48.1. Mərkəzi Bank lisenziya verilməsi üçün ilkin müraciətlə bağlı müsbət cavabını aşağıdakı hallarda geri götürür:
48.1.1. lisenziyanın verilməsi üçün ilkin müraciətlə bağlı təqdim olunmuş sənədlərdə yanlış məlumatların mövcudluğu sonradan aşkar edildikdə;
48.1.2. açıq səhmdar cəmiyyəti kimi dövlət qeydiyyatına alınmış hüquqi şəxsin müvafiq lisenziya almadan sığorta və ya təkrarsığorta fəaliyyəti ilə məşğul olması faktı aşkar edildikdə;
48.1.3. təsisçilərdən asılı olmayan səbəblərə görə dövlət qeydiyyatının yubadılması halları istisna olmaqla, bu Qanunun 45.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə açıq səhmdar cəmiyyəti kimi hüquqi şəxslərin dövlət qeydiyyatına alınması təmin edilmədikdə.