Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 64

Maddə 64. Sığortaçının sığorta ehtiyatlarını təmin edən vəsaitlərinin investisiyaya yönəldilməsi

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

64.1. Sığorta ehtiyatlarını təmin edən pul vəsaitləri etibarlılığı, mənfəətliliyi, likvidliyi və müxtəlifliyi nəzərə alınmaqla investisiyaya yönəldilir və aktivlərin aşağıdakı qrupları ilə ifadə olunur:

64.1.1. dövlət qiymətli kağızları;

64.1.2. bank hesablarındakı pul vəsaitləri;

64.1.3. daşınmaz əmlak;

64.1.4. qeyri-dövlət qiymətli kağızları;

64.1.5. sığorta və təkrarsığorta müqavilələri üzrə alınmalı olan sığorta və təkrarsığorta haqları;

64.1.6. sığorta ehtiyatlarında təkrarsığortaçıların payı;

64.1.7. həyatın yığım sığortası üzrə sığortalılara və ya sığorta olunanlara borc verilmiş pul vəsaitləri.

64.2. Sığorta ehtiyatlarını təmin edən pul vəsaitləri aktivlərin bu Qanunun 64.1.1-64.1.7-ci maddələrində göstərilməyən qruplarına investisiyaya yönəldilə bilməz.

64.3. Sığortaçının sığorta ehtiyatlarını təmin edən pul vəsaitlərinin investisiyaya yönəldilməsi bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qaydalarla müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver