Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 107

Maddə 107. Lisenziyanın ləğvi

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

107.1. Mərkəzi Bank aşağıdakı hallarda bu Qanun əsasında verilmiş lisenziyanı ləğv edir:

107.1.1. lisenziya sahibi lisenziyasının ləğvi barədə müvafiq müraciət etdikdə;

107.1.2. lisenziyanın qüvvəsinin dayandırılmasına əsas vermiş hallar müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda;

107.1.3. 12 ay ərzində lisenziyanın qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş hal, lisenziyanın qüvvəsinin həmin hal əsasında sonuncu dəfə dayandırıldığı tarixdən etibarən 9 ay ərzində təkrar yarandıqda;

107.1.4. sığortaçının iflası proseduruna başlamaq üçün bu Qanunla nəzərdə tutulmuş hallardan biri mövcud olduqda;

107.1.5. lisenziyanın verilməsi üçün əsas götürülmüş sənədlərdə, düzgün əks etdiriləcəyi təqdirdə lisenziya verilməsindən imtinaya səbəb ola biləcək səhv və ya yanlış məlumatlar sonradan aşkar edildikdə, habelə mühüm iştirak payı sahiblərinin və ya benefisiar mülkiyyətçilərin sığortaçıya təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar olduqda;

107.1.6. bu Qanunun 106.2-ci maddəsində nəzərdə tutulmuş qadağaya riayət olunmadıqda.

107.1.7-1. bu Qanunun 96-4-cü maddəsinə uyğun olaraq təyin edilmiş müvəqqəti inzibatçının həyata keçirdiyi tədbirlər nəticəsində sığortaçının fəaliyyətində olan çatışmazlıqlar aradan qalxmadıqda;

107.1.8. fiziki şəxs olan lisenziya sahibi məqbul və lazımi keyfiyyətlərə malik olmadıqda və ya öldükdə.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver