Qanunvericilik › “Sığorta ödənişinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.12.2017) › Tam mətn

“Sığorta ödənişinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.12.2017)

“Sığorta ödənişinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.12.2017) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin üçüncü abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Sığorta ödənişinin verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 29 dekabr 2017-ci il

1.1. Bu Qayda “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 17.9-cu maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (bundan sonra – Agentlik) yerli qurumları tərəfindən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin hesablanması və ödənilməsi qaydasını müəyyən edir.

1.2. Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər.

1.3. Həm əsas, həm də əlavə iş yerləri olan işçinin əmək münasibətlərinə müxtəlif zamanlarda xitam verildiyi halda, onun sığorta ödənişini almaq hüququ sonuncu iş yeri üzrə, eyni gündə xitam verildiyi halda isə əsas iş yeri üzrə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla əmək münasibətlərinə xitam verildiyi halda yaranır.

1.4. Bu Qaydada istifadə olunan anlayışlar “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

2.1. Sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin təyin olunması şərtləri və müddəti “İşsizlikdəın sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi ilə tənzimlənir.

2.2. Sığorta ödənişinin verilməsinə və ya verilməsinin dayandırılmasına, ödənişin məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə, sığorta ödənişi təyin edilən şəxs bu barədə 10 (on) iş günündən gec olmayaraq Agentliyə və ya “DOST” Mərkəzə məlumat verməlidir.

3.1. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmaq hüququ olmayan şəxslərə sığorta ödənişi təyin edilmir.

4.1. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.2.1-ci maddəsində nəzərdə tutulan şəxslər üçün sığorta ödənişi sığorta stajından asılı olmayaraq, onların itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır.

4.2. Sığorta ödənişinin hesablanması üçün sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqı onun sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə tapılır.

4.3. Sığortaolunan əvvəlki 12 təqvim ayının bütün aylarını tam işləmədikdə (lakin sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az olmayan müddətə sığorta stajına malikdirsə), sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqının məbləği onun əvvəlki 24 təqvim ayı ərzində faktiki tam işlədiyi aylarda hesablanmış əməkhaqqının cəmlənmiş məbləğinin faktiki tam işlədiyi ayların sayına bölünməsi yolu ilə hesablanır.

4.4. Bu Qaydanın 4.2-ci bəndinə uyğun olaraq, sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının məbləği Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra – MEİS) sığortaolunanların sığorta haqları üzrə hesabatlarda olan aylıq əməkhaqları barədə (sığorta haqqı ödənilmiş) məlumatları əsasında müəyyən edilir.

4.6. Sığorta ödənişi sığortaolunanların “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fərdi məşğulluq proqramını təsdiq etdiyi aydan sonrakı ayın ilk günündən hesablanır.

4.7. Himayəsində 18 yaşa çatmamış uşaq olan (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla) şəxslərin (ər-arvadın hər ikisinə sığorta ödənişi təyin edildikdə, onlardan birinin) əsas sığorta ödənişinin məbləği hər uşağa görə sığorta ödənişinin 5 faizi məbləğində artırılır.

4.8. Sığorta ödənişinin məbləği Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı məbləğindən çox və minimum sığorta ödənişi məbləğindən az ola bilməz.

4.9. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.2.2-ci və 13.2.3-cü maddələrində nəzərdə tutulan şəxslərə minimum sığorta ödənişi təyin edilir. Həmin Qanunun 16-cı maddəsinə əsasən minimum sığorta ödənişi minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur.

4.10. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.2.3-cü maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 24 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə minimum sığorta ödənişi təyin edilir. Bu halda sığorta ödənişinin müddəti 3 ay təşkil edir və hər ay üçün bərabər məbləğdə ödənilir.

5.1. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-1-ci maddəsinə uyğun olaraq, sığorta ödənişi avtomatlaşdırılmış qaydada təyin edilir. Sığorta ödənişinin avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün tələb olunan sənədlər (məlumatlar) tam olmadıqda, həmin sənədlərin (məlumatların) təqdim edilməsinə dair MEİS vasitəsilə sığortaolunanın elektron ünvanına və mobil telefonuna (olduğu halda) bildiriş göndərilir.

5.2. Sığorta ödənişini almaq hüququ olan şəxsin müraciəti “Əmək və məşğulluq” altsistemi (bundan sonra – ƏMAS) tərəfindən 10 gün ərzində baxılaraq, sığorta ödənişinin təyin edilməsi və ya təyin edilməsindən imtina edilməsi barədə qərar çıxarılır. Sığorta ödənişinin təyin edilməsi və ya təyin edilməsindən imtina edilməsi barədə məlumat bu Qayda ilə müəyyən edilmiş formada sığorta ödənişi alan şəxsin elektron kabinetində yerləşdirilir və (və ya) ismarıc onun mobil telefon nömrəsinə göndərilir (2, 3, 4 və 5 nömrəli əlavələr).

5.3. İlk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq aşağıdakı faiz dərəcələrinə mütənasib şəkildə, lakin minimum sığorta ödənişinin məbləğindən az olmayaraq ödənilir:

5.3.1. ilk 2 təqvim ayı üçün - 100 faiz;

5.3.2. 3-4-cü təqvim ayları üçün - 80 faiz;

5.3.3. 5-6-cı təqvim ayları üçün - 70 faiz.

5.4. Bu Qaydanın 4.10-cu bəndində nəzərdə tutulan hal istisna olmaqla, bir sığorta hadisəsi üzrə ilk dəfə sığorta ödənişi təyin olunduğu vaxtdan 24 ay ərzində məşğul şəxs hesab edilməmiş şəxsin bir dəfə təkrar müraciət edərək həmin sığorta hadisəsinə görə yenidən minimum sığorta ödənişi almaq hüququ vardır. Belə olan halda təkrar sığorta ödənişi bu Qaydanın 5.1-ci bəndinə uyğun həyata keçirilir. Bu Qaydanın 4.10-cu bəndində nəzərdə tutulan şəxslərə təkrar sığorta ödənişinin təyin olunmasına yol verilmir.

5.5. Təkrar müraciət zamanı təyin olunan sığorta ödənişi 3 ay müddətində hər ay üçün bərabər məbləğdə ödənilir.

5.6. Əsas sığorta ödənişinə əlavə əsas sığorta ödənişi ilə birlikdə ödənilir.

5.7. Sığorta ödənişi təyin edilən şəxsə sığorta ödənişi “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ayın 15-dək işsiz kimi qeydiyyata alındıqda, həmin ayın sonuncu iş günü bitənədək, ayın 15-dən sonra alındıqda isə növbəti ayın 15-dək fərdi məşğulluq proqramının icrası barədə hesabatı elektron kabinetinə daxil olaraq elektron formada təsdiq edərək təqdim etdikdən sonra və proqramın icrası barədə hesabatı qəbul edildiyi təqdirdə ödənilir.

6.1. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində göstərilən hallardan biri baş verdikdə, sığorta ödənişinin verilməsi dayandırılır.

6.2. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində göstərilən səbəblərdən sığorta-olunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada Agentliyə qaytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.

6.4. Sığorta ödənişinin məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək halların biri baş verdikdə, ƏMAS tərəfindən 10 gün ərzində baxılaraq sığorta ödənişinin məbləğinin dəyişdirilməsi barədə qərar çıxarılır və bu barədə məlumat bu Qayda ilə müəyyən edilmiş formada sığorta ödənişini alan şəxsin elektron kabinetində yerləşdirilir və (və ya) ismarıc onun mobil telefon nömrəsinə göndərilir (6 və 7 nömrəli əlavələr).

7.1. Sığorta ödənişinin verilməsi qaydasının icrasına nəzarət Agentlik tərəfindən həyata keçirilir.

7.2. Sığorta ödənişi almaq hüququ olan şəxslər sığorta ödənişinin verilməsi ilə bağlı Agentliyin işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəmə qaydasında şikayət edə bilərlər.

Sığorta ödənişi təyin olunan şəxs barədə məlumat:

şəxsin soyadı, adı, atasının adı

fərdi identifikasiya nömrəsi (FİN)

qeydiyyatda olduğu ünvan

işsizin qeydiyyat nömrəsi

Sığorta ödənişinin təyini barədə məlumat:

minimum sığorta ödənişi

ilk 2 təqvim ayı üçün

3-4-cü təqvim ayları üçün

5-6-cı təqvim ayları üçün

1. Sığorta ödənişini almaq üçün 10 (on) iş günü müddətində ___________ bankın _________ filialına şəxsiyyətinizi təsdiq edən sənədlə birgə müraciət etməyiniz tələb olunur.

2. Sığorta ödənişi şəxsin işsiz kimi qeydiyyata alındığı aydan sonrakı hər ayda bir dəfə fərdi məşğulluq proqramının icrası barədə hesabatın təqdim edilməsi şərtilə ödənilir. Fərdi məşğulluq proqramının icrasının təmin edilməsi və bu barədə hesabatın təqdim edilməsi məqsədilə işsiz kimi qeydiyyata alındığınız tarixdən ən geci 14 gün ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına və ya “DOST” mərkəzlərinə gəlməyiniz və ya onlayn rejimdə məsləhət xidmətindən keçməyiniz və hazırlanmış fərdi məşğulluq proqramını şəxsi elektron kabinetinizdə təsdiq etməyiniz tələb olunur.

3. Sığorta ödənişinin verilməsinə və ya verilməsinin dayandırılmasına, ödənişin məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək halların biri baş verdikdə, bu barədə 10 gün müddətində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına və ya “DOST” mərkəzlərinə məlumat verilməlidir.

soyadı, adı, atasının adı

fərdi identifikasiya nömrəsi (FİN)

qeydiyyatda olduğu ünvan

işsizin qeydiyyat nömrəsi

Sığorta ödənişinin təyin edilməsindən imtina barədə məlumat:

soyadı, adı, atasının adı

fərdi identifikasiya nömrəsi (FİN)

qeydiyyatda olduğu ünvan

işsizin qeydiyyat nömrəsi

Sığorta ödənişinin verilməsinin dayandırılması barədə məlumat:

dayandırılmanın səbəbləri:

1. 13 dekabr 2018-ci il tarixli 534 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 dekabr 2018-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2730)

2. 9 iyul 2019-cu il tarixli 295 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2019-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1318)

3. 15 iyul 2019-cu il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2019-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1334)

4. 8 fevral 2021-ci il tarixli 31 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 fevral 2021-ci il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 196)

5. 5 mart 2021-ci il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 279)

6. 31 may 2021-ci il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 iyun 2021-ci il, № 112, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 532)

7. 15 aprel 2022-ci il tarixli 158 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 405)

8. 23 aprel 2024-cü il tarixli 225 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 aprel 2024-cü il, “Xalq” qəzeti, 25 aprel 2024-cü il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 476)

9. 12 may 2025-ci il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 may 2025-ci il, “Xalq” qəzeti, 16 may 2025-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 5, maddə 507)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver