Qanunvericilik › “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 29.12.2020) › Tam mətn

“Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 29.12.2020)

“Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 29.12.2020) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi qaydasının müəyyən edilməsi məqsədilə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 37.2.7-ci, 81-3.3-cü və 83.2.2-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti

1. “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

1.1. Bu Qayda “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra − Qanun) 81-3-cü, 83-cü və 88-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin icra orqanının rəhbəri, habelə müvafiq sığorta vasitəçiliyi üzrə lisenziya və ya aktuari fəaliyyətini həyata keçirməyə görə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün Azərbaycan Respublikasının Mərkəzi Bankında (bundan sonra – Mərkəzi Bank) attestasiyanın təşkili və keçirilməsi qaydasını müəyyən edir.

1.2. Qanunun 83.3-cü və 88.4-cü maddələrində nəzərdə tutulmuş şəxslər bu Qayda ilə sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya alan şəxslər üçün müəyyən edilmiş qaydada attestasiyadan keçirlər.

1.4. Bu Qaydada “kredit balı” dedikdə aktuari şəhadətnaməsinin alınması üçün bu Qaydanın 3.4.1-3.4.4-cü yarımbəndlərində müəyyən edilmiş imtahanlardan müvəffəqiyyətlə keçmiş şəxslərə verilən xallar, “sertifikat” dedikdə isə imtahanlardan müvəffəqiyyətlə keçməyi təsdiq edən sənəd başa düşülür.

2.1. Attestasiyadan keçmək istəyən şəxslər Qanunla müəyyən olunmuş tələblərə cavab verməlidirlər.

2.2. Attestasiyadan keçmək istəyən şəxslərin Qanunla müəyyən olunmuş tələblərə uyğunluğunu təsdiq edən aşağıdakı sənədlər Mərkəzi Banka təqdim olunur:

2.2.1. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin icra orqanının rəhbəri vəzifəsinə təyin edilməsi nəzərdə tutulmuş şəxsə münasibətdə:

2.2.1.1. bu Qaydanın 1 nömrəli Əlavəsində müəyyən edilmiş formada namizəd tərəfindən doldurulmuş anket;

2.2.1.2. şəxsiyyəti təsdiq edən sənədin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;

2.2.1.3. iş təcrübəsini təsdiq edən sənədin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;

2.2.1.4. ali təhsil haqqında sənədin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;

2.2.1.6. xarici fiziki şəxsin rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış.

2.2.2. Müvafiq sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən şəxsə münasibətdə:

2.2.2.1. bu Qaydanın 2 nömrəli Əlavəsində müəyyən edilmiş formada namizəd tərəfindən doldurulmuş anket;

2.2.2.2. şəxsiyyəti təsdiq edən sənədin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;

2.2.2.3. xarici fiziki şəxsin rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış.

2.2.3. Aktuari şəhadətnaməsi almaq istəyən şəxsə münasibətdə:

2.2.3.1. bu Qaydanın 3 nömrəli Əlavəsində müəyyən edilmiş formada namizəd tərəfindən doldurulmuş anket;

2.2.3.2. şəxsiyyəti təsdiq edən sənədin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;

2.2.3.3. ali təhsil haqqında sənədin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;

2.2.3.4. xarici fiziki şəxsin rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış.

2.3. Attestasiyaya təqdim olunan şəxs (Azərbaycan Respublikasının vətəndaşı) Qanunla müəyyən edilmiş tələblərə uyğun olduqda Mərkəzi Bank müvafiq sənədlər daxil olduğu vaxtdan 3 (üç) iş günü müddətində vətəndaş qüsursuzluğu barədə arayış təqdim edilməsi üçün sorğu ilə səlahiyyətli dövlət orqanına müraciət edir.

2.4. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin icra orqanının rəhbərinə, habelə fiziki şəxs olan müvafiq sığorta vasitəçisinə münasibətdə bu Qaydanın 2.2-ci bəndi ilə müəyyən edilmiş sənədlərə Mərkəzi Banka daxil olan gündən 30 (otuz) təqvim günü ərzində baxılır və tələblərə uyğun hesab edilən şəxsə onun təqdim etdiyi anketdə göstərdiyi ünvanına elektron və ya yazılı formada attestasiya üzrə imtahanın keçirilmə gününə ən azı 5 (beş) iş günü qalmış imtahanın keçirilmə yeri və vaxtı barədə yazılı məlumat göndərilir və Mərkəzi Bankın rəsmi internet səhifəsində bu barədə elan verilir.

2.5. Aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxsə münasibətdə bu Qaydanın 2.2-ci bəndi ilə müəyyən edilmiş sənədlərə Mərkəzi Banka daxil olan gündən 30 (otuz) təqvim günü ərzində baxılır və tələblərə cavab verən şəxs bu Qaydanın 5-ci hissəsində müəyyən edilmiş qaydada imtahanda iştirak edir.

2.6. Bu Qaydanın əlavələrində müəyyən edilmiş anketlərə həmin anketdə müəyyən edilmiş ölçüdə namizədin fotoşəkili əlavə edilir.

3.1. Attestasiya aşağıdakı formada keçirilir:

3.1.1. hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin icra orqanının rəhbəri, habelə fiziki şəxs olan müvafiq sığorta vasitəçisi üçün qapalı tipli test tapşırıqlarından ibarət imtahan;

3.1.2. aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxs üçün bu Qaydanın 3.4.1-3.4.4-cü yarımbənlərində müəyyən edilmiş mövzular üzrə qapalı və açıq, bu Qaydanın 3.4.5-ci yarımbəndində müəyyən edilmiş mövzu üzrə qapalı tipli test tapşırıqlarından ibarət imtahan.

3.2. Qapalı tipli test imtahanı yalnız biri düzgün olan dörd cavab variantlarından bir doğru cavabı müəyyənləşdirilərək qeyd edilməsini tələb edən test tapşırıqlarından ibarətdir.

3.3. Açıq tipli test imtahanı cavab variantları verilməyən, doğru cavabın namizəd tərəfindən müəyyənləşdirilərək yazılı formada ifadə olunmasını tələb edən test tapşırıqlarından ibarətdir.

3.4. Aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslərin attestasiyası aşağıdakı mövzuları əhatə edən imtahanlardan ibarətdir:

3.4.1. ehtimal nəzəriyyəsi, statistika və maliyyə riyaziyyatı;

3.4.2. qeyri-həyat sığortası riyaziyyatı;

3.4.3. qeyri-həyat sığortası üzrə praktiki tətbiqlər;

3.4.4. həyat sığortası riyaziyyatı və onun praktiki tətbiqləri;

3.4.5. sığorta qanunvericiliyi və sığorta sektoru üzrə Mərkəzi Banka təqdim edilən hesabatlar.

3.5. Aşağıdakı xarici qurumlar tərəfindən təşkil olunan və bu Qaydanın 3.4.1-3.4.4-cü yarımbəndlərində müəyyən edilmiş hər bir mövzu ilə uyğunluq təşkil edən imtahandan müvəffəqiyyətlə keçməsi barədə təsdiqedici sənədi təqdim etmiş şəxs bu Qaydanın 5.6-cı bəndinə uyğun olaraq müvafiq kredit balını toplamış hesab edilir:

3.5.1. Amerika Birləşmiş Ştatlarının Aktuarilər Cəmiyyəti (Society of Actuaries);

3.5.2. Kanada Aktuarilər İnstitutu (Canadian Institute of Actuaries);

3.5.3. Böyük Britaniya Aktuarilər İnstitutu və Fakültəsi (Institute and Faculity of Actuaries);

3.5.4. Avstraliya Aktuarilər İnstitutu (Institute of Actuaries of Australia);

3.5.5. Türkiyə Cümhuriyyəti Sığorta İnstitutu Vəqfi (Türk Sigorta Enstitüsü Vakfı);

3.5.6. Türkiyə Cümhuriyyəti Sığortaçılıq Təlim Mərkəzi (Sigortacılık Eğitim Merkezi).

4.1. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin icra orqanının rəhbəri, habelə fiziki şəxs olan müvafiq sığorta vasitəçisi üçün qapalı tipli test tapşırıqlarından ibarət imtahanın keçirilməsinə üç saat vaxt ayrılır.

4.2. İmtahan yazılı şəkildə keçirilir və iştirakçıların hər birinə 100 qapalı test tapşırığı təqdim edilir.

4.3. Test tapşırıqlarının sualları sığorta qanunvericiliyini əhatə edir.

4.4. Hər düzgün cavab bir balla qiymətləndirilir. Bir test tapşırığında düzgün cavabın da daxil olduğu iki və ya daha çox cavabı düzgün hesab edən iştirakçının müvafiq cavabı səhv cavab kimi qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

4.5. İmtahan zamanı yazılı, elektron və ya digər hər hansı məlumat materiallarından istifadə, həmçinin test tapşırıqlarının məzmunu ilə bağlı başqa şəxslərlə danışmaq qadağandır. Bu qadağaya əməl etməyən şəxsin imtahan nəticələri ləğv edilir.

4.6. İştirakçı ən azı 70 bal topladıqda attestasiyadan keçmiş hesab olunur.

4.7. Attestasiyadan keçməmiş şəxsin namizədliyi təkrar attestasiyaya attestasiya günündən ən azı bir ay keçdikdən sonra təqdim edilə bilər.

5.1. Bu Qaydanın 3.4-cü bəndində müəyyən edilmiş imtahanların hər birinin keçirilməsinə üç saat vaxt ayrılır.

5.2. Namizədə bu Qaydanın 3.4.1-3.4.4-cü yarımbəndlərində müəyyən edilmiş imtahanlar üzrə ayrılıqda hər birinin düzgün cavabı 3 balla qiymətləndirilməklə 15 qapalı tipli və hər birinin düzgün cavabı 5.5 balla qiymətləndirilməklə 10 açıq tipli olmaqla ümumilikdə 100 balla qiymətləndirilən 25 test tapşırığı, 3.4.5-ci yarımbəndində müəyyən edilmiş imtahan üzrə isə hər birinin düzgün cavabı 2 balla qiymətləndirilməklə 30 sual sığorta qanunvericiliyi və 20 sual sığorta sektoru üzrə Mərkəzi Banka təqdim edilən hesabatlar üzrə olmaqla ümumilikdə 100 balla qiymətləndirilən qapalı test tapşırığı təqdim edilir.

5.3. Qapalı tipli test tapşırıqlarında düzgün cavabın da daxil olduğu iki və ya daha çox cavabı düzgün hesab edən iştirakçının müvafiq cavabı səhv cavab kimi qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

5.4. İmtahan zamanı yazılı, elektron və ya digər hər hansı məlumat materiallarından istifadə, həmçinin test tapşırıqlarının məzmunu ilə bağlı başqa şəxslərlə danışmaq qadağandır. Bu qadağaya əməl etməyən şəxsin imtahan nəticələri ləğv edilir.

5.5. Namizəd bu Qaydanın 3.4.1-3.4.4-ci yarımbəndlərində müəyyən edilmiş hər bir imtahan üzrə ən azı 60 bal topladıqda müvafiq imtahandan müvəffəqiyyətlə keçmiş hesab olunur və bu Qaydanın 5.6-cı bəndində müəyyən edilmiş kredit balını toplayır. Namizəd bu Qaydanın 3.4.5-ci yarımbəndində müəyyən edilmiş imtahan üzrə ən azı 60 bal topladıqda imtahandan müvəffəqiyyətlə keçmiş hesab olunur. Bu Qaydanın 3.4.5-ci yarımbəndində müəyyən edilmiş mövzu üzrə imtahana bu Qaydanın 3.4.1-3.4.4-cü yarımbəndlərində müəyyən edilmiş imtahanlar üzrə ən azı 60 kredit balını toplamış şəxslər buraxılır.

5.6. Bu Qaydanın 3.4.1-3.4.4-cü yarımbəndlərində müəyyən edilmiş imtahanları müvəffəqiyyətlə keçən namizəd aşağıdakı kredit ballarını toplayır:

5.6.1. 3.4.1-ci yarımbəndində müəyyən edilmiş imtahan üzrə 20 kredit balı;

5.6.2. 3.4.2-ci yarımbəndində müəyyən edilmiş imtahan üzrə 20 kredit balı;

5.6.3. 3.4.3-cü yarımbəndində müəyyən edilmiş imtahan üzrə 30 kredit balı;

5.6.4. 3.4.4-cü yarımbəndində müəyyən edilmiş imtahan üzrə 30 kredit balı.

5.7. Aşağıdakı tələblərə cavab verən namizəd aktuari şəhadətnaməsinin alınması üçün nəzərdə tutulmuş attestasiyadan keçmiş hesab olunur:

5.7.1. bu Qaydanın 3.5-ci bəndi nəzərə alınmaqla, bu Qaydanın 5.6-cı bəndinə uyğun olaraq ən azı 60 kredit balı toplamalıdır;

5.7.2. bu Qaydanın 3.4.5-ci yarımbəndində müəyyən edilmiş imtahandan müvəffəqiyyətlə keçməlidir.

5.8. Bu Qaydanın 5.7-ci bəndinə uyğun olaraq attestasiyadan keçmiş şəxsin aktuari şəhadətnaməsinin müddəti bitdikdə yeni aktuari şəhadətnaməsinin alınması üçün həmin şəxs yalnız bu Qaydanın 3.4.5-ci yarımbəndində müəyyən edilmiş imtahandan keçməlidir. Qeyd olunan imtahandan keçən şəxs attestasiyadan keçmiş hesab olunur.

5.9. Bu Qaydanın 3.4.1-3.4.4-cü yarımbəndlərində müəyyən edilmiş mövzular üzrə imtahanlar ildə iki dəfə olmaqla 6 (altı) aydan bir təşkil olunur. Müvafiq imtahanın keçirilmə gününə ən azı iki ay qalmış imtahanın keçirilmə yeri və vaxtı barədə Mərkəzi Bankın rəsmi internet səhifəsində elan verilir. Bu Qaydanın 3.4.5-ci yarımbəndində müəyyən edilmiş imtahan isə ildə ən azı iki dəfə olmaqla keçirilir və imtahanın keçirilmə gününə ən azı 15 (on beş) iş günü qalmış keçirilmə yeri və vaxtı barədə Mərkəzi Bankın rəsmi internet səhifəsində elan verilir.

6.1. Bu Qayda ilə müəyyən edilmiş imtahanda iştirak edən iştirakçıların nəticələri barədə məlumat imtahandan sonrakı 10 (on) iş günü müddətində Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilir.

6.2. Bu Qaydanın 3.1.1-ci və 3.4.5-ci yarımbəndləri ilə müəyyən edilmiş imtahanlardan müvəffəqiyyətlə keçmiş şəxslərə 10 (on) iş günü ərzində imtahanın nəticələri barədə yazılı məlumat təqdim olunur.

6.3. Mərkəzi Bank 15 (on beş) iş günü ərzində bu Qaydanın 3.4.1-3.4.4-cü yarımbəndlərində müəyyən edilmiş imtahanlardan müvəffəqiyyətlə keçən şəxslərə hər imtahan üzrə müddətsiz sertifikat təqdim edir.

7.1. Sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq üçün bu Qaydanın tələblərinə uyğun olaraq attestasiyadan keçmiş, lakin imtahan tarixindən sonrakı üç il ərzində müvafiq sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almayan şəxslərin imtahan nəticələri qüvvədən düşmüş hesab edilir.

7.3. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin icra orqanının rəhbəri, fiziki şəxs olan sığorta vasitəçisi, habelə Qanunun 83.3-cü və 88.4-cü maddələrində nəzərdə tutulmuş şəxslər Mərkəzi Bankdan attestasiyadan keçdiyi tarixdən hesablanmaqla beş ildə bir dəfə Mərkəzi Bankda attestasiyadan keçməlidir.

“Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi Qaydası”na Əlavə 1

1. Adı___________________________________________________________________

2. Doğulduğu tarix________________________________________________________

3. Doğulduğu yer ________________________________________________________

4. Fərdi identifikasiya nömrəsi (bu olmadıqda şəxsiyyətini təsdiq edən sənədin nömrəsi) _______________________________________________________________________

5. Vətəndaşlığı __________________________________________________________

6. Qeydiyyat ünvanı _________________­­­­­_____________________________________

7. Yaşadığı ünvan (qeydiyyat ünvanından fərqlidirsə) _______________________________________________________________________

8. Əlaqə telefonu(ları) ______________ __________________ __________________

9. Elektron poçt ünvanı(ları) (əgər varsa) _____________________________________

10. İddia olunan vəzifə haqqında aşağıdakı məlumatlar:

a) iddia olunan vəzifənin adı

_______________________________________________________________________

b) bu vəzifə üzrə əvvəllər əvəzedici olduqda əvəzetmənin səbəbləri

_______________________________________________________________________

11. İstifadə edilmiş və ya dəyişdirilmiş soyadlar və adlar

Bütün digər keçmiş soyadları və adları, onların dəyişdirilməsinin səbəblərini və istifadə dövrünü göstərin (nikahdan əvvəlki soyadınız, əvvəlki nikahlardakı soyadınız, qanuni olaraq dəyişdirilmiş soyadlarınız və s.).

12. Təhsili barədə məlumatlar

13. İş yeri (əsas və əlavə) və fəaliyyətiniz barədə məlumatlar

a) Əsas və əlavə iş yeriniz barədə aşağıdakı məlumatları xronoloji qaydada göstərin (sonuncu iş yerindən başlayaraq).

b) Müstəqil fəaliyyətin növü və fəaliyyət müddəti

_______________________________________________________________________

14. Vətəndaş qüsursuzluğu barədə məlumatlar

a) Məhkumluğunuz varmı?

Məhkum olunma tarixi və cinayət qanununun maddəsi

_______________________________________________________________________

b) Keçmişdə mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsinə görə cinayət məsuliyyətinə cəlb edilmisinizmi?

Cinayət məsuliyyətinə cəlb edilmə tarixi və cinayət qanununun maddəsi

_______________________________________________________________________

c) Məhkəmə qərarı ilə müəyyən vəzifə tutma və ya peşə fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilmisinizmi?

Məhrum olunma tarixi, məhrum olunduğunuz vəzifə və ya fəaliyyətin adı, məhrum olunma müddəti

_______________________________________________________________________

ç) Məhkəmə qərarı ilə müflis elan edilmisinizmi?

Müflis elan edilmə tarixi

_______________________________________________________________________

d) Keçmişdə və ya hazırda bu hissənin a-ç bəndlərində sadalanan tələblərə cavab verməyən ortaq marağınız olduğu şəxslərlə hər hansı cinayətkar sövdələşməniz mövcuddurmu?

Həmin şəxs(lər) haqqında məlumatlar

_______________________________________________________________________

15. İşgüzar nüfuz və digər məlumatlar

a) Hazırda barənizdə cinayət təqibi həyata keçirilirmi?

Cinayət təqibi aparılan cinayət qanununun maddəsi ­­­­­

_______________________________________________________________________

b) Son 5 ildə məhkəmə və ya digər orqanın qərarı ilə sahibkarlıq və ya peşəkar fəaliyyətdən, habelə vəzifələrin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsindən irəli gələn hər hansı inzibati xətanın törədilməsində təqsirli hesab edilmisinizmi?

Qərarın tarixi və inzibati xətanın adı və mahiyyəti

_______________________________________________________________________

c) Hazırda mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatında, o cümlədən təyin olunduğunuz nəzarət subyektinə qarşı tərəf qismində çıxış edirsinizmi?

İcraatda hansı subyekt qismində iştirak etdiyiniz və iddianın növü barədə məlumat _______________________________________________________________________

ç) Maliyyə vəziyyətinin pisləşməsi ilə əlaqədar məcburi ləğv olunmuş, yaxud müflis elan olunmuş hüquqi şəxsdə ləğvetmə və ya iflas haqqında qərarın qəbul edildiyi tarixdən əvvəl hüquqi şəxsin fəaliyyət strategiyasının müəyyən edilməsi və qərarların qəbul edilməsi proseslərində iştirak etmisinizmi?

Hüquqi şəxsin adı və həmin şəxsdə fəaliyyətinizin müddəti

_______________________________________________________________________

d) Hər hansı orqanın və (və ya) işəgötürənin qərarı ilə tutduğunuz vəzifədən kənarlaşdırılıb və ya azad edilmisinizmi?

Qərarı qəbul edən orqanın və (və ya) işəgötürənin adı, qərarın tarixi və kənarlaşdırılma səbəbiniz

_______________________________________________________________________

e) İştirak etdiyiniz hüquqi şəxslər və ya xarici hüquqi təsisatlar barədə məlumatları qeyd edin.

ə) müşahidə (direktorlar) şurasının, icra orqanının, təftiş komissiyasının, audit komitəsinin üzvü və ya daxili audit xidmətinin (bölməsinin) əməkdaşı və ya digər rəhbəri olduğunuz hüquqi şəxslər (məhdud məsuliyyətli cəmiyyət, səhmdar cəmiyyəti, təsərrüfat ortaqlığı və s.) barədə aşağıdakı məlumatları qeyd edin.

İştirak etdiyiniz hüquqi şəxsdə və ya xarici hüquqi təsisatda digər təsisçi və ya benefisiar mülkiyyətçi olan fiziki şəxslər (təsisçi, yaxud benefisiar mülkiyyətçi olması göstərilməklə):

Digər sahibkarlıq münasibətində olduğunuz fiziki şəxslər:

g) Keçmişdə və ya hazırda lisenziyalaşdırılan (icazə tələb olunan) hər hansı fəaliyyət növü ilə məşğul olmusunuzmu?

Lisenziyalaşdırılan (icazə tələb olunan) fəaliyyətin növü

_______________________________________________________________________

ğ) Lisenziyanız (icazəniz) ləğv edilmişdirmi?

Lisenziyanın (icazənin) ləğvi əsası

_______________________________________________________________________

h) Əgər sizin məqbul və lazımi keyfiyyətlərə malik olmanızı və ya peşəkarlığınızı təsdiq edən hər hansı əlavə məlumatlara maliksinizsə, həmin məlumatları göstərin

_______________________________________________________________________

x) Namizədliyinizin təqdim edildiyi nəzarət subyektinə münasibətdə hər hansı maliyyə öhdəlikləriniz varmı?

Maliyyə öhdəliyiniz barədə məlumatı qeyd edin

_______________________________________________________________________

Bu anketdə olan məlumatların düzgünlüyünü təsdiq edirəm və həmin məlumatlarda baş verən hər hansı dəyişikliklər barədə Mərkəzi Banka məlumat verməyi öhdəmə götürürəm. Haqqımda olan sənəd və ya məlumatların əlavə olaraq sorğu əsasında müstəqil və etibarlı mənbələrdən, habelə dövlət orqanlarından (qurumlarından) əldə olunmasına etiraz etmirəm.

İmza: ________________

Tarix: ________________

“Sığorta sahəsində attestasiyanın təşkili və

keçirilməsi Qaydası”na Əlavə 2

1. Adı_________________________________________________________________

2. Doğulduğu tarix______________________________________________________

3. Doğulduğu yer ______________________________________________________

4. Fərdi identifikasiya nömrəsi (bu olmadıqda şəxsiyyətini təsdiq edən sənədin nömrəsi)_______________________________________________________________

5. Vətəndaşlığı _________________________________________________________

6. Qeydiyyat ünvanı ___________________­­­­­__________________________________

7. Yaşadığı ünvan (qeydiyyat ünvanından fərqlidirsə) ______________________________________________________________________

8. Əlaqə telefonu (ları) ________________ __________________ ______________

9. Elektron poçt ünvanı(ları) (əgər varsa) ____________________________________

10. Müraciətin məqsədi

11. İstifadə edilmiş və ya dəyişdirilmiş soyadlar və adlar

Bütün digər keçmiş soyadları və adları, onların dəyişdirilməsinin səbəblərini və istifadə dövrünü göstərin (nikahdan əvvəlki soyadınız, əvvəlki nikahlardakı soyadınız, qanuni olaraq dəyişdirilmiş soyadlarınız və s.).

12. İş yeri (əsas və əlavə) və fəaliyyətiniz barədə məlumatlar

a) Əsas və əlavə iş yeriniz barədə aşağıdakı məlumatları xronoloji qaydada göstərin (sonuncu iş yerindən başlayaraq).

b) Müstəqil fəaliyyətin növü və fəaliyyət müddəti

______________________________________________________________________

13. Vətəndaş qüsursuzluğu barədə məlumatlar

a) Məhkumluğunuz varmı?

Məhkum olunma tarixi və cinayət qanununun maddəsi

_____________________________________________________________________

b) Keçmişdə mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsinə görə cinayət məsuliyyətinə cəlb edilmisinizmi?

Cinayət məsuliyyətinə cəlb edilmə tarixi və cinayət qanununun maddəsi

_____________________________________________________________________

c) Məhkəmə qərarı ilə müəyyən vəzifə tutma və ya peşə fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilmisinizmi?

Məhrum olunma tarixi, məhrum olunduğunuz vəzifə və ya fəaliyyətin adı, məhrum olunma müddəti

_____________________________________________________________________

ç) Məhkəmə qərarı ilə müflis elan edilmisinizmi?

Müflis elan edilmə tarixi

_____________________________________________________________________

d) Keçmişdə və ya hazırda bu hissənin a-ç bəndlərində sadalanan tələblərə cavab verməyən ortaq marağınız olduğu şəxslərlə hər hansı cinayətkar sövdələşməniz mövcuddurmu?

Həmin şəxs(lər) haqqında məlumatlar

_____________________________________________________________________

14. İşgüzar nüfuz və digər məlumatlar

a) Hazırda barənizdə cinayət təqibi həyata keçirilirmi?

Cinayət təqibi aparılan cinayət qanununun maddəsi­­­­­

___________________________________________________________________

b) Son 5 ildə məhkəmə və ya digər orqanın qərarı ilə sahibkarlıq və ya peşəkar fəaliyyətdən, habelə vəzifələrin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsindən irəli gələn hər hansı inzibati xətanın törədilməsində təqsirli hesab edilmisinizmi?

Qərarın tarixi və inzibati xətanın adı və mahiyyəti

___________________________________________________________________

c) Hazırda mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatında tərəf qismində çıxış edirsinizmi?

İcraatda hansı subyekt qismində iştirak etdiyiniz və iddianın növü barədə məlumat ____________________________________________________________________________

ç) Maliyyə vəziyyətinin pisləşməsi ilə əlaqədar məcburi ləğv olunmuş, yaxud müflis elan olunmuş hüquqi şəxsdə ləğvetmə və ya iflas haqqında qərarın qəbul edildiyi tarixdən əvvəl hüquqi şəxsin fəaliyyət strategiyasının müəyyən edilməsi və qərarların qəbul edilməsi proseslərində iştirak etmisinizmi?

Hüquqi şəxsin adı və həmin şəxsdə fəaliyyətinizin müddəti

___________________________________________________________________

d) Hər hansı orqanın və (və ya) işəgötürənin qərarı ilə tutduğunuz vəzifədən kənarlaşdırılıb və ya azad edilmisinizmi?

Qərarı qəbul edən orqanın və (və ya) işəgötürənin adı, qərarın tarixi və kənarlaşdırılma səbəbiniz

___________________________________________________________________

e) İştirak etdiyiniz hüquqi şəxslər və ya xarici hüquqi təsisatlar barədə məlumatları qeyd edin.

ə) müşahidə (direktorlar) şurasının, icra orqanının, təftiş komissiyasının, audit komitəsinin üzvü və ya daxili audit xidmətinin (bölməsinin) əməkdaşı və ya digər rəhbəri olduğunuz hüquqi şəxslər (məhdud məsuliyyətli cəmiyyət, səhmdar cəmiyyəti, təsərrüfat ortaqlığı və s.) barədə aşağıdakı məlumatları qeyd edin.

İştirak etdiyiniz hüquqi şəxsdə və ya xarici hüquqi təsisatda digər təsisçi və ya benefisiar mülkiyyətçi olan fiziki şəxslər (təsisçi, yaxud benefisiar mülkiyyətçi olması göstərilməklə):

Digər sahibkarlıq münasibətində olduğunuz fiziki şəxslər:

g) Keçmişdə və ya hazırda lisenziyalaşdırılan (icazə tələb olunan) hər hansı fəaliyyət növü ilə məşğul olmusunuzmu?

Lisenziyalaşdırılan (icazə tələb olunan) fəaliyyətin növü

___________________________________________________________________

ğ) Lisenziyanız (icazəniz) ləğv edilmişdirmi?

Lisenziyanın (icazənin) ləğvi əsası

___________________________________________________________________

h) Əgər sizin məqbul və lazımi keyfiyyətlərə malik olmanızı və ya peşəkarlığınızı təsdiq edən hər hansı əlavə məlumatlara maliksinizsə, həmin məlumatları göstərin.

__________________________________________________________________

Qeyd: Bu Anketin 13-cü və 14-cü hissələri Qanunun 83.3-cü və 88.4-cü maddələrində nəzərdə tutulmuş şəxslər tərəfindən doldurulmur.

Bu anketdə olan məlumatların düzgünlüyünü təsdiq edirəm və həmin məlumatlarda baş verən hər hansı dəyişikliklər barədə Mərkəzi Banka məlumat verməyi, həmçinin attestasiyadan keçdiyim gün ilə sığorta vasitəçiliyi fəaliyyətinə lisenziyanın alınması üçün müraciət tarixi arasında bir ildən çox vaxt keçdiyi təqdirdə anketi yenidən dolduraraq Mərkəzi Banka təqdim etməyi öhdəmə götürürəm. Haqqımda olan sənəd və məlumatların əlavə olaraq sorğu əsasında müstəqil və etibarlı mənbələrdən, habelə dövlət orqanlarından (qurumlarından) əldə olunmasına etiraz etmirəm.

İmza: ________________

Tarix: ________________

“Sığorta sahəsində attestasiyanın təşkili və

keçirilməsi Qaydası”na Əlavə 3

1. Adı___________________________________________________________________

2. Doğulduğu tarix ________________________________________________________

3. Doğulduğu yer _________________________________________________________

4. Fərdi identifikasiya nömrəsi (bu olmadıqda şəxsiyyətini təsdiq edən sənədin nömrəsi)

_________________________________________________________________________

5.Vətəndaşlığı _____________________________________________________________

6. Qeydiyyat ünvanı ___________________­­­­­_____________________________________

7. Yaşadığı ünvan (qeydiyyat ünvanından fərqlidirsə) __________________________________________________________________________

8. Əlaqə telefonu(ları) _________________ __________________ _________________

9. Elektron poçt ünvanı(ları) (əgər varsa) ________________________________________

10. İştirak edəcəyi ilk imtahanının adı

__________________________________________________________________________

11. İstifadə edilmiş və ya dəyişdirilmiş soyadlar və adlar

Bütün digər keçmiş soyadları və adları, onların dəyişdirilməsinin səbəblərini və istifadə dövrünü göstərin (nikahdan əvvəlki soyadınız, əvvəlki nikahlardakı soyadınız, qanuni olaraq dəyişdirilmiş soyadlarınız və s.).

12. Təhsili barədə məlumatlar

Təhsiliniz barədə məlumatları göstərin.

13. Vətəndaş qüsursuzluğu barədə məlumatlar

a) Məhkumluğunuz varmı?

Məhkum olunma tarixi və cinayət qanununun maddəsi

_______________________________________________________________________

b) Keçmişdə mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və ya xüsusilə ağır

cinayətlərin törədilməsinə görə cinayət məsuliyyətinə cəlb edilmisinizmi?

Cinayət məsuliyyətinə cəlb edilmə tarixi və cinayət qanununun maddəsi

_______________________________________________________________________

c) Məhkəmə qərarı ilə müəyyən vəzifə tutma və ya peşə fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilmisinizmi?

Məhrum olunma tarixi, məhrum olunduğunuz vəzifə və ya fəaliyyətin adı, məhrum olunma müddəti

_______________________________________________________________________

ç) Keçmişdə və ya hazırda bu hissənin a-c bəndlərində sadalanan tələblərə cavab verməyən

ortaq marağınız olduğu şəxslərlə hər hansı cinayətkar sövdələşməniz mövcuddurmu?

Həmin şəxs(lər) haqqında məlumatlar

_______________________________________________________________________

Bu anketdə olan məlumatların düzgünlüyünü təsdiq edirəm və həmin məlumatlarda baş verən hər hansı dəyişikliklər barədə Mərkəzi Banka məlumat verməyi öhdəmə götürürəm. Haqqımda olan sənəd və ya məlumatların əlavə olaraq sorğu əsasında müstəqil və etibarlı mənbələrdən, habelə dövlət orqanlarından (qurumlarından) əldə olunmasına etiraz etmirəm.

İmza: ________________

Tarix: ________________

1. 10 yanvar 2024-cü il tarixli 01/3-1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202401100131, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 yanvar 2024-cü il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver