Qanunvericilik › “Sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinin təmin edilməsi üçün aqrar sığorta orqanının müraciətinə əlavə ediləcək sənədlərin Siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 11.12.2019) › Tam mətn

“Sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinin təmin edilməsi üçün aqrar sığorta orqanının müraciətinə əlavə ediləcək sənədlərin Siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 11.12.2019)

“Sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinin təmin edilməsi üçün aqrar sığorta orqanının müraciətinə əlavə ediləcək sənədlərin Siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 11.12.2019) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 avqust tarixli 809 nömrəli Fərmanının 2.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinin təmin edilməsi üçün aqrar sığorta orqanının müraciətinə əlavə ediləcək sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 11 dekabr 2019-cu il

1. Sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinin təmin edilməsi üçün aqrar sığorta orqanının müraciətinə aşağıdakılar əlavə edilməlidir:

1.1. sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinə dair Məlumat (əlavə edilir);

1.2. hüquqi şəxslərlə bağlanılmış sığorta müqavilələrinin və ya onlara verilmiş sığorta şəhadətnamələrinin surəti;

1.3. hər bir sığorta müqaviləsi üzrə sığorta haqqının aqrar sığortalı tərəfindən ödənilməli olan hissəsinin ödənilməsi barədə sənədlərin surəti.

2. Bu Siyahının 1.2-ci bəndində göstərilmiş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

1. 22 may 2024-cü il tarixli 274 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 611)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver