Qanunvericilik › Sığortaçının tələb olunan kapitalının minimum məbləğinin müəyyən edilməsi haqqında (Maliyyə Nazirliyi, 24.01.2014) › Tam mətn

Sığortaçının tələb olunan kapitalının minimum məbləğinin müəyyən edilməsi haqqında (Maliyyə Nazirliyi, 24.01.2014)

Sığortaçının tələb olunan kapitalının minimum məbləğinin müəyyən edilməsi haqqında (Maliyyə Nazirliyi, 24.01.2014) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 806-IVQD nömrəli Qanununun tətbiqi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli 735 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 dekabr tarixli 49 nömrəli Fərmanının 4.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası

2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının “Sığortaçıların və təkrarsığortaçıların tələb olunan kapitalının müəyyən edilməsi haqqında” 2008-ci 31 iyul tarixli Q-09 nömrəli və “Sığortaçıların və təkrarsığortaçıların tələb olunan kapitalının müəyyən edilməsi haqqında Kollegiya qərarına dəyişiklik edilməsi barədə” 2010-cu il 29 noyabr tarixli Q-13 nömrəli Qərarları ləğv edilsin.

3. Maliyyə və sığorta bazarının tənzimlənməsi şöbəsinə və Dövlət Sığorta Nəzarəti Xidmətinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər.

29 dekabr 2017-ci il tarixli Q-16 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201712290016, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 yanvar 2018-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver