“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci, 78.2-ci və 79.4-cü maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.1.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti
1. “Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qayda” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq departamentinə (Rəna Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
Bu Qayda “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra − Qanun) 62.2-ci, 78.2-ci və 79.4-cü maddələrinə əsasən hazırlanmışdır və sığortaçının öz vəsaitlərinin, həmçinin sığorta ehtiyatlarını təmin edən vəsaitlərinin investisiyaya yönəldilməsini və məcmu kapitalının hesablanması qaydalarını müəyyən edir.
2.1. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. balans dəyəri – müvafiq aktivin mühasibat hesablarındakı qalığı;
2.1.2. fond birjasının listinqi – fond birjasının daxili qaydaları ilə müəyyən edilmiş tələblərə əsasən fond birjasında ticarətə qəbul edilən qiymətli kağızların siyahısı;
2.1.3. riyazi ehtiyatlar – hesabat tarixinə qədər baş verməmiş, lakin sığorta (təkrarsığorta) müqaviləsinin qüvvədə olma müddətində gələcəkdə baş verməsi mümkün ola bilən sığorta hadisələri üzrə sığorta ödənişlərinin verilməsi ilə bağlı sığortaçının (təkrarsığortaçının) öhdəliyi;
2.1.4. dövlət qiymətli kağızı – bu Qaydanın məqsədləri üçün yerli və xarici səlahiyyətli dövlət orqanları tərəfindən buraxılan qiymətli kağız;
2.1.5. kredit reytinqi – ölkələrin (təşkilatların) uzunmüddətli maliyyə öhdəliklərini yerinə yetirə bilməsi ilə bağlı müvafiq beynəlxalq nüfuzlu reytinq agentlikləri tərəfindən qiymətləndirmə nəticəsində verilən dərəcə;
2.1.6. kredit reytinq qrupu – bu Qaydanın 4 nömrəli Əlavəsinə uyğun olaraq aşağı kredit riski kimi qiymətləndirilən 0-cı qrupdan yüksək kredit riski kimi qiymətləndirilən 4-cü qrupadək olmaqla, ölkələrin (təşkilatların) təsnifatı;
2.1.7. beynəlxalq nüfuzlu reytinq agentlikləri – bu Qaydanın 4 nömrəli Əlavəsində göstərilən cədvələ uyğun olaraq müvafiq kredit reytinqini verən təşkilatlar;
2.1.8. dövlət zəmanəti – əsas borcalan götürdüyü borcu borcverənlə razılaşdırılmış qaytarılma şərtlərinə və müddətə uyğun olaraq borcverənə qaytarmadıqda, həmin borc üzrə öhdəliklərin borcverən qarşısında tam və ya qismən yerinə yetirilməsinə dair “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş qaydada Azərbaycan Respublikasının üzərinə götürdüyü maliyyə öhdəliyi;
2.1.9. çoxtərəfli inkişaf bankı – Dünya Bankı Qrupu, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Avropa İnvestisiya Fondu və iki və daha artıq ölkə tərəfindən iqtisadi inkişafın dəstəklənməsi məqsədilə təsis edilmiş beynəlxalq maliyyə təşkilatı;
2.1.10. avrobond – emitentin öz ölkəsindən kənarda öz valyutasından fərqli xarici valyutada buraxdığı beynəlxalq istiqraz.
2.2. Bu Qaydanın məqsədləri üçün kredit reytinqi olaraq hesabat tarixindən əvvəlki son 12 təqvim ayı ərzində beynəlxalq nüfuzlu reytinq agentlikləri tərəfindən verilən və qüvvədə olan ən aşağı kredit reytinqi əsas götürülür.
2.3. Bu Qaydanın məqsədləri üçün “əlaqəli şəxs” anlayışı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49−1.1-ci maddəsində göstərilən şəxsləri, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49−1.1.6-cı maddəsində göstərilən şəxsin ən azı 20 faiz payla birbaşa və ya dolayı yolla iştirak etdiyi hüquqi şəxsləri əhatə edir.
2.4. Bu Qaydada istifadə olunan “sığortaçı” anlayışı sığortaçılarla yanaşı, Qanunun 1.2-ci maddəsinə uyğun olaraq təkrarsığortaçıları da əhatə edir.
2.5. Bu Qaydada istifadə olunan digər anlayışlar Qanunda müəyyən edilmiş mənaları ifadə edir.
3.1. Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin ifadə olunduğu aktivlərin balans dəyərlərinə aşağıdakı əmsallar tətbiq edilir:
3.1.1. Dövlət qiymətli kağızları:
3.1.1.1. Azərbaycan Respublikasının dövlət qiymətli kağızları – 100%;
3.1.1.2. xarici ölkələrin dövlət qiymətli kağızları:
3.1.1.2.1. minimum 2-ci kredit reytinq qrupuna daxil olan xarici ölkələrin dövlət qiymətli kağızları – 100%;
3.1.1.2.2. 3-cü kredit reytinq qrupuna daxil olan xarici dövlətlərin buraxdıqları avrobondlar – 100%;
3.1.1.2.3. Bu Qaydanın 3.1.1.2.2-ci yarımbəndi istisna olmaqla, 2-ci kredit reytinq qrupundan aşağı kredit reytinq qrupuna daxil olan xarici ölkələrin dövlət qiymətli kağızları – 0%;
3.1.2. Bank hesablarındakı pul vəsaitləri:
3.1.2.1. Azərbaycan Respublikası ərazisində (bundan sonra − ölkə ərazisində) yerləşən banklarda açılmış bank hesablarındakı pul vəsaitləri:
3.1.2.1.1. Azərbaycan Respublikasının kredit reytinqindən (bundan sonra – ölkə kredit reytinqi) maksimum 5 pillə aşağı olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – 100%;
3.1.2.1.2. ölkə kredit reytinqindən 6 pillə və daha aşağı olan və ya kredit reytinqinə malik olmayan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – 80%;
3.1.2.1.3. investisiya şirkətlərinin portfel idarəçiliyinə verilmiş vəsaitin hesabat tarixinə bank hesabında pul vəsaiti formasında qalan hissəsi – 80%;
3.1.2.2. Azərbaycan Respublikası ərazisindən kənarda (bundan sonra − ölkə xaricində) yerləşən banklarda açılmış bank hesablarındakı pul vəsaitləri:
3.1.2.2.1. minimum 2-ci kredit reytinq qrupuna daxil olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – 100%;
3.1.2.2.2. 2-ci kredit reytinq qrupundan aşağı kredit reytinq qrupuna daxil olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – 0%;
3.1.3. Daşınmaz əmlakın balans dəyəri – 70%;
3.1.4. Qeyri-dövlət qiymətli kağızları:
3.1.4.1. çoxtərəfli inkişaf bankları tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:
3.1.4.1.1. minimum 2-ci kredit reytinq qrupuna daxil olan çoxtərəfli inkişaf bankları tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 100%;
3.1.4.1.2. 2-ci kredit reytinq qrupundan aşağı kredit reytinq qrupuna daxil olan çoxtərəfli inkişaf bankları tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 0%;
3.1.4.2. yerli hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:
3.1.4.2.1. dövlət zəmanəti ilə təmin olunan qeyri-dövlət qiymətli kağızları – 100%;
3.1.4.2.2. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən buraxılan ipoteka istiqrazları – 100%;
3.1.4.2.3. hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızlarının Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təmin olunan hissəsi – 100%;
3.1.4.2.4. Bakı Fond Birjasının listinqində olan qeyri-dövlət qiymətli kağızları:
3.1.4.2.4.1. əlaqəli şəxs olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:
1. ölkə kredit reytinqindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 60%;
2. ölkə kredit reytinqindən 3 pillə və daha aşağı olan və ya kredit reytinqi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 40%;
3.1.4.2.4.2. əlaqəli şəxs olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:
1. ölkə kredit reytinqindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 80%;
2. ölkə kredit reytinqindən 3 pillə və daha aşağı olan və ya kredit reytinqi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 60%;
3.1.4.2.5. Bakı Fond Birjasının listinqində olmayan qeyri-dövlət qiymətli kağızları:
3.1.4.2.5.1. əlaqəli şəxs olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:
1. ölkə kredit reytinqindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 30%;
2. ölkə kredit reytinqindən 3 pillə və daha aşağı olan və ya kredit reytinqi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 20%;
3.1.4.2.5.2. əlaqəli şəxs olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:
1. ölkə kredit reytinqindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 40%;
2. ölkə kredit reytinqindən 3 pillə və daha aşağı olan və ya kredit reytinqi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 30%;
3.1.4.3. xarici hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:
3.1.4.3.1. minimum 2-ci kredit reytinq qrupuna daxil olan xarici hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 100%;
3.1.4.3.2. 2-ci kredit reytinq qrupundan aşağı kredit reytinq qrupuna daxil olan xarici hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 0%;
3.1.5. Sığorta və təkrarsığorta müqavilələri üzrə alınmalı olan sığorta və təkrarsığorta haqları:
3.1.5.1. hesabat tarixinə ödəmə vaxtı 30 gün müddətinə qədər gecikdirilmiş sığorta və təkrarsığorta haqları – 100%;
3.1.5.2. hesabat tarixinə ödəmə vaxtı 31−45 gün müddətində gecikdirilmiş sığorta və təkrarsığorta haqları – 80%;
3.1.5.3. hesabat tarixinə ödəmə vaxtı 45 gündən artıq müddətə gecikdirilmiş sığorta və təkrarsığorta haqları – 0%;
3.1.6. Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı – 100%;
3.1.7. Həyatın yığım sığortası üzrə sığortalılara və ya sığorta olunanlara borc (əsas məbləğ) verilmiş pul məbləğləri – 100%.
3.2. Hissəvi sığorta və təkrarsığorta haqqı nəzərdə tutulmuş müqavilələr üzrə ödəmə vaxtı 45 gündən artıq müddətə gecikdirilmiş sığorta və təkrarsığorta haqlarının gələcəkdə ödənilməsi nəzərdə tutulan növbəti hissələrinin, həmçinin hesabat tarixinə təminat müddəti bitmiş sığorta və təkrarsığorta müqavilələri üzrə alınmalı olan sığorta və təkrarsığorta haqlarının cəmi məbləğləri bu Qaydanın 3.1.5.3-cü yarımbəndində göstərilən bölgüdə əks etdirilməlidir.
4.1. Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin məcmu məbləğinin hesablanması zamanı həmin vəsaitlərin ifadə olunduğu aktivlərin balans dəyərlərinə bu Qaydanın 3.1-ci bəndində göstərilmiş əmsallar tətbiq edildikdən sonra alınan məbləğlərin aşağıdakı diversifikasiya normativlərinə cavab verən hissəsi qəbul edilir:
4.1.1. Dövlət qiymətli kağızları:
4.1.1.1. Azərbaycan Respublikasının dövlət qiymətli kağızları – sığorta ehtiyatlarının 100%-dək;
4.1.1.2. xarici ölkələrin dövlət qiymətli kağızları:
4.1.1.2.1. minimum 1-ci kredit reytinq qrupuna daxil olan xarici ölkələrin dövlət qiymətli kağızları – sığorta ehtiyatlarının 30%-dək;
4.1.1.2.2. 2-ci kredit reytinq qrupuna daxil olan xarici ölkələrin dövlət qiymətli kağızları – bir ölkə üzrə 10%-dən çox olmamaq şərtilə, sığorta ehtiyatlarının 20%-dək;
4.1.1.2.3. 3-cü kredit reytinq qrupuna daxil olan xarici dövlətlərin buraxdıqları avrobondlar – bir ölkə üzrə 5%-dən çox olmamaq şərtilə, sığorta ehtiyatlarının 10%-dək;
4.1.2. Bank hesablarındakı pul vəsaitləri:
4.1.2.1. ölkə ərazisində yerləşən banklarda açılmış bank hesablarındakı pul vəsaitləri:
4.1.2.1.1. əlaqəli şəxs olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – bir bankda 20%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 50%-dək;
4.1.2.1.2. əlaqəli şəxs olmayan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – bir bankda 30%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 80%-dək;
4.1.2.1.3. investisiya şirkətlərinin portfel idarəçiliyinə verilmiş vəsaitin hesabat tarixinə bank hesabında pul vəsaiti formasında qalan hissəsi – bir investisiya şirkətində 20%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 50%-dək;
4.1.2.2. ölkə xaricində yerləşən banklarda açılmış bank hesablarındakı pul vəsaitləri:
4.1.2.2.1. əlaqəli şəxs olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri:
4.1.2.2.1.1. 0-cı kredit reytinq qrupuna daxil olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – bir bankda 5%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 15%-dək;
4.1.2.2.1.2. 1-ci və 2-ci kredit reytinq qruplarına daxil olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – bir bankda 5%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 10%-dək;
4.1.2.2.2. əlaqəli şəxs olmayan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri:
4.1.2.2.2.1. 0-cı kredit reytinq qrupuna daxil olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – bir bankda 10%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 30%-dək;
4.1.2.2.2.2. 1-ci və 2-ci kredit reytinq qruplarına daxil olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – bir bankda 10%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 20%-dək;
4.1.3. Daşınmaz əmlak:
4.1.3.1. sığortaçının mülkiyyətində olan və sığorta fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulan daşınmaz əmlak – bir daşınmaz əmlakda 5%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 10%-dək;
4.1.3.2. sığortaçının mülkiyyətində olan investisiya məqsədli digər daşınmaz əmlak – bir daşınmaz əmlakda 10%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 20%-dək;
4.1.4. Qeyri-dövlət qiymətli kağızları:
4.1.4.1. yerli hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:
4.1.4.1.1. dövlət zəmanəti ilə təmin olunan qeyri-dövlət qiymətli kağızları – sığorta ehtiyatlarının 100%-dək;
4.1.4.1.2. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən buraxılan ipoteka istiqrazları – sığorta ehtiyatlarının 50%-dək;
4.1.4.1.3. hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızlarının Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təmin olunan hissəsi – sığorta ehtiyatlarının 50%-dək;
4.1.4.1.4. Bakı Fond Birjasının listinqində olan qeyri-dövlət qiymətli kağızları:
4.1.4.1.4.1. əlaqəli şəxs olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:
1. ölkə kredit reytinqindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir hüquqi şəxs üzrə 5%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 15%-dək;
2. ölkə kredit reytinqindən 3 pillə və daha aşağı olan və ya kredit reytinqi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir hüquqi şəxs üzrə 5%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 10%-dək;
4.1.4.1.4.2. əlaqəli şəxs olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:
1. ölkə kredit reytinqindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir hüquqi şəxs üzrə 15%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 30%-dək;
2. ölkə kredit reytinqindən 3 pillə və daha aşağı olan və ya kredit reytinqi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir hüquqi şəxs üzrə 10%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 20%-dək;
4.1.4.1.5. Bakı Fond Birjasının listinqində olmayan qeyri-dövlət qiymətli kağızları:
4.1.4.1.5.1. əlaqəli şəxs olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:
1. ölkə kredit reytinqindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir hüquqi şəxs üzrə 2%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 10%-dək;
2. ölkə kredit reytinqindən 3 pillə və daha aşağı olan və ya kredit reytinqi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir hüquqi şəxs üzrə 2%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 5%-dək;
4.1.4.1.5.2. əlaqəli şəxs olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:
1. ölkə kredit reytinqindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir hüquqi şəxs üzrə 5%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 10%-dək;
2. ölkə kredit reytinqindən 3 pillə və daha aşağı olan və ya kredit reytinqi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – sığorta ehtiyatlarının 5%-dək;
4.1.4.2. xarici hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:
4.1.4.2.1. çoxtərəfli inkişaf bankları tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:
4.1.4.2.1.1. minimum 1-ci kredit reytinq qrupuna daxil olan çoxtərəfli inkişaf bankları tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir çoxtərəfli inkişaf bankı üzrə 10%-dən çox olmamaq şərtilə, sığorta ehtiyatlarının 30%-dək;
4.1.4.2.1.2. 2-ci kredit reytinq qrupuna daxil olan çoxtərəfli inkişaf bankları tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir çoxtərəfli inkişaf bankı üzrə 10%-dən çox olmamaq şərtilə, sığorta ehtiyatlarının 20%-dək;
4.1.4.2.2. minimum 2-ci kredit reytinq qrupuna daxil olan və çoxtərəfli inkişaf bankı olmayan xarici hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – sığorta ehtiyatlarının 10%-dək;
4.1.4.2.3. minimum 2-ci kredit reytinq qrupuna daxil olan çoxtərəfli inkişaf bankları tərəfindən ölkə ərazisində buraxılan qeyri-dövlət qiymətli kağızları – sığorta ehtiyatlarının 80%-dək;
4.1.5. Sığorta və təkrarsığorta müqavilələri üzrə alınmalı olan sığorta və təkrarsığorta haqları üzrə:
4.1.5.1. hesabat tarixinə ödəmə vaxtı 30 gün müddətinə qədər gecikdirilmiş sığorta və təkrarsığorta haqları – sığorta ehtiyatlarının 30%-dək;
4.1.5.2. hesabat tarixinə ödəmə vaxtı 31−45 gün müddətində gecikdirilmiş sığorta və təkrarsığorta haqları – sığorta ehtiyatlarının 10%-dək;
4.1.6. Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı:
4.1.6.1. bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatında təkrarsığortaçıların payı – sığorta ehtiyatlarının 100%-dək;
4.1.6.2. digər ehtiyatlarda təkrarsığortaçıların payı – sığorta ehtiyatlarının 60%-dək;
4.1.7. Həyatın yığım sığortası üzrə sığortalılara və ya sığorta olunanlara borc (əsas məbləğ) verilmiş pul məbləğləri – riyazi ehtiyatların (riyazi ehtiyatlarda təkrarsığortaçıların payı çıxılmaqla) 50%-dək.
4.2. Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin məcmu məbləği həmin ehtiyatları təmin edən vəsaitlərin ifadə olunduğu aktivlərin balans dəyərlərinə bu Qaydanın 3.1-ci bəndində göstərilən əmsallar tətbiq edildikdən sonra alınmış məbləğlərin bu Qaydanın 4.1-ci bəndində göstərilən diversifikasiya normativlərini aşmayan hissələrinin cəminə bərabərdir.
4.3. Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin məcmu məbləği həmin ehtiyatların məbləğindən az olmamalıdır.
4.4. Bu Qaydanın 4.1-ci bəndi üzrə ölkə xaricində olan bütün investisiyalar ümumilikdə sığorta ehtiyatlarının 30%-i hissəsində nəzərə alınır.
4.5. Bu Qaydanın 4.1.2-ci yarımbəndi üzrə bütün investisiyalar ümumilikdə sığorta ehtiyatlarının 80%-i, bu Qaydanın 4.1.3-cü yarımbəndi üzrə bütün investisiyalar isə ümumilikdə sığorta ehtiyatlarının 20%-i hissəsində nəzərə alınır.
5.1. Sığortaçının öz vəsaiti bu Qaydanın 1 nömrəli Əlavəsində müəyyən olunmuş düsturla hesablanır.
5.2. Sığortaçının məcmu kapitalının hesablanması məqsədilə onun öz vəsaitinin ifadə olunduğu aktivlərinin balans dəyərlərinə aşağıdakı əmsallar tətbiq edilir:
5.2.1. Dövlət qiymətli kağızları:
5.2.1.1. Azərbaycan Respublikasının dövlət qiymətli kağızları – 100%;
5.2.1.2. xarici ölkələrin dövlət qiymətli kağızları:
5.2.1.2.1. minimum 2-ci kredit reytinq qrupuna daxil olan xarici ölkələrin dövlət qiymətli kağızları – 100%;
5.2.1.2.2. 3-cü kredit reytinq qrupuna daxil olan xarici dövlətlərin buraxdıqları avrobondlar – 100%;
5.2.1.2.3. bu Qaydanın 5.2.1.2.2-ci yarımbəndində göstərilənlər istisna olmaqla, 2-ci kredit reytinq qrupundan aşağı kredit reytinq qrupuna daxil olan xarici ölkələrin dövlət qiymətli kağızları – 0%;
5.2.2. Bank hesablarındakı pul vəsaitləri:
5.2.2.1. ölkə ərazisində yerləşən banklarda açılmış bank hesablarındakı pul vəsaitləri:
5.2.2.1.1. ölkə kredit reytinqindən maksimum 5 pillə aşağı olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – 100%;
5.2.2.1.2. ölkə kredit reytinqindən 6 pillə və daha aşağı olan və ya kredit reytinqinə malik olmayan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – 80%;
5.2.2.1.3. investisiya şirkətlərinin portfel idarəçiliyinə verilmiş vəsaitin hesabat tarixinə bank hesabında pul vəsaiti formasında qalan hissəsi – 80%;
5.2.2.2. ölkə xaricində yerləşən banklarda açılmış bank hesablarındakı pul vəsaitləri:
5.2.2.2.1. minimum 2-ci kredit reytinq qrupuna daxil olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – 100%;
5.2.2.2.2. 2-ci kredit reytinq qrupundan aşağı kredit reytinq qrupuna daxil olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – 0%;
5.2.3. Daşınmaz əmlakın balans dəyəri – 70%;
5.2.4. Qeyri-dövlət qiymətli kağızları:
5.2.4.1. çoxtərəfli inkişaf bankları tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:
5.2.4.1.1. minimum 2-ci kredit reytinq qrupuna daxil olan çoxtərəfli inkişaf bankları tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 100%;
5.2.4.1.2. 2-ci kredit reytinq qrupundan aşağı kredit reytinq qrupuna daxil olan çoxtərəfli inkişaf bankları tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 0%;
5.2.4.2. yerli hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:
5.2.4.2.1. dövlət zəmanəti ilə təmin olunan qeyri-dövlət qiymətli kağızları – 100%;
5.2.4.2.2. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən buraxılan ipoteka istiqrazları – 100%;
5.2.4.2.3. hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızlarının Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təmin olunan hissəsi – 100%;
5.2.4.2.4. Bakı Fond Birjasının listinqində olan qeyri-dövlət qiymətli kağızları:
5.2.4.2.4.1. əlaqəli şəxs olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:
1. ölkə kredit reytinqindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 60%;
2. ölkə kredit reytinqindən 3 pillə və daha aşağı olan və ya kredit reytinqi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 40%;
5.2.4.2.4.2. əlaqəli şəxs olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:
1. ölkə kredit reytinqindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 80%;
2. ölkə kredit reytinqindən 3 pillə və daha aşağı olan və ya kredit reytinqi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 60%;
5.2.4.2.5. Bakı Fond Birjasının listinqində olmayan qeyri-dövlət qiymətli kağızları:
5.2.4.2.5.1. əlaqəli şəxs olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:
1. ölkə kredit reytinqindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 30%;
2. ölkə kredit reytinqindən 3 pillə və daha aşağı olan və ya kredit reytinqi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 20%;
5.2.4.2.5.2. əlaqəli şəxs olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:
1. ölkə kredit reytinqindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 40%;
2. ölkə kredit reytinqindən 3 pillə və daha aşağı olan və ya kredit reytinqi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 30%;
5.2.4.3. xarici hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:
5.2.4.3.1. minimum 2-ci kredit reytinq qrupuna daxil olan xarici hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 100%;
5.2.4.3.2. 2-ci kredit reytinq qrupundan aşağı kredit reytinq qrupuna daxil olan xarici hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 0%;
5.2.5. Hüquqi şəxslərin nizamnamə kapitalına qoyulmuş vəsaitlər:
5.2.5.1. əlaqəli şəxs olan hüquqi şəxslərin nizamnamə kapitalına qoyulmuş vəsaitlər – 50%;
5.2.5.2. əlaqəli şəxs olmayan hüquqi şəxslərin nizamnamə kapitalına qoyulmuş vəsaitlər – 80%;
5.2.6. Öz işçilərinə borc verilmiş pul vəsaitləri – 50%.
6.1. Sığortaçının məcmu kapitalının hesablanması zamanı bu hesablamada nəzərə alınan aktivlərin balans dəyərlərinə bu Qaydanın 5.2-ci bəndində göstərilən əmsallar tətbiq edildikdən sonra alınan məbləğlərin həmin məbləğlərin cəminə olan nisbətinin aşağıdakı diversifikasiya normativlərinə cavab verən hissəsi qəbul edilir:
6.1.1. Dövlət qiymətli kağızları:
6.1.1.1. Azərbaycan Respublikasının dövlət qiymətli kağızları – 100%-dək;
6.1.1.2. xarici ölkələrin dövlət qiymətli kağızları:
6.1.1.2.1. minimum 1-ci kredit reytinq qrupuna daxil olan xarici ölkələrin dövlət qiymətli kağızları – 30%-dək;
6.1.1.2.2. 2-ci kredit reytinq qrupuna daxil olan xarici ölkələrin dövlət qiymətli kağızları – bir ölkə üzrə 10%-dən çox olmamaq şərtilə, ümumilikdə 20%-dək;
6.1.1.2.3. 3-cü kredit reytinq qrupuna daxil olan xarici dövlətlərin buraxdıqları avrobondlar – bir ölkə üzrə 5%-dən çox olmamaq şərtilə, ümumilikdə 10%-dək;
6.1.2. Bank hesablarındakı pul vəsaitləri:
6.1.2.1. ölkə ərazisində yerləşən banklarda açılmış bank hesablarındakı pul vəsaitləri:
6.1.2.1.1. əlaqəli şəxs olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – bir bankda 20%-dən artıq olmamaq şərtilə, ümumilikdə 50%-dək;
6.1.2.1.2. əlaqəli şəxs olmayan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – bir bankda 30%-dən artıq olmamaq şərtilə, ümumilikdə 80%-dək;
6.1.2.1.3. investisiya şirkətlərinin portfel idarəçiliyinə verilmiş vəsaitin hesabat tarixinə bank hesabında pul vəsaiti formasında qalan hissəsi – bir investisiya şirkətində 20%-dən artıq olmamaq şərtilə, ümumilikdə 50%-dək;
6.1.2.2. ölkə xaricində yerləşən banklarda açılmış bank hesablarındakı pul vəsaitləri:
6.1.2.2.1. əlaqəli şəxs olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri:
6.1.2.2.1.1. 0-cı kredit reytinq qrupuna daxil olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – bir bankda 5%-dən artıq olmamaq şərtilə, ümumilikdə 15%-dək;
6.1.2.2.1.2. 1-ci və 2-ci kredit reytinq qruplarına daxil olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – bir bankda 5%-dən artıq olmamaq şərtilə, ümumilikdə 10%-dək;
6.1.2.2.2. əlaqəli şəxs olmayan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri:
6.1.2.2.2.1. 0-cı kredit reytinq qrupuna daxil olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – bir bankda 10%-dən artıq olmamaq şərtilə, ümumilikdə 30%-dək;
6.1.2.2.2.2. 1-ci və 2-ci kredit reytinq qruplarına daxil olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – bir bankda 10%-dən artıq olmamaq şərtilə, ümumilikdə 20%-dək;
6.1.3. Daşınmaz əmlakın balans dəyəri:
6.1.3.1. sığortaçının mülkiyyətində olan və sığorta fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulan daşınmaz əmlakın balans dəyəri – bir daşınmaz əmlakda 5%-dən artıq olmamaq şərtilə, ümumilikdə 10%-dək;
6.1.3.2. sığortaçının mülkiyyətində olan investisiya məqsədli digər daşınmaz əmlakın balans dəyəri – bir daşınmaz əmlakda 10%-dən artıq olmamaq şərtilə, ümumilikdə 20%-dək;
6.1.4. Qeyri-dövlət qiymətli kağızları:
6.1.4.1. yerli hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:
6.1.4.1.1. dövlət zəmanəti ilə təmin olunan qeyri-dövlət qiymətli kağızları – 100%-dək;
6.1.4.1.2. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən buraxılan ipoteka istiqrazları – 50%-dək;
6.1.4.1.3. hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızlarının Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təmin olunan hissəsi – 50%-dək;
6.1.4.1.4. Bakı Fond Birjasının listinqində olan qeyri-dövlət qiymətli kağızları:
6.1.4.1.4.1. əlaqəli şəxs olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:
1. ölkə kredit reytinqindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir hüquqi şəxs üzrə 5%-dən artıq olmamaq şərtilə, ümumilikdə 15%-dək;
2. ölkə kredit reytinqindən 3 pillə və daha aşağı olan və ya kredit reytinqi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir hüquqi şəxs üzrə 5%-dən artıq olmamaq şərtilə, ümumilikdə 10%-dək;
6.1.4.1.4.2. əlaqəli şəxs olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:
1. ölkə kredit reytinqindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir hüquqi şəxs üzrə 15%-dən artıq olmamaq şərtilə, ümumilikdə 30%-dək;
2. ölkə kredit reytinqindən 3 pillə və daha aşağı olan və ya kredit reytinqi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir hüquqi şəxs üzrə 10%-dən artıq olmamaq şərtilə, ümumilikdə 20%-dək;
6.1.4.1.5. Bakı Fond Birjasının listinqində olmayan qeyri-dövlət qiymətli kağızları:
6.1.4.1.5.1. əlaqəli şəxs olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:
1. ölkə kredit reytinqindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir hüquqi şəxs üzrə 2%-dən artıq olmamaq şərtilə, ümumilikdə 10%-dək;
2. ölkə kredit reytinqindən 3 pillə və daha aşağı olan və ya kredit reytinqi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir hüquqi şəxs üzrə 2%-dən artıq olmamaq şərtilə, ümumilikdə 5%-dək;
6.1.4.1.5.2. əlaqəli şəxs olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:
1. ölkə kredit reytinqindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir hüquqi şəxs üzrə 5%-dən artıq olmamaq şərtilə, ümumilikdə 10%-dək;
2. ölkə kredit reytinqindən 3 pillə və daha aşağı olan və ya kredit reytinqi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 5%-dək;
6.1.4.2. xarici hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:
6.1.4.2.1. çoxtərəfli inkişaf bankları tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:
6.1.4.2.1.1. minimum 1-ci kredit reytinq qrupuna daxil olan çoxtərəfli inkişaf bankları tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir çoxtərəfli inkişaf bankı üzrə 10%-dən çox olmamaq şərtilə, ümumilikdə 30%-dək;
6.1.4.2.1.2. 2-ci kredit reytinq qrupuna daxil olan çoxtərəfli inkişaf bankları tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir çoxtərəfli inkişaf bankı üzrə 10%-dən çox olmamaq şərtilə, ümumilikdə 20%-dək;
6.1.4.2.2. minimum 2-ci kredit reytinq qrupuna daxil olan və çoxtərəfli inkişaf bankı olmayan xarici hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 10%-dək;
6.1.4.2.3. minimum 2-ci kredit reytinq qrupuna daxil olan çoxtərəfli inkişaf bankları tərəfindən ölkə ərazisində buraxılan qeyri-dövlət qiymətli kağızları – 80%-dək;
6.1.5. Bir hüquqi şəxsin nizamnamə kapitalında payı 5%-dən artıq olmamaq şərtilə, hüquqi şəxslərin nizamnamə kapitalına qoyulmuş vəsaitlər – ümumilikdə 10%-dək;
6.1.6. Bir işçiyə verilən borcun ümumi məbləği 1%-dən artıq olmamaq şərtilə, öz işçilərinə borc verilmiş pul vəsaitləri – ümumilikdə 5%-dək.
6.2. Bu Qaydanın 6.1-ci bəndi üzrə ölkə xaricində olan bütün investisiyalar ümumilikdə öz vəsaitin 30%-i hissəsində nəzərə alınır.
6.3. Bu Qaydanın 6.1.2-ci yarımbəndi üzrə bütün investisiyalar ümumilikdə öz vəsaitin 80%-i, bu Qaydanın 6.1.3-cü yarımbəndi üzrə bütün investisiyalar isə ümumilikdə öz vəsaitin 20%-i hissəsində nəzərə alınır.
7.1. Hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızlarının Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən bir hissəsi təmin olunan zaman həmin hissə bu Qaydanın 2 nömrəli Əlavəsinin 4.1.3-cü yarımbəndində təsnifləşdirilərək müvafiq əmsallar tətbiq edilir. Həmin qeyri-dövlət qiymətli kağızının təmin olunmayan hissəsi isə müvafiq göstəricilərə uyğun olaraq bu Qaydanın 2 nömrəli Əlavəsinin 4.1.4-cü və 4.1.5-ci yarımbəndlərində təsnifləşdirilərək müvafiq əmsallar tətbiq olunur.
7.2. Sığortaçı tərəfindən girov qoyulmuş aktivlər sığorta ehtiyatlarının təmin edilməsində və məcmu kapitalın hesablanmasında iştirak etmir. Həmin aktivlər yalnız müvafiq əməliyyatlar üzrə yaranan balans öhdəliklərinin təmin edilməsində istifadə olunmalıdır. Bu aktivlərin fərqləndirilməsi üçün bu Qaydanın 2 nömrəli Əlavəsində göstərilən hesabat formasında aktivin adının qarşısında “(Sığortaçı tərəfindən girov qoyulmuş)” sözləri yazılmalıdır.
7.3. Sığortaçıya girov qoyulmuş aktivlər sığorta ehtiyatlarının təmin edilməsində iştirak etmir. Məcmu kapitalın hesablanmasında isə həmin aktivlərə girov şəklində təminat kimi çıxış edən aktivlərin təsnifatına uyğun olaraq müvafiq əmsallar tətbiq edilməlidir. Həmin aktivlərin fərqləndirilməsi üçün bu Qaydanın 2 nömrəli Əlavəsində göstərilən hesabat formasında aktivin adının qarşısında “(Sığortaçıya girov qoyulmuş)” sözləri yazılmalıdır.
7.4. Bu Qaydanın 3 nömrəli Əlavəsində müəyyən edilmiş hesabat formasında sığorta fəaliyyəti ilə bağlı olan balans öhdəlikləri (sığorta ehtiyatları çıxılmaqla) və sığorta fəaliyyəti ilə bağlı olmayan qısamüddətli öhdəliklər, daşınmaz əmlak və qeyri-dövlət qiymətli kağızları istisna olmaqla, digər likvid aktivlərlə təmin edilir.
7.5. Bu Qaydanın 3-6-cı hissələrində banklara münasibətdə ölkə kredit reytinqindən maksimum 5 pillə, hüquqi şəxslərə münasibətdə isə ölkə kredit reytinqindən maksimum 2 pillə aşağı kredit reytinqi dedikdə hər bir halda “B-“ və ya ona ekvivalent olan digər kredit reytinqinə qədər olan kredit reytinqləri nəzərdə tutulur. Bu halda “B-“ və ya ona ekvivalent olan digər kredit reytinqindən daha aşağı reytinqə malik olan bankın kredit reytinqi ölkə kredit reytinqinə münasibətdə 5 pillədən, hüquqi şəxsin kredit reytinqi isə ölkə kredit reytinqinə münasibətdə 2 pillədən aşağı sayılır.
Məcmu kapital bu kapitalın hesablanması üçün qəbul olunan aktivlərin balans dəyərlərinə bu Qaydanın 5.2-ci bəndində göstərilən əmsallar tətbiq edildikdən sonra alınan məbləğlərin bu Qaydanın 6.1-ci bəndində göstərilən diversifikasiya normativlərini aşmayan hissələrinin cəminə bərabərdir.
9.1. İnvestisiya əməliyyatları, öz vəsaiti və məcmu kapitalı haqqında hesabatlar sığortaçılar tərəfindən bu Qaydanın 2 və 3 nömrəli Əlavələrində müəyyən edilmiş müvafiq formalarda, aşağıdakı tələblərə riayət olunmaqla rüblük olaraq tərtib edilməli və hər rüb başa çatdıqdan sonra 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) elektron sistemi vasitəsi ilə təqdim olunmalıdır:
9.1.1. hesabatlarda tələb olunan göstəricilər müvafiq hesabat formasına uyğun olaraq tam və düzgün əks etdirilməlidir;
9.1.2. hesabatlar sığortaçının İdarə Heyətinin sədri və baş mühasibinin (və ya onların vəzifələrini müvəqqəti icra edən şəxslər) gücləndirilmiş elektron imzaları ilə təsdiq edilməlidir;
9.1.3. hesabatlarda müvafiq məbləğlər hesabat tarixinin sonuna Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun olaraq manatla ifadə olunmalıdır;
9.1.4. hesabatlarda göstərilən məbləğlər əlli qəpikdən az olduqda sıfır, əlli qəpiyə bərabər və ya ondan çox olduqda isə bir manat kimi qeyd edilməlidir;
9.1.5. hesabatlarda hər hansı formada düzəliş edilməsinə və ya pozulmuş, yaxud tam və ya qismən oxunmayan məlumatların mövcudluğuna yol verilmir.
9.2. Bu Qaydanın 9.1-ci bəndində müəyyən edilmiş tələblərə uyğun gəlməyən hesabatlar təhlil edilmədən geri qaytarılır.
10.1. Sığortaçılar bu Qayda qüvvəyə mindiyi tarixdən etibarən növbəti 1 (bir) il ərzində bu Qaydanın 2 və 3 nömrəli Əlavələrində müəyyən edilmiş hesabatlarla bərabər bu Qaydanın 5 nömrəli Əlavəsində göstərilən tələblərə uyğun olaraq investisiya əməliyyatlarına dair hesabatları da Mərkəzi Banka təqdim etməlidirlər.
10.2. Bu Qaydanın 9-cu hissəsinin tələbləri bu Qaydanın 5 nömrəli Əlavəsinə uyğun olaraq təqdim edilən hesabatlara da şamil edilir.
10.3. Bu Qaydanın qüvvəyə mindiyi tarixdən etibarən növbəti 1 (bir) il ərzində sığortaçının öz vəsaitinin və məcmu kapitalının yekun məbləği aşağıdakı qaydada hesablanılır:
Ö_V– sığortaçının öz vəsaitinin yekun məbləğidir;
Ö_V1 – müvafiq hesabat tarixində bu Qaydanın 5 nömrəli Əlavəsinin tələblərinə uyğun hesablanmış öz vəsaitin məbləğidir;
Ö_V2 – müvafiq hesabat tarixində bu Qaydanın 2 və 3 nömrəli Əlavələrinin tələblərinə uyğun hesablanmış öz vəsaitin məbləğidir;
M_K – sığortaçının məcmu kapitalının yekun məbləğidir;
M_K1 – müvafiq hesabat tarixində bu Qaydanın 5 nömrəli Əlavəsinin tələblərinə uyğun hesablanmış məcmu kapitalın məbləğidir;
M_K2 – müvafiq hesabat tarixində bu Qaydanın 2 və 3 nömrəli Əlavələrinin tələblərinə uyğun hesablanmış məcmu kapitalın məbləğidir;
α1– aşağıdakı cədvəldə əks olunan və müvafiq hesabat tarixində bu Qaydanın 5 nömrəli Əlavəsinin tələblərinə uyğun hesablanmış öz vəsaitin və məcmu kapitalın məbləğinə tətbiq olunan əmsaldır;
α2– aşağıdakı cədvəldə əks olunan və müvafiq hesabat tarixində bu Qaydanın 2 və 3 nömrəli Əlavələrinin tələblərinə uyğun hesablanmış öz vəsaitin və məcmu kapitalın məbləğinə tətbiq olunan əmsaldır.
10.4. Sığortaçılar bu Qayda qüvvəyə mindiyi tarixdən 1 (bir) il sonra yalnız bu Qaydanın 2 və 3 nömrəli Əlavələrinin tələblərinə uyğun olaraq hazırlanmış hesabatları Mərkəzi Banka təqdim etməlidirlər.
“Sığortaçıların investisiya əməliyyatları
ilə bağlı Qayda”ya Əlavə 1
A – sığortaçının öz vəsaitidir;
B – sığortaçının aktivlərinin məcmu balans dəyəridir;
C – sığortaçının sığorta fəaliyyəti ilə bağlı balans öhdəlikləridir (sığorta ehtiyatları çıxılmaqla);
D1 – ödəmə vaxtı 30 gündən artıq müddətə gecikdirilməmiş sığorta və təkrarsığorta haqlarıdır;
D2 – ödəmə vaxtı 31-45 gün müddətində gecikdirilmiş sığorta və təkrarsığorta haqlarıdır;
E – sığorta ehtiyatlarıdır;
F1 – sığortaçının sığorta ehtiyatlarını təmin edən vəsaitlərinin ifadə olunduğu aktivlərinin balans dəyərlərinin məcmu məbləğidir;
F2 – sığortaçının sığorta ehtiyatlarını təmin edən vəsaitlərin məcmu məbləğini təşkil edən məbləğlərin diversifikasiya normativlərini aşmayan hissələrinin cəmidir;
G – sığortaçının sığorta fəaliyyəti ilə bağlı olmayan balans öhdəlikləridir (girov şəklində təminat kimi verilən aktivlər üzrə öhdəliklər istisna olmaqla);
H – girov şəklində təminat kimi verilən aktivlərin balans dəyəridir;
İ – sığortaçının balansdankənar öhdəlikləridir (ödənilməsinə zəmanət verilmiş məbləğlərin cəmidir);
J – Qanunun 63.1.1-63.1.6-cı və 64.1.1-64.1.7-ci maddələrində göstərilmiş aktivlərin qrupuna aid olmayan və (və ya) sığorta ehtiyatlarını təmin edən vəsaitlərin və sığortaçının öz vəsaitlərinin investisiyası zamanı nəzərə alınmayan digər aktivlərin məcmu balans dəyəridir.
“Sığortaçıların investisiya əməliyyatları
ilə bağlı Qayda”ya Əlavə 2
Sığortaçının (təkrarsığortaçının) adı: ______________________________________________________________________________
Hesabat dövrü: ________________________________________________________________________________________________
1. 2-ci sütunda "Digər aktivlər" dedikdə, həmin sütun üzrə 1-9-cu bəndlərdə göstərilən aktivlər istisna olmaqla balansın aktiv hissəsi üzrə digər aktivlər başa düşülür və onlar hesabatda ardıcıl (balansın aktiv hissəsinə müvafiq olaraq) yazılmalıdır.
2. 10-cu sütunun yekunu sığorta ehtiyatlarını təmin edən vəsaitlərin məcmu məbləğini göstərir.
3. 16-cı sütunun yekunu məcmu kapitalın məbləğini göstərir.
4. 11-ci sütunun yekunu Forma №HB2-də hesablanan sığortaçının öz vəsaitinin məbləğindən çox olmamalıdır.
5. 2-ci sütunda adları qeyd olunan aktivlər 1-ci sütunda bəndlər, yarımbəndlər və altbəndlər vasitəsilə sıralanır.
6. Altbəndlərə ayrılan yarımbəndlərin altbəndlərində "Aralıq yekun" sətirləri üzrə 10-cu və 16-cı sütunların hər birində konkret aktivlər qrupu üzrə ayrı-ayrı aktivlərə yönəldilən məbləğlərin həmin aktivlər üçün müəyyən edilmiş diversifikasiya faizlərini aşmayan hissələrinin cəminin və həmin aktivlər qrupuna ümumilikdə yönəldilmiş məbləğlərin bu aktivlər qrupu üçün müəyyən edilmiş diversifikasiya faizini aşmayan hissəsinin kiçiyi, yarımbəndlər üzrə "Aralıq yekun"larda müvafiq altbəndlərin "Aralıq yekun"larının cəmi, bəndlər üzrə "Aralıq yekun"larda isə müvafiq yarımbəndlərin "Aralıq yekun"larının cəmi göstərilir.
7. Altbəndlərə ayrılmayan yarımbəndlərin hər bir "Aralıq yekun" sətirləri üzrə 10-cu və 16-cı sütunlarda konkret aktivlər qrupu üzrə ayrı-ayrı aktivlərə yönəldilən məbləğlərin həmin aktivlər üçün müəyyən edilmiş diversifikasiya faizlərini aşmayan hissələrinin cəminin və həmin aktivlər qrupuna ümumilikdə yönəldilmiş məbləğlərin bu aktivlər qrupu üçün müəyyən edilmiş diversifikasiya faizini aşmayan hissəsinin kiçiyi, bəndlər üzrə "Aralıq yekun"larda isə müvafiq yarımbəndlərin "Aralıq yekun"larının cəmi göstərilir.
“Sığortaçıların investisiya əməliyyatları
ilə bağlı Qayda”ya Əlavə 3
Sığortaçının (təkrarsığortaçının) adı: __________________________________________________________________
Hesabat dövrü: __________________________________________________________________________________
Aktivlərin məcmu dəyəri
Ödəmə vaxtı 30 gündən artıq müddətə gecikdirilməmiş sığorta və təkrarsığorta haqları
Ödəmə vaxtı 31–45 gün müddətində gecikdirilmiş sığorta və təkrarsığorta haqları
Aralıq nəticə (əgər «1100» - «1200» * 0,3 ≥ 0, onda «1100» - «1200» * 0,3; «1100» - «1200» * 0,3 < 0 isə onda 0) + (əgər «1150» * 0,8 - «1200» * 0,1 ≥ 0, onda «1150» * 0,8 - «1200» * 0,1; «1150» * 0,8 - «1200» * 0,1 < 0 isə onda 0)
Sığorta fəaliyyəti ilə bağlı balans öhdəlikləri (sığorta ehtiyatları çıxılmaqla)
Aralıq nəticə (əgər «1400» - «1300» ≥ 0, onda «1400» - «1300»; «1400» - «1300» < 0 isə onda 0)
Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin ifadə olunduğu aktivlərin məcmu dəyəri
Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin məcmu məbləğini təşkil edən məbləğlərin diversifikasiya normativlərini aşmayan hissələrinin cəmi
Aralıq nəticə (əgər «1650» - «1200» ≥ 0, onda «1600»; «1650» - «1200» < 0 isə onda «1200» + («1600» - «1650»))
Sığorta fəaliyyəti ilə bağlı olmayan balans öhdəlikləri (girov şəklində təminat kimi verilən aktivlər üzrə öhdəliklər istisna olmaqla)
Girov şəklində təminat kimi verilən aktivlərin balans dəyəri
Balansdan kənar öhdəliklər (ödənilməsinə zəmanət verilmiş məbləğlərin cəmi)
"Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 63.1.1-63.1.6-cı və 64.1.1-64.1.7-ci maddələrində göstərilmiş aktivlər qrupuna aid olmayan və (və ya) sığorta ehtiyatlarını təmin edən vəsaitlərin və sığortaçının öz vəsaitlərinin investisiyası zamanı nəzərə alınmayan digər aktivlərin məcmu balans dəyəri
Sığortaçının öz vəsaiti («1000» - «1500» - «1700» - «1800» - «1850» - «1900» - «2000»)
“Sığortaçıların investisiya əməliyyatları
ilə bağlı Qayda”ya Əlavə 4
“Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qayda”ya Əlavə 5
1.1. Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin ifadə olunduğu aktivlərin balans dəyərlərinə aşağıdakı əmsallar tətbiq edilir:
1.1.1. dövlət qiymətli kağızları – 100%;
1.1.2. bank hesablarındakı pul vəsaitləri – 100%;
1.1.3. daşınmaz əmlak – 80%;
1.1.4. qeyri-dövlət qiymətli kağızları – 80%;
1.1.5. sığorta və təkrarsığorta müqavilələri üzrə alınmalı olan sığorta və təkrarsığorta haqları:
1.1.5.1. hesabat tarixinə ödəmə vaxtı gecikdirilməmiş və (və ya) 90 gündən az müddətə gecikdirilmiş sığorta və təkrarsığorta haqları – 100%;
1.1.5.2. hesabat tarixinə ödəmə vaxtı 90 gündən artıq müddətə gecikdirilmiş sığorta və təkrarsığorta haqları – 0%;
1.1.6. sığorta ehtiyatlarında təkrarsığortaçıların payı – 100%;
1.1.7. həyatın yığım sığortası üzrə sığortalılara və ya sığorta olunanlara borc verilmiş pul məbləğləri – 100%.
2.1. Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin məcmu məbləğinin hesablanması zamanı həmin vəsaitlərin ifadə olunduğu aktivlərin balans dəyərlərinə bu Əlavənin 1.1-ci bəndində göstərilmiş əmsallar tətbiq edildikdən sonra alınan məbləğlərin aşağıdakı diversifikasiya normativlərinə cavab verən hissəsi qəbul edilir:
2.1.1. dövlət qiymətli kağızları – sığorta ehtiyatlarının 100%-dək;
2.1.2. bank hesablarındakı pul vəsaitləri – bir bankda 30%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 80%-dək;
2.1.3. daşınmaz əmlak – bir daşınmaz əmlaka 10%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 20%-dək;
2.1.4. qeyri-dövlət qiymətli kağızları – sığorta ehtiyatlarının 15%-dək;
2.1.5. sığorta və təkrarsığorta müqavilələri üzrə alınmalı olan, hesabat tarixinə ödəmə vaxtı gecikdirilməmiş və (və ya) 90 gündən az müddətə gecikdirilmiş sığorta və təkrarsığorta haqları – sığorta ehtiyatlarının 30%-dək;
2.1.6. sığorta ehtiyatlarında təkrarsığortaçıların payı (bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatında təkrarsığortaçıların payı istisna olmaqla) sığorta ehtiyatlarının (bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı istisna olmaqla) 75%-i həddində qəbul edilir. Bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatında təkrarsığortaçıların payı faktiki məbləğdə qəbul olunur;
2.1.7. həyatın yığım sığortası üzrə sığortalılara və ya sığorta olunanlara borc verilmiş pul məbləğləri – riyazi ehtiyatların (riyazi ehtiyatlarda təkrarsığortaçıların payı çıxılmaqla) 50%-dək.
2.2. Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin məcmu məbləği həmin ehtiyatları təmin edən vəsaitlərin ifadə olunduğu aktivlərin balans dəyərlərinə bu Əlavənin 1.1-ci bəndində göstərilən əmsallar tətbiq edildikdən sonra alınmış məbləğlərin bu Əlavənin 2.1-ci bəndində göstərilən diversifikasiya normativlərini aşmayan hissələrinin cəminə bərabərdir.
2.3. Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin məcmu məbləği həmin ehtiyatların məbləğindən az olmamalıdır.
3.1. Sığortaçının öz vəsaiti aşağıdakı düsturla hesablanır:
A – sığortaçının öz vəsaitidir;
B – sığortaçının aktivlərinin məcmu balans dəyəridir;
C – sığortaçının sığorta fəaliyyəti ilə bağlı balans öhdəlikləridir (sığorta ehtiyatları çıxılmaqla);
D – ödəmə vaxtı 90 gündən artıq müddətə gecikdirilməmiş sığorta və təkrarsığorta haqları;
E – sığorta ehtiyatları;
F1 – sığortaçının sığorta ehtiyatlarını təmin edən vəsaitlərinin ifadə olunduğu aktivlərinin balans dəyərlərinin məcmu məbləğidir;
F2 – sığortaçının sığorta ehtiyatlarını təmin edən vəsaitlərin məcmu məbləğini təşkil edən məbləğlərin diversifikasiya normativlərini aşmayan hissələrinin cəmidir;
G – sığortaçının sığorta fəaliyyəti ilə bağlı olmayan balans öhdəlikləridir;
İ – sığortaçının balansdan kənar öhdəlikləridir (ödənilməsinə zəmanət verilmiş məbləğlərin cəmidir);
J – Qanunun 63.1.1-63.1.6-cı və 64.1.1-64.1.7-ci maddələrində göstərilmiş aktivlərin qrupuna aid olmayan aktivlərin məcmu balans dəyəridir.
3.2. Sığortaçının məcmu kapitalının hesablanması məqsədilə onun öz vəsaitinin ifadə olunduğu aktivlərinin balans dəyərlərinə aşağıdakı əmsallar tətbiq edilir:
3.2.1. dövlət qiymətli kağızları – 100%;
3.2.2. bank hesablarındakı pul vəsaitləri – 100%;
3.2.3. daşınmaz əmlakın qalıq dəyəri – 80%;
3.2.4. qeyri-dövlət qiymətli kağızları – 80%;
3.2.5. digər hüquqi şəxslərin nizamnamə kapitalına qoyulmuş vəsaitlər – 80%;
3.2.6. öz işçilərinə borc verilmiş pul vəsaitləri – 80%.
4.1. Sığortaçının məcmu kapitalının hesablanması zamanı bu hesablamada nəzərə alınan aktivlərin balans dəyərlərinə bu Əlavənin 3.2-ci bəndində göstərilən əmsallar tətbiq edildikdən sonra alınan məbləğlərin həmin məbləğlərin cəminə olan nisbətinin aşağıdakı diversifikasiya normativlərinə cavab verən hissəsi qəbul edilir:
4.1.1. dövlət qiymətli kağızları – 100%-dək;
4.1.2. bank hesablarındakı pul vəsaitləri – bir bankda 30%-dən artıq olmamaq şərtilə, 80%-dək;
4.1.3. daşınmaz əmlak – bir daşınmaz əmlaka 10%-dən artıq olmamaq şərtilə, 20%-dək;
4.1.4. qeyri-dövlət qiymətli kağızları – 15%-dək;
4.1.5. bir hüquqi şəxsin nizamnamə kapitalında payı 5%-dən və Qanunun 66.4-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, müvafiq hüquqi şəxsin nizamnamə kapitalının 45%-dən artıq olmamaq şərtilə, digər hüquqi şəxslərin nizamnamə kapitalına qoyulmuş vəsaitlər – 10%-dək;
4.1.6. bir işçiyə verilən borcun ümumi məbləği 1%-dən artıq olmamaq şərtilə öz işçilərinə borc verilmiş pul vəsaitləri – 10%-dək.
Məcmu kapital bu kapitalın hesablanması üçün qəbul olunan aktivlərin balans dəyərlərinə bu Əlavənin 3.2-ci bəndində göstərilən əmsallar tətbiq edildikdən sonra alınan məbləğlərin bu Əlavənin 4.1-ci bəndində göstərilən diversifikasiya normativlərini aşmayan hissələrinin cəminə bərabərdir.
Sığortaçının (təkrarsığortaçının) adı: ____________________________________________________________________________
Hesabat dövrü: ____________________________________________________________________________________________
1. 2-ci sütunda "Digər aktivlər" dedikdə, həmin sütun üzrə 1-9-cu bəndlərdə göstərilən aktivlər istisna olmaqla balansın aktiv hissəsi üzrə digər aktivlər başa düşülür və onlar hesabatda ardıcıl (balansın aktiv hissəsinə müvafiq olaraq) yazılmalıdır.
2. 10-cu sütunun yekunu sığorta ehtiyatlarını təmin edən vəsaitlərin məcmu məbləğini göstərir.
3. 16-cı sütunun yekunu məcmu kapitalın məbləğini göstərir.
4. 5, 6 və 7-ci sətirlər üzrə göstərilən aktivlərin balans dəyərləri tam məbləğdə 9-cu sütuna yazılır.
5. 11-ci sütunun yekunu Forma №HB4 -də hesablanan sığortaçının öz vəsaitinin məbləğindən böyük olmamalıdır.
6. 2-ci sütundakı 5-ci və 6-cı aktivlərə aid olan "Aralıq yekun" sətirləri istisna olmaqla digər "Aralıq yekun" sətirləri üzrə 10-cu sütunda konkret aktivlər qrupu üzrə ayrı-ayrı aktivlərə yönəldilən məbləğlərin həmin aktivlər üçün müəyyən edilmiş diversifikasiya faizlərini aşmayan hissələrinin cəminin və həmin aktivlər qrupuna ümumilikdə yönəldilmiş məbləğlərin bu aktivlər qrupu üçün müəyyən edilmiş diversifikasiya faizini aşmayan hissəsinin kiçiyi göstərilir.
7. 2-ci sütundakı 5-ci və 6-cı aktivlərə aid olan "Aralıq yekun" sətirləri üzrə 10-cu sütunda konkret aktivlər qrupu üzrə ayrı-ayrı aktivlərə yönəldilən məbləğlərin həmin aktivlər üçün müəyyən edilmiş diversifikasiya faizlərini aşmayan hissələrinin cəmi göstərilir.
8. Hər bir "Aralıq yekun" sətiri üzrə 16-cı sütunda konkret aktivlər qrupu üzrə ayrı-ayrı aktivlərə yönəldilən məbləğlərin həmin aktivlər üçün müəyyən edilmiş diversifikasiya faizlərini aşmayan hissələrinin cəminin və həmin aktivlər qrupuna ümumilikdə yönəldilmiş məbləğlərin bu aktivlər qrupu üçün müəyyən edilmiş diversifikasiya faizini aşmayan hissəsinin kiçiyi göstərilir.
Sığortaçının (təkrarsığortaçının) adı: __________________________________________________
Hesabat dövrü:_____________________________________________________________________
Aktivlərin məcmu dəyəri
Ödəmə vaxtı 90 gündən artıq müddətə gecikdirilməmiş sığorta və təkrarsığorta haqları
Aralıq nəticə (əgər «1100» - «1200» * 0,3 ≥ 0, onda «1100» - «1200» * 0,3; «1100» - «1200» * 0,3 < 0 isə onda 0)
Sığorta fəaliyyəti ilə bağlı balans öhdəlikləri (sığorta ehtiyatları çıxılmaqla)
Aralıq nəticə (əgər «1400» - «1300» ≥ 0, onda «1400» - «1300»; «1400» - «1300» < 0 isə onda 0)
Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin ifadə olunduğu aktivlərin məcmu dəyəri
Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin məcmu məbləğini təşkil edən məbləğlərin diversifikasiya normativlərini aşmayan hissələrinin cəmi
Aralıq nəticə (əgər «1650» - «1200» ≥ 0, onda «1600»; «1650» - «1200» < 0 isə «1200» + («1600» - «1650»))
Sığorta fəaliyyəti ilə bağlı olmayan balans öhdəlikləri
Balansdan kənar öhdəliklər (ödənilməsinə zəmanət verilmiş məbləğlərin cəmi)
"Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 63.1.1-63.1.6-cı və 64.1.1-64.1.7-ci maddələrində göstərilmiş aktivlər qrupuna aid olmayan aktivlərin məcmu dəyəri
Sığortaçının öz vəsaiti («1000» - «1500» - «1700» - «1800» - «1900» - «2000»)