfiyyət və rəqabət üstünlüklərini təmin etmək məqsədi ilə təqdim olunan investisiya layihəsində məhsul (iş, xidmət) istehsalı (emalı) üzrə müasir (yeni və qabaqcıl elmi-texniki nailiyyətlərə əsaslanan) texnologiyaların tətbiqini nəzərdə tutmalıdır.
5.1. İnvestisiya layihəsi üzrə istehsalı (emalı) nəzərdə tutulan sənaye məhsulu bazar mövqeyinə, iqtisadi səmərəliliyinə (o cümlədən qiymət siyasətinə), analoji məhsullardan (iş və xidmətlərdən) keyfiyyət göstəricilərinə, tələbatın ödənilməsi səviyyəsinə, məhsul istehsalında (emalında) tətbiq olunan innovasiyalara görə innovasiya və ixracyönlü, habelə rəqabətə davamlı olmalıdır.
5.2. Təqdim olunan investisiya layihəsi üzrə məhsul (iş, xidmət) istehsalı sağlam rəqabət mühitinin formalaşmasına mənfi təsir göstərməməlidir.
6.1. Təqdim olunan investisiya layihəsi sosial, ətraf mühitə və yeni iş yerlərinin açılmasına müsbət təsir göstərməlidir.
6.2. İnvestisiya layihəsi üzrə ətraf mühitin qorunması üzrə tələblərə əməl olunmalı və tətbiq ediləcək texnologiya və istehsal ediləcək məhsullar ekoloji tələblərə cavab verməlidir.
6.3. İnvestisiya layihəsi üzrə dayanıqlı iş yerlərinin yaradılması, yerli əmək resurslarından istifadə olunması, işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi üzrə tədbirlərin görülməsi nəzərdə tutulmalıdır.
Təqdim olunan investisiya layihəsi üzrə sənaye parkında investisiya qoyuluşu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən minimal həddən aşağı olmamalıdır.
8.1. Təqdim olunan investisiya layihəsi ilkin mərhələdə ixtisaslaşmış sənaye parkının profilinə və istehsal (emal) olunan sənaye məhsulları üzrə prioritetlərə uyğunluq meyarı üzrə UYĞUNDUR/UYĞUN DEYİL şəklində qiymətləndirilir. Uyğun hesab edilməyən investisiya layihəsi növbəti mərhələyə keçmədən “layihə meyarlara uyğun deyil” kimi qiymətləndirilir, uyğun hesab edilən investisiya layihəsi isə növbəti qiymətləndirmə mərhələsinə keçir. İkinci mərhələdə investisiya layihəsi bu Qaydanın 8.2-ci bəndində göstərilən 4 meyar üzrə 5 ballıq şkala ilə qiymətləndirilir.
8.2. İnvestisiya layihəsinin qiymətləndirilməsi üzrə ümumi qiymətin müəyyən olunmasında:
8.2.1. məhsul (iş, xidmət) istehsalı (emalı) üzrə müasir texnologiyaların tətbiqi meyarı üzrə toplanmış balın 10 faizi;
8.2.2. istehsalı nəzərdə tutulan məhsulun (işin, xidmətin) innovasiya və ixracyönlü, habelə rəqabətə davamlı olması meyarı üzrə toplanmış balın 35 faizi, o cümlədən rezidentin qeydiyyat tarixindən etibarən 5-ci ilin sonunda istehsal (emal) ediləcək məhsulun icarəyə götürülmüş torpaq sahəsi və ya tikilinin ölçüsünə nisbəti (hektara görə sahə effektivliyi) üzrə 10 faizi, ixrac ediləcək məhsulun istehsal (emal) ediləcək məhsula nisbətinə görə 10 faizi, istehsal (emal) ediləcək məhsulun ölkəyə idxal olunan məhsula nisbətinə görə 10 faizi, xarici investisiyanın layihə dəyərinə nisbətinə görə 5 faizi;
8.2.3. sosial, ətraf mühitə və yeni iş yerlərinin açılmasına təsir meyarı üzrə toplanmış balın 25 faizi, o cümlədən yaradılacaq işçi sayının torpaq sahəsi və ya tikilinin ölçüsünə nisbətinə (hektara görə sahə effektivliyinə) görə 15 faizi;
8.2.4. investisiya həcminin səlahiyyətli orqanın müəyyən etdiyi minimal həddə uyğunluq meyarı üzrə toplanmış balın 30 faizi, o cümlədən qoyulacaq investisiyanın torpaq sahəsi və ya tikilinin ölçüsünə nisbəti (hektara görə sahə effektivliyi) üzrə 15 faizi, investorlar tərəfindən yatırılacaq investisiyanın ümumi investisiyaya nisbətinin 15 faizi nəzərə alınır.
8.3. Qiymətləndirmə cədvəlinin hər bir meyarı üzrə toplanmış bal komissiya üzvlərinin verdiyi balların orta dəyəridir.
8.4. Layihəyə verilən ümumi qiymət hər bir meyar üzrə hesablanmış balın bu Qaydanın 8.2-ci bəndində göstərilən faizlərin cəmlənməsi əsasında hesablanır. Alınmış nəticə 2.6 baldan aşağı olarsa “layihə meyarlara uyğun deyil” kimi, 2.6 bal və ondan çox olarsa “layihə meyarlara uyğundur” kimi qiymətləndirilir (cədvəl əlavə olunur).
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 2013-cü il 3 sentyabr tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sənaye parkında qeydiyyatdan keçmək üçün hüquqi və fiziki şəxslər tərəfindən təqdim olunan investisiya layihəsinin nəzərdə tutulan meyarlara uyğunluğunun qiymətləndirilməsi Qaydası”na Əlavə
İKİNCİ SƏHİFƏNİN ARXA TƏRƏFİ
(Sənaye parkının idarəedici təşkilatının adı, rəhbərinin adı, soyadı və imzası)
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 2013-cü il 3 sentyabr tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmişdir.
__________________ şəhəri
____ ____________ 20_____ il
Bir tərəfdən ___________________________________________ (bundan sonra – İcarəyə verən)
(sənaye parkının idarəedici təşkilatının adı)
Nümunəvi Əsasnaməyə uyğun olaraq və ___________________________________idarəedici
təşkilatının sənaye parkının rezidentinin qeydiyyatı haqqında _____ _____________ 20_____il tarixli, ______ nömrəli qərarı əsasında aşağıdakılar barəsində razılığa gələrək bu İcarə Müqaviləsini imzalayırlar.
Bu İcarə Müqaviləsində İcarəyə verən və İcarəçi ayrı-ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər” adlandırılır.
Bu İcarə Müqaviləsinin mətnində, o cümlədən preambulasında:
- “İcarə Müqaviləsi” - bütün Tərəflərin imzaladığı və yazılı şəkildə dəyişiklik, müddətin uzadılması və digər düzəlişlər daxil olmaqla bütün Əlavələrlə birlikdə bu Müqavilə deməkdir.
- “Sənaye parkı” – Azərbaycan Respublikası Prezidentinin tərəfindən yaradılan _____________________________________________________sənaye parkı deməkdir.
- “Nümunəvi Əsasnamə” - Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli, 865 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” deməkdir.
- “Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə” - Nümunəvi Əsasnamənin 9.11-ci bəndinə uyğun olaraq, sənaye parkının idarəedici təşkilatı ilə rezidenti arasında imzalanan sənaye parkında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə deməkdir.
- “Torpaq sahəsi” – Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilədə göstərilən məqsədlə bu İcarə Müqaviləsi əsasında icarəyə verilən dövlət mülkiyyətində olan torpaq sahəsi deməkdir.
- “İcarə ili” – Bu İcarə Müqaviləsinin 10.2-cı bəndinə uyğun olaraq, icarə müddətinin başlandığı tarixdən sonra gələn ardıcıl 12 aydan artıq olmayan müddət deməkdir.
- “Tikili” – Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilədə göstərilən məqsədlə bu İcarə Müqaviləsi əsasında İcarəyə verilən dövlət mülkiyyətində olan tikili deməkdir.
2.1. Bu İcarə Müqaviləsinə görə İcarəyə verən dövlət mülkiyyətində olan və ______________________________________________________ ünvanında yerləşən ______ ha torpaq sahəsini və (və ya) _______ kvadratmetr tikilini İcarəçinin müddətli istifadəsinə verməyi, İcarəçi isə həmin torpaq sahəsinin və (və ya) tikilinin istifadəsinə görə bu İcarə Müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və qaydada icarə haqqı ödəməyi öhdəsinə götürür.
2.2. Bu İcarə Müqaviləsinin 2.1-ci bəndində göstərilən torpaq sahəsi və (və ya) tikili Nümunəvi Əsasnamənin 9.11-ci bəndinə əsasən bağlanılan sənaye parkında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilədə göstərilən məqsədlər üçün icarəyə verilir. Bu İcarə Müqaviləsi əsasında icarəyə verilmiş torpaq sahəsinin və (və ya) tikilinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilədə göstərilməyən məqsədlər üçün istifadəsinə, habelə mülkiyyətçinin razılığı olmadan digər şəxslərə subicarəyə verilməsinə, icarə hüququnun girov qoyulmasına və ya güzəşt edilməsinə (ötürülməsinə) yol verilmir.
2.3. Torpaq sahəsinin və (və ya) tikilinin İcarəçiyə verilməsi və bu İcarə Müqaviləsinə xitam verildikdən sonra torpaq sahəsinin və (və ya) tikilinin İcarəyə verənə qaytarılması Tərəflər arasında imzalanan akt ilə rəsmiləşdirilir. Akt bu İcarə Müqaviləsinin qüvvəyə mindiyi tarixdən 5 (beş) iş günü ərzində imzalanır. Bu İcarə Müqaviləsinə xitam verildikdə torpaq sahəsinin və (və ya) tikilinin İcarəyə verənə qaytarılması ilə bağlı akt torpaq sahəsində İcarəyə verənin razılığı ilə İcarəçi tərəfindən yaradılan istehsal sahələrinin, torpaq sahəsində və (və ya) tikilidə quraşdırılan avadanlıq və qurğuların müqəddəratının bu İcarə Müqaviləsinin 11.4-cü bəndinə uyğun olaraq, Tərəflər arasında müəyyən edilən ağlabatan müddət ərzində həll edildiyi tarixdən 5 (beş) iş günü ərzində imzalanır.
2.4. İcarəyə verən torpaq sahəsini və (və ya) tikilini əşyaların və hüquqların yüklülüyündən azad şəkildə, bu İcarə Müqaviləsi üzrə istifadəyə yararlı vəziyyətdə İcarəçiyə təhvil verir.
2.5. İcarəyə verilən torpaq sahəsinin plan və ölçüsü, tikilinin isə texniki pasport və plan-cizgisi bu İcarə Müqaviləsinə əlavə olunur. Plan və ölçü, tikilinin isə texniki pasport və plan-cizgisi bu İcarə Müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab olunur.
2.6. Bu İcarə Müqaviləsi əsasında torpaq sahəsi və (və ya) tikili üzərində yaranmış icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır.
2.7. İcarəyə verilmiş torpaq sahəsində İcarəçi tərəfindən yaradılan istehsal sahələri, torpaq sahəsində və (və ya) tikilidə quraşdırılan avadanlıq və qurğular onun mülkiyyəti hesab olunur.
3.1. İcarəyə verənin hüquqları aşağıdakılardır:
3.1.1. icarəyə verilmiş torpaq sahəsinin və (və ya) tikilinin təyinatı üzrə istifadəsinə və İcarə Müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etmək;
3.1.2. icarəyə verilmiş torpaq sahəsinin və (və ya) tikilinin istifadəsi, keyfiyyətinin yaxşılaşdırılması, qorunması və mühafizəsi barədə İcarəçidən məlumatlar almaq;
3.1.3. İcarə Müqaviləsinin dəyişdirilməsi, ləğv edilməsi və uzadılması barədə İcarəçiyə təkliflər vermək;
3.1.4. İcarəçinin təqsiri üzündən icarəyə verilmiş torpaq sahəsinə və (və ya) tikiliyə vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək;
3.1.5. icarəyə verilmiş torpaq sahəsində İcarəyə verənin razılığı olmadan tikilmiş və quraşdırılmış binaların, torpaq sahəsində və (və ya) tikilidə quraşdırılmış qurğuların sökülməsini tələb etmək.
3.2. İcarəyə verənin vəzifələri aşağıdakılardır:
3.2.1. İcarə Müqaviləsinin şərtlərinə, mülki və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək;
3.2.2. icarəyə verilmiş torpaq sahəsini və (və ya) tikilini bu İcarə Müqaviləsi, mülki və torpaq qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada İcarəçiyə təhvil vermək;
3.2.3. bu İcarə Müqaviləsinin müddəti bitdikdə icarəyə verilmiş torpaq sahəsinin və (və ya) tikilinin icarəyə götürülməsini ilk növbədə İcarəçiyə təklif etmək;
3.2.4. bu İcarə Müqaviləsinə xitam verildikdə özünün razılığı ilə torpaq sahəsinin və (və ya) tikilinin yaxşılaşdırılması ilə bağlı İcarəçinin çəkdiyi xərclərin əvəzini ödəmək.
4.1. İcarəçinin hüquqları aşağıdakılardır:
4.1.1. torpaq sahəsindən və (və ya) tikilidən bu İcarə Müqaviləsi və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək;
4.1.2. İcarəyə verənin təqsiri üzündən bu İcarə Müqaviləsinə uyğun torpaq sahəsindən və (və ya) tikilidən istifadədən məhrum olarsa vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək;
4.1.3. İcarə Müqaviləsinin dəyişdirilməsi, ləğv edilməsi və uzadılması üçün İcarəyə verənə təklif vermək;
4.1.4. İcarəyə götürülmüş torpaq sahəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqaviləyə uyğun olaraq istehsal sahələri qurmaq, digər tikililər inşa etmək, torpaq sahəsində və tikilidə avadanlıqlar və qurğular quraşdırmaq;
4.1.5. icarəyə götürülmüş dövlət mülkiyyətində olan torpaq sahəsi və (və ya) tikili özəlləşdirildiyi halda həmin sahənin və (və ya) tikilinin satın alınmasında üstünlük hüququna malik olmaq;
4.1.6. bu İcarə Müqaviləsinin müddəti bitdikdə icarəyə götürülmüş torpaq sahəsinin və (və ya) tikilinin icarəyə götürülməsində üstünlük hüququna malik olmaq və torpaq sahəsinin və (və ya) tikilinin ilk növbədə ona təklif olunmasını İcarəyə verəndən tələb etmək;
4.1.7. qonşu torpaq mülkiyyətçilərinin və istifadəçilərinin torpaq sahələrinə servitut qoyulmasını İcarəyə verəndən tələb etmək;
4.1.8. bu İcarə Müqaviləsinə xitam verildikdə İcarəyə verənin razılığı ilə torpaq sahəsinin və (və ya) tikilinin yaxşılaşdırılması ilə bağlı çəkdiyi xərclərin əvəzinin ödənilməsini İcarəyə verəndən tələb etmək.
4.2. İcarəçinin vəzifələri aşağıdakılardır:
4.2.1. icarəyə götürülmüş torpaq sahəsindən və (və ya) tikilidən bu İcarə Müqaviləsinə və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqaviləyə uyğun olaraq təyinatı üzrə istifadə etmək;
4.2.2. İcarə Müqaviləsinin şərtlərinə, mülki və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək;
4.2.3. icarəyə götürülmüş torpaq sahəsini və (və ya) tikilini bu İcarə Müqaviləsinə xitam verildikdən sonra İcarəyə verənə qaytarmaq;
4.2.4. icarəyə götürülmüş torpaq sahəsinə və (və ya) tikiliyə, ətraf mühitə və əhalinin sağlamlığına ziyan vurmamaq;
4.2.5. torpaq sahəsindən və (və ya) tikilidən istifadəyə görə icarə haqqını, torpaq və (və ya) əmlak vergisini tam və vaxtında ödəmək.
5.1. Bu İcarə Müqaviləsi üzrə icarəyə verilən torpaq sahəsindən və (və ya) tikilidən istifadəyə görə icarə haqqı Nümunəvi Əsasnamənin 10.1.3-cü yarımbəndinə və “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.12.2000-ci il tarixli 226 nömrəli Qərarına və “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 noyabr tarixli 191 nömrəli Qərarına uyğun olaraq illik ________ manat məbləğində müəyyən olunur. İcarə haqqının tərkibinə torpaq və əmlak vergisi daxil deyil.
5.2. İcarəçi icarə haqqını bu İcarə Müqaviləsinin 10.2-ci bəndinə əsasən icarə müddətinin başladığı tarixdən etibarən hesablanan icarə ilinin sonunda ödəyir.
5.3. İcarə haqqı nağdsız formada ödənilir. İcarəçi icarə haqqının ödənilməsini təsdiq edən sənədin surətini ödəniş həyata keçirildikdən sonra 5 (beş) iş günü ərzində İcarəyə verənə təqdim edir.
5.4. İcarəçi bu İcarə Müqaviləsinin 5.2-ci bəndində nəzərdə tutulmuş müddətdə icarə haqqını tam ödəmədikdə, gecikdirilmiş hər gün üçün ödənilməmiş məbləğin _____ %-i miqdarında dəbbə pulu ödəyir.
6.1. Tərəflər fors-major hallarında (təbii fəlakət, fövqəladə hal, müharibə, tətillər, iğtişaşlar, qanunvericilikdə dəyişikliklər və s. hadisələr) bu İcarə Müqaviləsinin şərtlərinə uyğun olaraq göstərilmiş vaxtda öz öhdəliklərini tam və lazımınca icra edə bilmədikdə, həmin öhdəliyin icrası baş vermiş fors-major halının müddəti qədər uzadılır.
6.2. Tərəf bu İcarə Müqaviləsi üzrə öhdəliyin icrasını gecikdirən fors-major hadisəsinin başlanması və bitməsi barədə digər Tərəfi 3 (üç) iş günü ərzində yazılı şəkildə məlumatlandırmalıdır.
7.1. Açıqlanması qanunla tələb olunan hallar, habelə bu İcarə Müqaviləsi haqqında bilməyə ehtiyacı olan və belə məlumatı konfidensial saxlamalı olan aşağıdakı şəxslər istisna olmaqla Tərəf bu İcarə Müqaviləsi çərçivəsində yaranan və ya əldə edilən hər hansı məlumatı və sənədi digər Tərəfin yazılı razılığı olmadan üçüncü tərəfə ötürə və ya açıqlaya bilməz:
7.1.1. özünün auditorlarına, hüquq və maliyyə məsləhətçilərinə, banklara və sığorta təşkilatlarına;
7.1.2. tələb olunan həddə reytinq agentliyinə və ya birjaya;
7.1.3. dövlət orqanlarına.
8.1. Tərəf bu İcarə Müqaviləsi üzrə öz öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə digər Tərəfə dəymiş zərərin əvəzini ödəməlidir.
8.2. İcarəçi bu İcarə Müqaviləsinin 2.3-cü bəndinin sonuncu cümləsində müəyyən edilmiş qaydada və müddətdə torpaq sahəsini və (və ya) tikilini İcarəyə verənə qaytarmadıqda qaytarılmayan hər gün üçün ____ manat dəbbə pulu ödəməlidir.
8.3. Bu İcarə Müqaviləsinə uyğun olaraq dəbbə pulunun ödənildiyi hallarda zərər vuran Tərəf zərərin dəbbə pulundan artıq olan hissəsini tam həcmdə ödəyir.
8.4. Bu İcarə Müqaviləsinə xitam verilməsi Tərəfləri bu İcarə Müqaviləsinin şərtlərinin pozulması ilə bağlı məsuliyyətdən azad etmir.
9.1. Bu İcarə Müqaviləsi və ondan irəli gələn münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir.
9.2. Bu İcarə Müqaviləsinin bağlanması və icrası zamanı yaranan bütün mübahisələr Tərəflərin qarşılıqlı razılığı ilə həll edilir.
9.3. Qarşılıqlı razılıq əldə edilmədikdə Tərəflər arasında bu Müqavilədən irəli gələn bütün mübahisələr, o cümlədən müqavilənin icrası, dəyişdirilməsi, uzadılması, ləğvi, borcun, dəbbə pulunun, cərimə, zərər və s. sanksiyaların ödənilməsi ilə bağlı mübahisələr Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll olunur. Bu müddəa bu Razılaşmaya xitam verildikdən sonra da öz qüvvəsini saxlayır.
10.1. Bu İcarə Müqaviləsi Tərəflər arasında imzalandığı tarixdən qüvvəyə minir.
10.2. İcarə müddəti bu İcarə Müqaviləsinin 2.3-cü bəndində göstərilən aktın imzalandığı tarixdən başlayır.
10.3. Bu İcarə Müqaviləsi _____ il müddətinə bağlanılır.
11.1. Bu İcarə Müqaviləsində Tərəflərin qarşılıqlı razılığına əsasən dəyişikliklər edilə bilər. Bu İcarə Müqaviləsində hər hansı dəyişiklik Tərəflərin imzaladıqları və bu İcarə Müqaviləsinin tərkib hissəsi olan protokolla rəsmiləşdirilir.
11.2. Bu İcarə Müqaviləsinin müddətinin bitməsinə azı 1 (bir) il qalmış Tərəf bu İcarə Müqaviləsinə xitam verilməsi və ya bu İcarə Müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi üçün digər Tərəfə yazılı bildiriş verə bilər. Bu İcarə Müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi Tərəflərin yazılı razılaşması əsasında həyata keçirilir.
11.3. Bu İcarə Müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
11.3.1. İcarə Müqaviləsinin müddəti başa çatdıqda;
11.3.2. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqaviləyə xitam verildikdə;
11.3.3. İcarəçinin icarəyə götürdüyü torpaq sahəsindən və (və ya) tikilidən istifadəsi bu İcarə Müqaviləsinin şərtlərinə uyğun gəlmədikdə;
11.3.4. İcarəçi icarə haqqının və ya onun mühüm hissəsinin ödənilməsini 3 (üç) aydan çox gecikdirdikdə.
11.4. Bu İcarə Müqaviləsinə xitam verildikdə icarəyə verilmiş torpaq sahəsində İcarəyə verənin razılığı ilə İcarəçi tərəfindən yaradılan istehsal sahələri, torpaq sahəsində və (və ya) tikilidə quraşdırılan avadanlıq və qurğuların müqəddəratı Nümunəvi Əsasnamənin 9.18-ci bəndinə uyğun həll edilir.
11.5. Bu İcarə Müqaviləsinin 11.3.3-cü və 11.3.4-cü yarımbəndlərində göstərilən hallar baş verdikdə İcarəyə verən İcarəçiyə pozuntuların aradan qaldırılması üçün yazılı bildiriş verir. İcarəçi yazılı bildirişi aldığı tarixdən 30 (otuz) gün ərzində pozuntuları aradan qaldırmazsa və ya aradan qaldırılması üçün heç bir tədbir görməzsə, İcarəyə verən bu İcarə Müqaviləsinə xitam verə və vurulmuş zərəri tələb edə bilər.
12.1. Bu İcarə Müqaviləsi Azərbaycan dilində, habelə tələb olunduqda Tərəflər üçün məqbul sayılacaq dildə olmaqla eyni qüvvəyə malik ______ nüsxədə imzalanır və notarial qaydada təsdiq edilir. Nüsxələrdən biri İcarəyə verəndə, biri İcarəçidə, biri notariusda qalır, digəri isə torpaq sahəsi və (və ya) tikili üzərində yaranmış icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qeydiyyat orqanına təqdim olunur.
12.2. Bu İcarə Müqaviləsinin notarial qaydada təsdiqlənməsi və torpaq sahəsi və (və ya) tikili üzərində yaranmış icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xərclər İcarəçi tərəfindən ödənilir.
12.3. Bu İcarə Müqaviləsi üzrə Tərəflər arasında bütün yazışma (bildiriş, müraciət, məlumat və s.) faks, poçt xidməti və ya şəxsən çatdırılmaqla və müvafiq sənədin çatdırılması barəsində təsdiqedici sənəd almaqla həyata keçirilir. Hər hansı yazışma faks ilə göndərilmişsə, həmin yazışma göndərildiyi tarixdən sonra gələn iş günündə alınmış
hesab olunur (bu şərtlə ki, müvafiq sənəd oxuna bilən formada alınmış olsun), poçt vasitəsi ilə göndərildikdə və ya şəxsən çatdırıldıqda, həmin yazışmanı alan tərəf onu faktiki olaraq aldığı (alan tərəfə təhvil verildiyi) tarixdə alınmış hesab olunur.
12.4. Tərəflər arasında bu İcarə Müqaviləsi ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir.
12.5. Tərəf öz hüquqi ünvanında və bank rekvizitlərində dəyişiklik etdikdə bu barədə digər Tərəfi dərhal məlumatlandırır.
___________________________________________
(sənaye parkının idarəedici təşkilatının adı)
__________________________________________
(hüquqi şəxsin adı / fiziki şəxsin adı və soyadı)
Hüquqi ünvanı _______________________
Hüquqi ünvanı _______________________
VÖEN ____________________________
VÖEN ____________________________
Bank rekvizitləri _____________________
Bank rekvizitləri _____________________
İmzalayan şəxsin vəzifəsi, adı, soyadı və imzası
İmzalayan şəxsin vəzifəsi, adı, soyadı və imzası
1. 15 iyul 2014-cü il tarixli 5 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201407150005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyul 2014-cü il)
2. 28 iyun 2016-cı il tarixli 6 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201606280006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 iyul 2016-cı il)
3 aprel 2026-cı il tarixli 3 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202604030003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 aprel 2026-cı il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI