“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 95.3-cü maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.1.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti
1. “Sığorta bazarının peşəkar iştirakçılarının reyestrinin aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Maliyyə bazarlarının hüquqi təminatı departamentinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
1.1. Bu Qayda “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 54-cü, 81-4.1-ci, 81-4.2-ci, 94-2.2-ci, 94-2.3-cü və 95.3-cü maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 51.4-cü maddəsinə əsasən hazırlanmışdır və sığortaçıların, sığorta vasitəçilərinin, o cümlədən, xarici sığorta brokerlərinin və onların Azərbaycan Respublikasındakı nümayəndəliklərinin, aktuarilərin, müstəqil ekspertlərin, həmçinin sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin reyestrinin (bundan sonra − Reyestr) aparılması qaydalarını müəyyən edir.
1.2. Reyestrin aparılması Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən həyata keçirilir.
1.3. Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının sığorta qanunvericiliyi ilə müəyyən edilmiş mənaları ifadə edir.
1.4. Bu Qaydada istifadə olunan “sığortaçı” anlayışı Qanunun 1.2-ci maddəsinə uyğun olaraq təkrarsığortaçıları da əhatə edir.
1.5. Bu Qayda “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş müstəqil ekspertlərə də şamil olunur.
2.1. Sığortaçılar və sığorta vasitəçiləri müvafiq fəaliyyət üzrə lisenziya aldığı tarixdən, aktuarilər isə attestasiyadan keçərək aktuari şəhadətnaməsi aldıqdan dərhal sonra Reyestrə daxil edilirlər.
2.2. Müstəqil ekspertlər, sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər, xarici sığorta brokerləri və onların Azərbaycan Respublikasındakı nümayəndəlikləri onların bu Qaydaya uyğun olaraq Reyestrə daxil edilməsi barədə qərarın qüvvəyə mindiyi tarixdən Reyestrə daxil edilirlər.
2.3. Fiziki şəxs olan müstəqil ekspertlər müstəqil ekspert sertifikatında göstərilən sahə (sahələr), hüquqi şəxs olan müstəqil ekspertlər isə onların əmək müqaviləsi əsasında işlədiyi müstəqil ekspertlərin müstəqil ekspert sertifikatında göstərilən sahə (sahələr) üzrə Reyestrə daxil edilirlər.
3.1. Bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan subyektlər Reyestrə daxil edilmək üçün aşağıdakı sənədlər əlavə olunmaqla Mərkəzi Banka yazılı müraciət edirlər:
3.1.1. fiziki şəxs olan müstəqil ekspert üzrə:
3.1.1.1. müstəqil ekspert sertifikatının notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;
3.1.1.2. vergi orqanında qeydiyyata alınma haqqında sənədin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;
3.1.1.3. əmək fəaliyyəti haqqında sənədin (əmək kitabçası və (və ya) müvafiq elektron informasiya sistemindən əldə olunmuş əmək münasibətlərinə dair arayışın) notariat qaydasında təsdiq edilmiş surəti;
3.1.1.4. müstəqil ekspert sertifikatı əldə etdikdən sonra sığortaçı, sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs olan sığorta vasitəçisi ilə müstəqil ekspert fəaliyyəti üzrə xidmətin göstərilməsi istisna olmaqla, digər xidmətlər ilə əlaqədar mülki-hüquqi müqavilə münasibətlərində olmaması barədə yazılı bəyanatı;
3.1.2. hüquqi şəxs olan müstəqil ekspert üzrə:
3.1.2.1. dövlət reyestrindən çıxarışın, nizamnamənin və faktiki ünvanını təsdiq edən sənədin (icarə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən sənəd və ya digər sənədlər) notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;
3.1.2.2. əmək müqaviləsi əsasında işləyən müstəqil ekspert olan azı iki işçisinin əmək fəaliyyəti haqqında sənədinin (əmək kitabçası və (və ya) müvafiq elektron informasiya sistemindən əldə olunmuş əmək münasibətlərinə dair arayışının) notariat qaydasında təsdiq edilmiş surəti;
3.1.2.3. iştirakçısının və icra orqanının rəhbərinin əmək fəaliyyəti haqqında sənədinin (əmək kitabçası və (və ya) müvafiq elektron informasiya sistemindən əldə olunmuş əmək münasibətlərinə dair arayışın) notariat qaydasında təsdiq edilmiş surəti;
3.1.2.4. iştirakçısının və icra orqanının rəhbərinin sığortaçı, sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs olan sığorta vasitəçisi ilə mülki-hüquqi müqavilə münasibətlərində olmaması barədə yazılı bəyanatı;
3.1.2.5. icra orqanının rəhbərinin təyin edilməsi barədə qərarın əsli və ya qanunvericilikdə müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;
3.1.3. Sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxs üzrə:
3.1.3.1. yerli hüquqi şəxs olduqda dövlət reyestrindən çıxarışın, nizamnamənin və faktiki ünvanını təsdiq edən sənədin (icarə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən sənəd və ya digər sənədlər) notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;
3.1.3.2. icra orqanının rəhbərinin təyin edilməsi barədə qərarın əsli və ya müvafiq qaydada təsdiq edilmiş surəti;
3.1.3.3. xarici hüquqi şəxs olduqda nizamnamənin və rezidenti olduğu ölkədə qeydiyyatdan keçdiyini təsdiq edən sənədin, habelə icra orqanının rəhbərinin təyin edilməsi barədə qərarın qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş və Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq edilmiş surəti;
3.1.4. Xarici sığorta brokeri üzrə:
3.1.4.1. fiziki şəxs olduqda şəxsiyyətini, rezidenti olduğu ölkədə vergi ödəyicisi kimi qeydiyyata alındığını və rezidenti olduğu ölkənin səlahiyyətli qurumu tərəfindən verilmiş sığorta brokeri fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sənədlərin qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş və Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq edilmiş surəti;
3.1.4.2. hüquqi şəxs olduqda nizamnamənin, rezidenti olduğu ölkədə qeydiyyatdan keçdiyini, rezidenti olduğu ölkənin səlahiyyətli qurumu tərəfindən verilmiş sığorta brokeri fəaliyyəti ilə məşğul olmaq hüququnu və təsisçilərinə (iştirakçılarına) dair məlumatı təsdiq edən sənədlərin qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş və Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq edilmiş surəti, həmçinin “Standard & Poors”, “Moody’s Investors Service”, “Fitch” və ya “A.M. Best” beynəlxalq nüfuzlu reytinq agentlikləri tərəfindən verilmiş qüvvədə olan ən son reytinqi təsdiqləyən sənəd (olduqda);
3.1.5. Xarici sığorta brokerinin Azərbaycan Respublikasındakı nümayəndəliyi üzrə:
3.1.5.1. dövlət reyestrindən çıxarışın, əsasnamənin və faktiki ünvanını təsdiq edən sənədin (icarə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən sənəd və ya digər sənədlər) notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;
3.1.5.2. yaradılması və rəhbərinin təyin edilməsi barədə nümayəndəliyin təsisçisi olan xarici sığorta brokerinin qərarının qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş və Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq edilmiş surəti;
3.1.5.3. nümayəndəliyin təsisçisi olan xarici sığorta brokerinin bu Qaydanın 3.1.4.2-ci yarımbəndində qeyd olunan sənədləri.
3.2. Bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulmuş yazılı müraciətdə fiziki şəxs olan subyektin soyadı, adı, atasının adı, elektron poçt ünvanı və internet səhifəsi (olduqda), qeydiyyatda olduğu və faktiki yaşadığı ünvanı, telefon nömrəsi, fiziki şəxs müstəqil ekspertə münasibətdə həmçinin fəaliyyət göstərmək istədiyi sahə, hüquqi şəxs olan subyektin adı, hüquqi və faktiki ünvanı, telefon nömrəsi, elektron poçt ünvanı və internet səhifəsi (olduqda), icra orqanının rəhbərinin soyadı, adı, atasının adı və vəzifəsi, hüquqi şəxs müstəqil ekspertə münasibətdə həmçinin fəaliyyət göstərmək istədiyi sahə qeyd olunmalıdır.
3.3. Sığortaçıların, hüquqi şəxs olan sığorta vasitəçilərinin, hüquqi şəxs olan müstəqil ekspertlərin və sığorta sahəsində fəaliyyət göstərən yardımçı hüquqi şəxslərin filial və nümayəndəliklərinin Reyestrə daxil edilməsi üçün onların vergi uçotuna alınması haqqında sənədinin və əsasnaməsinin, faktiki ünvanını təsdiq edən sənədin (icarə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən sənəd və ya digər sənədlər) notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surətləri, habelə filial və nümayəndəliyin açılması, onların rəhbərinin təyin edilməsi barədə qərarın və onların rəhbərlərinə verilmiş etibarnamənin qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilmiş surəti Mərkəzi Banka təqdim olunur.
3.4. Bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.
3.5. Mərkəzi Bank tərəfindən bu Qaydanın 3.1-ci bəndində müəyyən edilmiş sənədlərə onların Mərkəzi Banka təqdim edildiyi tarixdən 30 (otuz) gün müddətində baxılır, subyektin Reyestrə daxil edilməsi və ya Reyestrə daxil etməkdən imtina edilməsi barədə qərar qəbul edilir və bu barədə subyektə yazılı bildiriş göndərilir.
3.6. Təqdim edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar aşkar edildikdə bu barədə müvafiq subyektə sənədlərin Mərkəzi Banka təqdim edildiyi gündən 15 (on beş) iş günü müddətində yazılı məlumat verilir və ona 60 (altmış) gün müddətində səhvləri və ya çatışmazlıqları aradan qaldırmaq təklif edilir. Bu halda sənədlərə baxılma müddəti həmin səhvlər və ya çatışmazlıqlar aradan qaldırıldığı vaxtdan hesablanır.
3.7. Bu Qaydanın 3.6-cı bəndinə uyğun olaraq Reyestrə daxil edilmək üçün təqdim olunmuş sənədlərdəki səhvlər və ya çatışmazlıqlar aradan qaldırılmadıqda Mərkəzi Bank müvafiq subyekti Reyestrə daxil etməkdən imtina edir.
3.8. Müvafiq subyektlər Reyestrə daxil etməkdən imtina edilməsi barədə Mərkəzi Bankın qərarından məhkəməyə şikayət verə bilərlər.
4.1. Bu Qaydanın 3.1-ci bəndinə əsasən təqdim edilmiş sənəd və məlumatlarda Reyestrə daxil edildikdən sonra baş verən dəyişikliklər, o cümlədən, hüquqi şəxsin yenidən təşkil edilməsi və ya ləğv edilməsi, müvafiq fəaliyyətlə məşğul olmaq hüququnun məhdudlaşdırılması, dayandırılması və ya ləğv edilməsi barədə xarici sığorta brokerləri, onların Azərbaycan Respublikasındakı nümayəndəlikləri və sığorta sahəsində yardımçı fəaliyyət göstərən xarici hüquqi şəxslər 30 (otuz) iş günü ərzində, digər subyektlər isə 5 (beş) iş günü ərzində Mərkəzi Banka məlumat verməlidir.
4.2. Bu Qaydanın 5-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, Mərkəzi Bank müvafiq dəyişiklikləri Reyestrdə qeydə alır.
5.1. Sığorta bazarının peşəkar iştirakçıları aşağıdakı hallarda Reyestrdən çıxarılır:
5.1.1. sığortaçının və sığorta vasitəçisinin lisenziyası ləğv edildikdə;
5.1.2.1. şəhadətnaməsinin müddəti bitdikdə və yenisini almadıqda;
5.1.2.2. məsul aktuari bir il ərzində iki dəfə Qanunun 81-7-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə cəlb edildikdə;
5.1.2.3. vətəndaş qüsursuzluğunu aradan qaldıran hal baş verdikdə;
5.1.2.4. vəfat etdikdə;
5.1.3. fiziki şəxs olan müstəqil ekspert:
5.1.3.1. öz ərizəsi ilə müraciət etdikdə;
5.1.3.2. Qanunun 94-2.4-cü maddəsi nəzərə alınmaqla, müstəqil ekspert sertifikatının müddəti bitdikdə və yenisini almadıqda;
5.1.3.3. müstəqil ekspert fəaliyyəti ilə bağlı Qanunun tələblərinin pozulmasına görə bir il ərzində üç dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda;
5.1.3.4. məqbul və lazımi keyfiyyətlərə malik olmadıqda;
5.1.3.5. Qanunun 102-ci maddəsinə uyğun olaraq verilmiş təqdimatı vaxtında və ya tam icra etmədikdə;
5.1.3.6. vəfat etdikdə;
5.1.3.7. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edildikdə;
5.1.3.8. müstəqil ekspert fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməsinə, o cümlədən barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
5.1.4. hüquqi şəxs olan müstəqil ekspert:
5.1.4.1. öz ərizəsi ilə müraciət etdikdə;
5.1.4.2. Qanunun 94-1.7-ci maddəsinin tələblərini pozduqda;
5.1.4.3. bu Qaydanın 5.1.3.3-cü və ya 5.1.3.5-ci yarımbəndlərində göstərilən hallarda;
5.1.4.4. müflis elan edildikdə və ya ləğv edildikdə;
5.1.5. sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxs:
5.1.5.1. öz ərizəsi ilə müraciət etdikdə;
5.1.5.2. müflis elan edildikdə və ya ləğv edildikdə;
5.1.6. xarici sığorta brokeri və xarici sığorta brokerinin Azərbaycanın Respublikasındakı nümayəndəliyi:
5.1.6.1. öz ərizəsi ilə müraciət etdikdə;
5.1.6.2. müflis elan edildikdə və ya ləğv edildikdə;
5.1.6.3. fəaliyyətində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi faktı aşkar edildikdə;
5.1.7. sığortaçıların, hüquqi şəxs olan sığorta vasitəçilərinin, hüquqi şəxs olan müstəqil ekspertlərin və sığorta sahəsində fəaliyyət göstərən yardımçı hüquqi şəxslərin filial və nümayəndəlikləri ləğv edildikdə.
5.2. Bir neçə sahə üzrə Reyestrə daxil edilmiş fiziki şəxs olan müstəqil ekspert Qanunun 94-3.4-cü maddəsinə uyğun olaraq müvafiq sahə üzrə yenidən sertifikat almadıqda həmin sahə üzrə Reyestrdən çıxarılır.
5.3. Hüquqi şəxs olan müstəqil ekspert müstəqil ekspert olan işçisinin əmək müqaviləsinə xitam verdikdən sonra 2 (iki) ay müddətində onu müvafiq sahə üzrə müstəqil ekspertlə əvəz etmədikdə (müvafiq sahə üzrə digər müstəqil ekspert olan işçisinin olduğu hallar istisna olmaqla) həmin sahə üzrə Reyestrdən çıxarılır.
5.4. Mərkəzi Bank müvafiq subyektin reyestrdən çıxarılması haqqında qərarı barədə həmin subyektə yazılı bildiriş göndərir.
5.5. Reyestrdən çıxarılma haqqında Mərkəzi Bankın qərarından məhkəməyə şikayət verilə bilər. Şikayətin verilməsi Mərkəzi Bankın qərarının icrasını dayandırmır.
6.1. Reyestr elektron qaydada, bu Qaydanın 1.1-ci bəndində nəzərdə tutulmuş şəxslər üzrə müvafiq olaraq bu Qaydaya 1−13 nömrəli Əlavələrdə nəzərdə tutulmuş formalarda tərtib edilir.
6.2. Qanunun 54-cü maddəsində və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 51.4-cü maddəsində nəzərdə tutulmuş reyestr məlumatları Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilir.
Qeyd: “Lisenziyanın statusu və digər qeydlər” sütununda lisenziyanın qüvvəsinin dayandırılması tarixi və müddəti və lisenziyanın ləğv edildiyi tarix göstərilir.
Soyadı, adı, atasının adı
“Sığorta bazarının peşəkar iştirakçılarının reyestrinin aparılması
Soyadı, adı, atasının adı