116.1. Sığortaçının məcburi qaydada ləğv edilməsi haqqında məhkəmə qərarı qəbul edildikdən və ya müflis elan olunduqdan sonra 30 iş günü müddətində Mərkəzi Bank məcburi qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyasının üzvlərinin siyahısını təsdiq olunmaq üçün məhkəməyə təqdim etməlidir.
116.2. Məcburi qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyası yaradıldığı tarixdən etibarən müvəqqəti inzibatçının səlahiyyətləri həmin komissiyaya keçir.
116.3. Könüllü qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyası və onun üzvləri ilə bağlı bu Qanunun 113-cü maddəsində müəyyən edilmiş tələblər bu Qanunun 116.4-cü maddəsi nəzərə alınmaqla, məcburi qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyasına da şamil edilir.
116.4. Məcburi qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyasının tərtib etdiyi ləğvetmə haqqında hesabat və ləğvetmə balansı məhkəmə tərəfindən təsdiq edildikdən sonra Mərkəzi Banka təqdim edilməlidir.