Sərhəd mühafizə orqanlarının hərbi hissələri, bölmələri, sərhəd dəstələri, tədris məktəbləri, sərhəd gəmiləri (katerləri) döyüş bayraqlarına və rəmzlərə; təyyarələri, helikopterləri, avtonəqliyyat vasitələri və döyüş texnikası tanınma nişanlarına; hərbi qulluqçuları isə fərqlənmə nişanlarına və emblemlərə malikdirlər.
Bu maddənin birinci hissəsində göstərilən bayraqlar, rəmzlər, nişanlar və emblemlər haqqında əsasnamələri müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.