Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Sığortaçının hüquqi statusu

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7.1. Azərbaycan Respublikasının ərazisində sığorta və təkrarsığorta fəaliyyəti ilə məşğul olmaq üçün bu Qanunda nəzərdə tutulmuş qaydada müvafiq lisenziya alınmalıdır.

7.2. Sığortaçı Azərbaycan Respublikasının ərazisində hər hansı sığorta növünü aparmaq üçün Mərkəzi Bankdan müvafiq icazə almalıdır.

7.4. Bu Qanunun 7.1-ci və 7.2-ci maddələrinə əməl etməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

7.5. Sığortaçı öz fəaliyyətini bu Qanuna, Azərbaycan Respublikasının digər normativ hüquqi və normativ xarakterli aktlarına və öz nizamnaməsinə uyğun olaraq həyata keçirən, ictimai əhəmiyyətli qurum olan kommersiya təşkilatıdır.

7.6. Sığortaçı kommersiya təşkilatı olan hüquqi şəxs olmaqla yalnız açıq səhmdar cəmiyyəti təşkilati-hüquqi formasında fəaliyyət göstərə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver