“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli, 519-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 13 mart 2008-ci il tarixli 735 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası
1. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar aşağıdakı normativ hüquqi aktlar təsdiq edilsin:
1.3. “Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün sığortaçıların nizamnamə kapitallarının ümumi məbləğində xarici kapital payının son həddinin müəyyən edilməsi və bu payın hesablanması Qaydaları” (3 nömrəli əlavə);
1.4. “Sığortaçılarda daxili auditin aparılması Qaydaları” (4 nömrəli əlavə);
1.5. “Sığortaçılarda müstəqil auditin aparılmasına dair minimum tələblər” (5 nömrəli əlavə);
1.6. “Sığorta, təkrarsığorta, sığorta brokeri və sığorta agenti fəaliyyətinə verilən lisenziyaların forması və doldurulması Qaydaları” (6 nömrəli əlavə);
2. Bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş normativ hüquqi aktların qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikası Maliyyə Nazirliyinin aşağıdakı normativ hüquqi aktları ləğv edilsin:
2.1. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi və bəzi normativ hüquqi aktların qüvvədən düşmüş hesab edilməsi haqqında” 2008-ci il 14 noyabr tarixli İ-110 nömrəli Əmr (2-ci hissəsi istisna olmaqla);
2.2. “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta Qaydalarının təsdiq edilməsi haqqında” 2010-cu il 23 noyabr tarixli İ-189 nömrəli Əmr;
2.3. “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin bəzi normativ hüquqi aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 2011-ci il 21 yanvar tarixli İ-09 nömrəli Əmr.
3. Maliyyə və sığorta bazarının tənzimlənməsi şöbəsinə və Dövlət Sığorta Nəzarəti Xidmətinə tapşırılsın ki, Hüquq şöbəsi ilə birlikdə bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər.
4. Bu qərarın icrasına nəzarət nazir müavini Azər Bayramova həvalə edilsin.
1. Bu Qaydalar «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə və "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli, 735 nömrəli Fərmanının 3.1.-ci bəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün sığortaçıların nizamnamə kapitallarının ümumi məbləğində xarici kapital payının son həddini, habelə bu payın hesablanması qaydalarını müəyyən edir.
2. Bu Qaydalarda istifadə olunan “sığortaçı” və “xarici sığortaçı” anlayışı sığortaçılar və xarici sığortaçılarla yanaşı, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə uyğun olaraq, təkrarsığortaçıları və xarici təkrarsığortaçıları da, habelə “xarici sığortaçı” anlayışı həm də Azərbaycan Respublikasında fəaliyyət göstərən sığortaçıların nizamnamə kapitalında bilavasitə və ya bu Qaydalarda nəzərdə tutulmuş qaydada dolayısı ilə iştirak etmək hüququ olan şəxsləri də əhatə edir.
3. Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün sığortaçıların nizamnamə kapitallarının ümumi məbləğində xarici kapital payının son həddi aşağıdakı kimi müəyyən edilir:
3.1. 2015-ci il 01 yanvar tarixinədək – 50 %;
3.2. 2015-ci ilin 01 yanvar tarixindən etibarən – 70 %;
3.3. 2016-cı ilin 01 yanvar tarixindən etibarən – 85 %;
3.4. 2017-ci ilin 01 yanvar tarixindən etibarən – 100 %.
4. Xarici fiziki və ya hüquqi şəxs Azərbaycan Respublikasında fəaliyyət göstərən sığortaçının yerli hüquqi şəxs olan səhmdarlarının nizamnamə kapitalında bilavasitə iştirak edərsə, həmin xarici fiziki və ya hüquqi şəxs Azərbaycan Respublikasında fəaliyyət göstərən sığortaçının nizamnamə kapitalında dolayısı ilə iştirak etmiş hesab olunur.
5. Xarici fiziki və ya hüquqi şəxs Azərbaycan Respublikasında fəaliyyət göstərən sığortaçının nizamnamə kapitalında iştirak edirsə, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün sığortaçıların nizamnamə kapitallarının ümumi məbləğində xarici kapital paylarının məcmu məbləğini hesablayarkən xarici fiziki və ya hüquqi şəxsin bilavasitə iştirak payı qəbul edilir.
6. Xarici fiziki və ya hüquqi şəxs Azərbaycan Respublikasında fəaliyyət göstərən sığortaçının nizamnamə kapitalında dolayısı ilə iştirak edirsə, belə iştirakı ifadə edən pay aşağıdakı düsturla hesablanır:
A - Azərbaycan Respublikasında fəaliyyət göstərən sığortaçının nizamnamə kapitalında xarici fiziki və ya hüquqi şəxsin dolayısı ilə iştirak payıdır;
B - Azərbaycan Respublikasında fəaliyyət göstərən sığortaçının səhmdarı olan yerli hüquqi şəxsin nizamnamə kapitalında xarici fiziki və ya hüquqi şəxsin bilavasitə iştirak payıdır;
C - Azərbaycan Respublikasında fəaliyyət göstərən sığortaçının səhmdarı olan yerli hüquqi şəxsin nizamnamə kapitalında xarici fiziki və ya hüquqi şəxsin bilavasitə iştirak payının faiz nisbətidir;
D - Azərbaycan Respublikasında fəaliyyət göstərən sığortaçının nizamnamə kapitalında onun səhmdarı olan, bu Qaydaların 4-cü bəndində nəzərdə tutulmuş yerli hüquqi şəxsin iştirak payının faiz nisbətidir;
7. Bu Qaydaların 3-cü bəndinin məqsədləri üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən sığortaçıların nizamnamə kapitallarındakı bu Qaydaların 5-ci və 6-cı bəndinə müvafiq olaraq müəyyən edilən bilavasitə və (və ya) dolayısı ilə iştirakı ifadə edən xarici kapital payları cəmlənir və alınan məbləğin Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün sığortaçıların nizamnamə kapitallarının ümumi məbləğinə faiz nisbəti müəyyən edilir.
1.3. Bu Qaydalar «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun (bundan sonra “Qanun” adlandırılacaq) 35.3-cü maddəsinə əsasən, həmin Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına, habelə Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının prinsip və standartlarına uyğun olaraq hazırlanmış və sığortaçılarda daxili auditin aparılması qaydalarını müəyyən edir.
1.4. Sığortaçılarda, habelə onların filial və nümayəndəliklərində daxili auditin aparılması qaydaları qanunvericiliyin tələblərinə, sığortaçının təsis və daxili sənədlərinə uyğun olaraq bu Qaydalarda müəyyən olunan xüsusiyyətlər nəzərə alınmaqla həyata keçirilir.
1.5. Bu Qaydalarda istifadə olunan “sığortaçı” anlayışı sığortaçılarla yanaşı, Azərbaycan Respublikasının «Sığorta fəaliyyəti haqqında» Qanununun 1.2-ci maddəsinə uyğun olaraq, təkrarsığortaçıları da əhatə edir.
2.1. Sığortaçının daxili audit sisteminin əsas məqsədi risklərin idarə olunmasının, nəzarət və idarəetmənin səmərəliliyinin qiymətləndirilməsinə və inkişafına sistemli yanaşmaqla onun struktur bölmələrinin və işçilərinin, filial və nümayəndəliklərinin bu Qaydaların 2.2-ci bəndində müəyyən edilmiş istiqamətlərdə qanunvericiliyin tələblərinə riayət etməsinə, sığortaçının qanunvericiliklə, o cümlədən bu Qaydalarla nəzərdə tutulan daxili sənədlərinin mövcud olmasına və onlara əməl edilməsinə, sığortaçı tərəfindən həyata keçirilən əməliyyatların xarakterinə və miqyasına, o cümlədən onun fəaliyyət risklərinin azaldılmasına adekvat olaraq lazımi etibarlılıq səviyyəsinin təmin edilməsinə nəzarət etməkdir.
2.2. Daxili audit xidməti sığortaçıda aşağıdakı istiqamətlərdə daxili auditi təmin etməlidir:
2.2.1. sığorta fəaliyyətinin və qanunla həyata keçirilməsinə icazə verilmiş digər fəaliyyət növlərinin qanunauyğunluğu;
2.2.2. sığortaçı tərəfindən, həmçinin onun struktur bölmələri, habelə filial və nümayəndəlikləri tərəfindən qanunvericiliyin tələblərinə, o cümlədən mühasibat uçotu tələblərinə və sığortaçının müvafiq daxili sənədlərində müəyyən edilmiş daxili prosedurlara uyğun fəaliyyətin həyata keçirilməsi;
2.2.3. sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti üzrə ardıcıl, sistemli təhlilin və qiymətləndirmənin həyata keçirilməsi;
2.2.4. sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilmiş normativlərin və icrası məcburi olan göstərişlərin, norma və məhdudiyyətlərin yerinə yetirilməsi;
2.2.5. sığorta nəzarəti orqanının, habelə idarəetmə orqanlarının qəbul etdikləri qərarların sığortaçı tərəfindən icrasına nəzarət tədbirlərinin səmərəliliyinin yoxlanılması, qiymətləndirilməsi və bu sahədə mövcud nöqsanların təcili aradan qaldırılması barədə tədbirlər görülməsi;
2.2.6. qəbul olunan qərarların, o cümlədən daxili və kənar yoxlamalar zamanı aşkar olunan nöqsan və çatışmazlıqların aradan qaldırılmasının icrasına nəzarət tədbirlərinin səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsi;
2.2.7. aktivlər və öhdəliklərin idarə edilməsi sisteminin səmərəliliyinin, o cümlədən potensial risklərin və sığorta müqavilələrinin portfelinin (məcmusunun) ümumilikdə, yaxud ayrı-ayrı sığorta növləri üzrə qiymətləndirilməsi;
2.2.8. sığorta fəaliyyəti və qanunla həyata keçirilməsinə icazə verilmiş digər fəaliyyət zamanı meydana çıxan risklərin idarə olunması, o cümlədən bu risklərin azaldılması üzrə monitorinqin həyata keçirilməsi;
2.2.9. sığorta agentlərinin fəaliyyətinin qanunauyğunluğu və belə fəaliyyətlə bağlı mümkün olan risklərin nəzarətdə saxlanması;
2.2.10. sığortaçının hesabatlarının qanunvericiliyə, o cümlədən beynəlxalq maliyyə hesabatları standartlarına uyğun olması;
3.1. Sığorta fəaliyyətinin və qanunla həyata keçirilməsinə icazə verilmiş digər fəaliyyətin həyata keçirilməsi zamanı müəyyən itkilərin və ya zərərlərin meydana çıxması ehtimalı sığortaçının riskləri hesab edilir.
3.2. Daxili auditin həyata keçirilməsi prosesində sığortaçının risklərinin idarə olunması və monitorinqi zamanı aşağıdakı əsas risk növləri fərqləndirilməlidir:
3.2.1. kredit riski – digər tərəfin müqavilə şərtlərini yerinə yetirmək qabiliyyətinin olmaması və ya müqavilənin əsas şərtlərini və ya sığortaçıya münasibətdə digər öhdəlikləri pozması nəticəsində meydana çıxan xərclərin və ya zərərlərin yaranma riski, o cümlədən ölkə xaricindən ödəmələrin köçürülməsi zamanı meydana çıxan məhdudiyyət və maneələr;
3.2.2. hüquq riski – sığortaçı tərəfindən qanunvericiliyin tələblərinin pozulması və həyata keçirilən əməliyyatların daxili sənədlərlə, xaricilərə münasibətdə isə digər ölkələrin qanunvericilikləri ilə uyğunsuzluğu nəticəsində xərclərin və ya zərərlərin yaranma riski;
3.2.3. əməliyyat riski – sığortaçı tərəfindən daxili nəzarətin təşkilinə dair tələblərin pozulması (yerinə yetirilməməsi), habelə informasiya texnologiyaları sistemlərində əhəmiyyətli nasazlıqların baş verməsi nəticəsində meydana çıxan xərclərin (zərərlərin) yaranma riski;
3.2.4. likvidliyin itirilməsi riski - sığortaçının öz vəzifələrini yerinə yetirməməsi və ya vaxtinda yerinə yetirməməsi riski;
3.2.5. bazar riski – bazar qiymətlərinin dəyişməsi nəticəsində sığortaçının vəsaitləri və gəliri üçün yarana biləcək mövcud və ya gələcək təhlükə. Bazar riski qiymət, valyuta və faiz risklərinə bölünür:
3.2.5.1 qiymət riski – maliyyə bazarlarında dəyişikliyin baş verməsinin sığortaçının maliyyə alətlərinin bazar dəyərinə təsiri nəticəsində xərclərin və ya zərərlərin yaranması riski;
3.2.5.2 valyuta riski – sığortaçının öz fəaliyyətini həyata keçirməsi zamanı müəyyən beynəlxalq valyuta məzənnəsinin dəyişməsi ilə əlaqədar xərclərin və ya zərərlərin yaranması riski;
3.2.5.3 faiz riski – investisiyalar üzrə faiz dərəcələrinin dəyişməsi ilə əlaqədar xərclərin və ya zərərlərin yaranması riski;
3.2.6. nüfuz riski – mənfi ictimai rəy və sığortaçıya olan etirbarın azalması nəticəsində xərclərin və zərərlərin yaranması riski;
3.2.7. portfel riski – sığortaçının likvidliyinin itirilməsi, gəlirliliyinin və vəsaitlərinin investisiya qoyulduğu qiymətli kağızların məzənnəsinin aşağı düşməsi, həmçinin onların emitentlərinin maliyyə vəziyyətinin pisləşməsindən irəli gələn risk;
3.2.8. transfer riski – xarici ölkənin və ya xarici şəxsin ödəmə qabiliyyətinin olmaması və ya kredit risklərindən asılı olmayan səbəblərdən sığortaçı qarşısındakı öhdəliklərini yerinə yetirmək istəyində olmaması nəticəsində xərclərin və ya zərərlərin yaranması riski.
4.1. Sığortaçı daxili auditin aparılmasının hüquqi nizamlanması məqsədilə qanunvericilidə nəzərdə tutulmuş qaydada aşağıdakılar barədə daxili sənədləri təsdiq edir:
4.1.1. daxili auditin təşkili;
4.1.2. daxili audit xidmətini həyata keçirən struktur bölməsinin funksiyaları;
4.1.3. sığorta əməliyyatları üzrə aşağıdakı məsələləri əhatə edən daxili siyasət:
4.1.3.1. dəqiq və düzgün aktuar hesablamalar;
4.1.3.2. sığorta müqavilələrinin portfelinin müxtəlifliyi;
4.1.3.3. anderraytinqin peşəkar səviyyədə həyata keçirilməsi;
4.1.3.4. sığorta növlərinin işlənib hazırlanması.
4.1.4. təkrarsığorta əməliyyatları üzrə aşağıdakı məsələləri əhatə edən daxili siyasət:
4.1.4.1. təkrarsığortaçının seçilməsi meyarları və qaydaları;
4.1.4.2. xaricdə sığorta əməliyyatlarının aparılması;
4.1.4.3. təkrarsığorta müqavilələrinin təhlili;
4.1.4.4. təkrarsığorta müqavilələrinin bağlanması üzrə sığorta brokerinin seçilməsi.
4.1.5. subroqasiya tələbləri üzrə əməliyyatlar da daxil olmaqla, sığorta ödənişlərinin həyata keçirilməsi üzrə daxili siyasət;
4.1.6. maliyyə sabitliyi və ödəmə qabiliyyəti normativlərinin idarə olunması üzrə daxili siyasət;
4.1.7. sığortaçının aktivlərinin və öhdəliklərinin idarə olunması, o cümlədən likvidlik və müxtəliflik, səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş normativlərə, digər zəruri norma və hədlərə riayət olunması, aktiv və öhdəliklərin idarə olunmasına cəlb edilmiş şəxsin öhdəliklərinə və səlahiyyətlərinə əməl etməsi məsələlərini əhatə edən strategiyası və prosedur;
4.1.8. sığortaçıda işçilərin yüksək standartlara uyğunluğuna, o cümlədən cinayət yolu ilə əldə edilmiş pulların və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı səmərəli mübarizə tədbirlərinə nail olmaq üçün aşağıdakıları əhatə edən fəaliyyət proqramı:
4.1.8.1. işə götürmə zamanı tətbiq edilən daxili siyasətin, presedur və nəzarət metodlarının, o cümlədən müəyyən edilmiş tələblərin yerinə yetirilməsi, habelə peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətlərə aid yüksək standartlara cavab verən şəxslərin seçilməsi üçün uyğun prosedur qaydalarının işlənib hazırlanması;
4.1.8.2. işçilərin peşə hazırlığının artırılması üzrə davamlı təlim-tədris proqramları;
4.1.9. sığorta agentlərinin fəaliyyəti üzrə aşağıdakı məsələləri əhatə edən daxili siyasət:
4.1.9.1. onların mütəmadi attestasiyasının, fəaliyyətinə və hesabatlarına nəzarətin həyata keçirilməsi;
4.1.9.2. nağd pul dövriyyəsinə nəzarətin həyata keçirilməsi;
4.1.9.3. sığorta tariflərinin və sığorta haqlarının müəyyən edilməsi sahəsində agentlər və sığortaçının müvafiq bölmələri arasında məsuliyyət bölgüsü;
4.1.10. sığorta müqavilələrinin uçotunun təşkili;
4.1.11. uçot və hesabatlar da daxil olmaqla, filial və nümayəndəliklərin fəaliyyətinin təşkili və onların maliyyə hesabatlarının tərtib edilməsi;
4.1.12. konsolidə edilmiş hesabatlar da daxil olmaqla, mühasibat uçotu və maliyyə hesabatları üzrə siyasət;
4.1.13. sığortaçının vergi uçotu siyasəti;
4.1.14. sığortaçının sənədlərinin saxlanmasının təşkili, məlumatların qorunması və saxlanması qaydası, sığorta sirlərinin, kommersiya və xidməti sirlərin saxlanmasına əməl olunması üçün zəruri şərtlərin hazırlanması, kommersiya və xidməti sirləri təşkil edən sənədlərin, xəbərlərin və məlumatların siyahısının, həmçinin onun dəyişdirilməsi qaydasının müəyyən edilməsi;
4.1.15. ciddi hesabat blanklarının saxlanması, istifadəsi və ləğv edilməsinin təşkili;
4.1.16. sığortaçının kapital uçotu sahəsində daxili siyasət;
4.1.17. sığortaçının aktivlərinin investisiyaya yönəldilməsi üzrə aşağıdakı məsələləri əhatə edən daxili siyasət:
4.1.17.1. aktivlərin növündən asılı olaraq investisiya hədlərinin müəyyən edilməsi
4.1.17.2. aktivlərin sərfəli şərtlərlə alınması;
4.1.17.3. risklər yarandıqda itkilərin düzgün qiymətləndirilməsi;
4.1.17.4. kənardan vəsaitlərin cəlb edilməsi;
4.1.17.5. gözlənilməz hadisə nəticəsində yaranan hallarla bağlı ödəmə qabiliyyətinin olmaması, likvidlik riski, israfçılıq və ya vəsaitlərdən qeyri-qanuni istifadə riskindən qorunma;
4.1.18. sığorta ehtiyatlarının formalaşdırılması, bölüşdürülməsi və uçotu üzrə daxili siyasət.
4.2. Sığortaçı digər daxili qaydalar və prosedurlar işləyib hazırlaya və təsdiq edə bilər.
5.1. Daxili audit aşağıdakı minimum tələblərə uyğun olmalıdır:
5.1.1. Daxili audit xidməti icra orqanına münasibətdə müstəqil olmalı, bununla əlaqədar aşağıdakılar təmin olunmalıdır:
5.1.1.1. bilavasitə sığortaçının Təftiş Komissiyasına hesabat verməlidir;
5.1.1.2. funksiyalarının icrası üçün lazımi səlahiyyətlərə, o cümlədən sənədlərə və struktur bölmələrinə, filial və nümayəndəliklərə sərbəst daxil olmaq imkanına malik olmalıdır;
5.1.1.3. auditin həyata keçirilməsi qrafiki, yaxud audit zamanı sığortaçının fəaliyyəti ilə bağlı əhatə olunacaq məsələlər üzərində heç bir məhdudiyyət olmamalıdır.
5.1.2. Daxili audit xidmətinin rəhbəri və auditorları aşağıdakı keyfiyyətlərə malik olmalıdır:
5.1.2.1. iqtisadi və ya hüquqi təhsili olmalıdır;
5.1.2.2. auditin keçirilməsi üçün lazım olan biliklərə və təcrübəyə malik olmalıdır.
5.1.2.3. sığorta əməliyyatlarına və audit keçirilməsinin qaydaları ilə bağlı beynəlxalq təcrübəyə bələd olmalıdır;
5.1.2.4. yüksək əxlaqi və peşə keyfiyyətlərinə malik olmalıdır;
5.1.3. Sığortaçının aşağıdakı tələblərə cavab verən daxili audit proqramı mövcud olmalıdır:
5.1.3.1. Sığortaçının Təftiş Komissiyası tərəfindən təsdiq edilməli və müntəzəm surətdə nəzərdən keçirilməlidir;
5.1.3.2. yoxlanılan hər bir sahə və ya struktur bölməsi, habelə ümumilikdə filial və ya nümayəndəliklər üzrə ətraflı iş proqramlarını nəzərdə tutmalıdır;
5.1.3.3. auditin aydın və dəqiq təsviri olmalı, habelə auditin həcmindən asılı olaraq sığortaçının ayrı-ayrı struktur bölmələrində, ümumilikdə filial və nümayəndəliklərdə konkret əməliyyatların yoxlanılması proseduraları göstərilməlidir;
5.1.3.4. audit yoxlamalarının keçirilməsi müddətləri, hər bir sahə ilə əlaqədar olan riskdən asılı olaraq müəyyən edilməlidir.
5.1.4. Konkret sahə və ya struktur bölməsi, filial və nümayəndəlik üzrə daxili auditin başa çatmasından ən çoxu 5 iş günü müddətində tərtib olunan, auditi aparmış auditorun və Daxili audit xidmətinin rəhbərinin (sığortaçının daxili audit xidməti bir auditordan ibarət olduqda, yalnız həmin auditorun) imzası ilə təsdiq edilən, aşağıdakı tələblərə cavab verən auditor rəyinin mövcudluğu:
5.1.4.1. auditin məqsədlərini, əhatə dairəsini, nəticələrini, o cümlədən aşkar edilən nöqsan və çatışmazlıqlar barədə hesabatı və problemlərin mövcud olduğu hər bir sahə üzrə ətraflı tövsiyələri əks etdirməlidir;
5.1.4.2. tövsiyələrdə auditin nəticələrinin qısa təsviri, nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün, o cümlədən yol verilmiş qanun pozuntularına, həmçinin səmərəsiz fəaliyyətə görə müvafiq vəzifəli şəxs(lər) barəsində görülməsi zəruri hesab edilən tədbirlər və belə tədbirlərin həyata keçirilməsi müddətləri göstərilməlidir;
5.1.4.3. rəylər bilavasitə sığortaçının Direktorlar Şurasına və Təftiş Komissiyasına, rəylərin surəti isə sığortaçının İdarə Heyətinə təqdim edilməlidir;
5.1.5. Daxili auditlə bağlı müddətlər aşağıdakılar nəzərə alınmaqla, müəyyən edilməlidir:
5.1.5.1. daxili auditin yoxlamasının müddəti hər bir sahə və ya struktur bölməsi, filial və nümayəndəlik üzrə iş həcmindən asılı olaraq təyin edilməlidir;
5.1.5.2. hər bir sahə və ya struktur bölməsində, filial və ya nümayəndəlikdə daxili audit azı ildə bir dəfə olmaqla, həmin sahə və ya struktur bölməsi, filial, yaxud nümayəndəlik üzrə risk dərəcəsi nəzərə alınmaqla müəyyən edilən intervalda təyin edilir.
1.6. Bu tələblər Azərbaycan Respublikasının «Sığorta fəaliyyəti haqqında» Qanununun 77.5-ci maddəsinə əsasən, həmin Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına, habelə Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının prinsip və standartlarına uyğun olaraq hazırlanmış və sığortaçılarda müstəqil auditin aparılmasına dair beynəlxalq sığorta nəzarəti təcrübəsinə uyğun olaraq minimum tələbləri müəyyən edir.
1.7. Bu tələblərdə istifadə olunan “sığortaçı” anlayışı sığortaçılarla yanaşı, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə uyğun olaraq, təkrarsığortaçıları da əhatə edir.
1.8. Sığortaçının müstəqil auditinin aparılmasına dair minimum tələblər sığortaçıda müstəqil auditin əhatə etməli olduğu məsələlərin bu tələblərdə nəzərdə tutulmuş siyahısı, müstəqil auditin bu məsələləri tam və düzgün araşdırması və araşdırma nəticələrinə uyğun olaraq, əhatəli və obyektiv rəy verməsi ilə şərtlənir.
1.9. Sığortaçının müstəqil auditoru maliyyə hesabatlarında məlumatların yanlış göstərilməsi və düzgün əks etdirilməməsi hallarının aşkar olunmamasına görə məsuliyyət daşıyır.
2.1. Sığortaçıda aparılan müstəqil audit aşağıdakı məsələləri əhatə etməlidir:
2.1.1. sığortaçının təsis sənədlərinin, dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin, sığorta və ya müstəsna olaraq təkrarsığorta fəaliyyəti ilə məşğul olmaq hüququ verən lisenziyanın mövcudluğu və qanunvericiliyə uyğunluğu;
2.1.2. sığortaçının həyata keçirilən fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğu;
2.1.3. sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti normativlərinin müəyyən edilməsinin düzgünlüyü, o cümlədən tələb olunan kapitalın və məcmu kapitalının hesablanmasının və məbləğinin qanunvericiliyin tələblərinə uyğunluğu;
2.1.4. sığortaçının uçot siyasətinin və mühasibat uçotunun aparılmasının, habelə aktivlərinin, öhdəliklərinin və kapitalının qiymətləndirilməsinin metod və vasitələrinin, qanunvericiliyə və beynəlxalq mühasibat uçotu standartlarına uyğunluğu;
2.1.5. sığortaçılar üçün nümunəvi hesablar planının tətbiqinin düzgünlüyü;
2.1.6. sığorta müqavilələri ilə bağlı müvafiq göstəricilərin maliyyə hesabatlarında tam və düzgün əks etdirilməsi;
2.1.7. təkrarsığorta əməliyyatlarının həyata keçirilməsinin düzgünlüyü;
2.1.8. sığorta, o cümlədən təkrarsığorta və şərikli sığorta əməliyyatlarının uçotunun aparılmasının düzgünlüyü;
2.1.9. sığorta və ya təkrarsığorta müqavilələri üzrə sığortaçının şəxsi tutumunun yuxarı həddinə dair tələblərə əməl edilməsi;
2.1.10. sığortaçının sığorta ehtiyatlarının hesablanmasının və mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyü, o cümlədən sığorta ehtiyatlarının və öz vəsaitinin təmin edilməsi üçün qəbul edilən aktivlərə qoyulan investisiyaların qanunvericiliyin tələblərinə uyğunluğu;
2.1.11. sığortaçının mühasibat balansının bütün hesablarının inventarizasiyası, o cümlədən ilkin mühasibat sənədlərinin mövcudluğu, həyata keçirilmiş maliyyə və təsərrüfat əməliyyatlarının uçotda və hesabatda vaxtında, tam və dəqiq əks etdirilməsi, əməliyyatların təsdiq olunmuş uçot siyasəti, o cümlədən sığortaçının daxili sənədlərinə müvafiq qaydada hesab üzrə həyata keçirilməsi;
2.1.12. sığortaçının gəlir və xərclərinin tam və düzgün əks olunması;
2.1.13. mümkün tələblər və öhdəliklər, həmçinin balansdankənar hesablar üzrə uçotun aparılmasının düzgünlüyü;
2.1.14. vergi ödənişlərinin tam və düzgün hesablanması.
1.1. Bu Qaydalar «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 53.4-cü və 87.1-ci maddələrinə və "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli, 735 nömrəli Fərmanının 3.1.-ci bəndinə əsasən hazırlanmışdır və sığorta, təkrarsığorta, sığorta brokeri və sığorta agenti fəaliyyətinə verilən lisenziyaların (bundan sonra “lisenziya” adlandırılacaq) formasını və sığorta nəzarəti orqanı tərəfindən doldurulması qaydalarını, habelə bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər məsələləri tənzimləyir.
1.2. Lisenziya verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş müvafiq sənədlər və məlumatlar sığorta nəzarəti orqanı tərəfindən sığorta qanunvericiliyinin tələblərinə uyğun hesab edildikdən sonra müvafiq lisenziya həmin orqan tərəfindən doldurulur.
1.3. Lisenziyanın forması bu Qaydalara əlavə edilir (Əlavə № 1).
2.1. Lisenziya Azərbaycan dilində doldurulur.
2.2. Lisenziyada aşağıdakı qeydlər aparılır:
2.2.1. Lisenziyanın qeydiyyata alınması haqqında məlumat (qeydiyyat nömrəsi və verilmə tarixi).
2.2.2. Sığorta nəzarəti orqanının adı.
2.2.3. Həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növünün adı.
2.2.4. Hüquqi şəxslər üçün – lisenziya verilən hüquqi şəxsin adı və hüquqi ünvanı.
2.2.5. Fiziki şəxslər üçün – adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumat (şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, kim tərəfindən və nə vaxt verilmişdir) və ünvanı.
2.2.6. Lisenziyanı təsdiq edən məsul şəxsin adı, soyadı və vəzifəsi.
2.3. Lisenziya sığorta nəzarəti orqanının rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir.
2.4. Lisenziyada gün və il rəqəmlə, ay isə sözlə yazılır.
2.5. Lisenziya blanklarında düzəlişlərin edilməsinə yol verilmir və belə blankların hüquqi qüvvəsi yoxdur.
2.6. Lisenziya oğurlanması, itirilməsi, yararsız hala düşməsi və ya məhv olması halında yeniləndikdə lisenziya blankının yuxarı sağ tərəfində iri hərflərlə «DUBLİKAT» sözü yazılır.
2.7. Azərbaycan Respublikasının lisenziyalaşdırma ilə bağlı qanunvericiliyinin tələblərinə müvafiq olaraq, lisenziya verildikdən sonra lisenziyaların vahid reyestrinin aparılması üçün lisenziyalaşdırma sahəsində xüsusi səlahiyyətli orqana müəyyən olunmuş qaydada məlumat verilir.
1. 19 may 2014-cü il tarixli Q-13 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201405190013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 iyun 2014-cü il)
23 sentyabr 2014-cü il tarixli Q-20 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201409230020, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 03 oktyabr 2014-cü il)
29 dekabr 2017-ci il tarixli Q-16 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201712290016, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 yanvar 2018-ci il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI