126.1. Bu Qanunun 7.6-cı və 25-ci maddələrinin tələbləri bu Qanun qüvvəyə mindiyi tarixdən etibarən 1 ildən gec olmayaraq bütün sığortaçılar tərəfindən təmin edilməlidir.
126.2. Bu Qanun qüvvəyə mindiyi tarixdən etibarən 3 ay müddətində bütün sığortaçılar bu Qanunun 126.1-ci maddəsinin tələblərinin yerinə yetirilməsi ilə bağlı tədbirlər planını razılaşdırmaq üçün Mərkəzi Banka təqdim etməlidir.