Qanunvericilik › Sərhəd mühafizə orqanlarıı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 22

Maddə 22. Sərhəd gəmisi (kateri)

Sərhəd mühafizə orqanlarıı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Sərhəd mühafizə orqanlarının tərkibinə daxil olan sərhəd gəmisi (kateri) Dövlət sərhədinin bilavasitə mühafizəsinə xidmət edir, müəyyən edilmiş bayraq, vımpel, bort fərqlənmə nişanı daşıyır, sərhəd mühafizə orqanlarında hərbi xidmətdə olan şəxsin komandanlığı altındadır və hərbi intizama tabe olan heyətə malikdir.

Sərhəd, gəmisi, ona məxsus olan uçan aparatlar və üzən vasitələr beynəlxalq hüquq normalarına müvafiq olaraq immunitetə malikdirlər.

Sərhəd gəmisinin (katerinin) komandiri, şəxsi heyəti xarici dövlətlər, hərbi və qeyri-hərbi gəmilər, habelə onların nümayəndələri ilə qarşılıqlı münasibətlərdə olarkən Azərbaycan Respublikasının qanunvericiliyini, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini, beynəlxalq hüququn prinsip və normalarını əsas tuturlar.

Komandirlərin vəzifəyə görə birinciliyini, zabitlərin, miçmanların hüquqi və sosial vəziyyətini, maddi-texniki təminat normalarını müəyyən etmək üçün sərhəd xidmətinin gəmiləri (katerləri) taktiki-texniki elementlərindən və həll edəcəyi vəzifələrdən asılı olaraq sərhəd gəmiləri (katerləri) siniflərə və dərəcələrə bölünür. Siniflərə və dərəcələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş sərhəd gəmilərinin təsnifatı haqqında Əsasnamə ilə müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver