“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 78.4-cü, 93.1-ci və 93.2-3-cü maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti
1. “Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş “Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası”nın qüvvəyə mindiyi tarixdən maliyyə hesabatlarından başqa Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilən digər hesabatların siyahısı, formaları və dövriliyini tənzimləyən normativ hüquqi aktlar sığorta vasitəçilərinə münasibətdə tətbiq edilmir.
3. Hüquq departamentinə (Rəna Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
Bu Qayda “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 93.2−3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların forması, məzmunu və təqdim edilməsi qaydasını müəyyən edir.
2.1. Bu Qaydanın məqsədləri üçün istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. ilkin sığortaçı – sığorta müqaviləsi əsasında sığortaladığı riskləri təkrarsığortaya ötürən sığortaçı;
2.1.2. təkrarsığortaçının kodu – Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) elektron sistemi tərəfindən təkrarsığortaçıya verilmiş unikal nömrə.
2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar Qanun və Azərbaycan Respublikasının digər hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
3.0. Sığorta vasitəçiləri tərəfindən aşağıdakı hesabatlar Mərkəzi Banka təqdim edilir:
3.0.1. Hüquqi şəxs olan sığorta brokeri tərəfindən:
3.0.1.1. Hüquqi şəxs olan sığorta brokerinin sığorta üzrə vasitəçilik fəaliyyəti haqqında hesabat (Forma №HB1) – 1 nömrəli əlavə;
3.0.1.2. Hüquqi şəxs olan sığorta brokerinin təkrarsığorta üzrə vasitəçilik fəaliyyəti haqqında hesabat (Forma №HB2) – 2 nömrəli əlavə;
3.0.1.3. Hüquqi şəxs olan sığorta brokerinin struktur və bəzi göstəriciləri haqqında hesabat (Forma №HB3) – 3 nömrəli əlavə;
3.0.1.4. Hüquqi şəxs olan sığorta brokerinin işlərinin aparılması xərcləri haqqında hesabat (Forma №HB4) – 4 nömrəli əlavə.
3.0.2. Müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxs tərəfindən “Müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin vasitəçilik fəaliyyəti haqqında hesabat (Forma №HA1)” – 5 nömrəli əlavə.
3.0.3. Hüquqi şəxs sığorta agenti tərəfindən “Hüquqi şəxs sığorta agentinin vasitəçilik fəaliyyəti haqqında hesabat (Forma №HA2)” – 6 nömrəli əlavə.
3.0.4. Fiziki şəxs olan sığorta brokeri tərəfindən:
3.0.4.1. Fiziki şəxs olan sığorta brokerinin sığorta üzrə vasitəçilik fəaliyyəti haqqında hesabat (Forma №FB1) – 7 nömrəli əlavə;
3.0.4.2. Fiziki şəxs olan sığorta brokerinin təkrarsığorta üzrə vasitəçilik fəaliyyəti haqqında hesabat (Forma №FB2) – 8 nömrəli əlavə.
3.0.5. Fiziki şəxs olan sığorta agenti tərəfindən “Fiziki şəxs olan sığorta agentinin vasitəçilik fəaliyyəti haqqında hesabat (Forma №FA1)” – 9 nömrəli əlavə.
4.1. Hüquqi şəxs olan sığorta brokeri və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxs müvafiq olaraq bu Qaydanın 3.0.1-ci və 3.0.2-ci yarımbəndlərində göstərilən hesabatları rüblük və illik əsasda təqdim etməlidirlər.
4.2. Hüquqi şəxs olan sığorta brokeri və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxs tərəfindən rüblük hesabat müvafiq rüb başa çatdıqdan sonra 20 gün müddətində, illik hesabat isə təqvim ili başa çatdıqdan sonra 90 gün müddətində sığorta vasitəçisinin rəhbərinin və baş mühasibinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilərək elektron formada Mərkəzi Bankın elektron sistemi vasitəsi ilə təqdim edilməlidir.
4.3. Hüquqi şəxs sığorta agenti, fiziki şəxs olan sığorta brokeri və sığorta agenti müvafiq olaraq bu Qaydanın 3.0.3-3.0.5-ci yarımbəndlərində göstərilən hesabatları rüblük əsasda təqdim etməlidirlər.
4.4. Hüquqi şəxs sığorta agenti tərəfindən rüblük hesabat müvafiq rüb başa çatdıqdan sonra 20 gün müddətində hüquqi şəxs sığorta agentinin icra orqanının rəhbərinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilərək, fiziki şəxs olan sığorta brokeri və sığorta agenti tərəfindən rüblük hesabat müvafiq rüb başa çatdıqdan sonra 20 gün müddətində gücləndirilmiş elektron imza ilə təsdiq edilərək Mərkəzi Bankın elektron sistemi vasitəsi ilə təqdim edilməlidir.
“Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası”ya 1 nömrəli əlavə
“Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası”ya 2 nömrəli əlavə
“Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası”ya 3 nömrəli əlavə
“Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası”ya 4 nömrəli əlavə
“Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası”ya 5 nömrəli əlavə
“Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası”ya 6 nömrəli əlavə
“Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası”ya 7 nömrəli əlavə
“Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası”ya 8 nömrəli əlavə
“Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası”ya 9 nömrəli əlavə
1. 10 yanvar 2024-cü il tarixli 01/3-2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202401100132, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 yanvar 2024-cü il)