Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 114

Maddə 114. Sığortaçının könüllü qaydada ləğvinin məcburi qaydada ləğvetməyə çevrilməsi

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

114.1. Sığortaçının könüllü qaydada ləğv edilməsi prosesində bu Qanunun tələblərinə əməl edilmədikdə, habelə sığortalıların və başqa kreditorların qanuni mənafelərinin pozulması faktı aşkar olunduqda Mərkəzi Bank ləğvetmə komissiyasına bu Qanunla nəzərdə tutulmuş qaydada təqdimat verməlidir.

114.2. Ləğvetmə komissiyası tərəfindən bu Qanunun 114.1-ci maddəsində nəzərdə tutulmuş təqdimata vaxtında və ya tam əməl edilmədikdə Mərkəzi Bank tərəfindən sığortaçının məcburi qaydada ləğv edilməsi barədə məhkəmədə iddia qaldırılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver