AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN QƏRARI
“Sığortaçının tələb olunan kapitalının minimum məbləği”nin müəyyən edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
Sığortaçıların tələb olunan kapitalının minimum məbləğinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci və ”Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 79.2-ci maddələrinə əsasən
1. Sığortaçıların tələb olunan kapitalının minimum məbləği aşağıdakı kimi müəyyən edilsin:
1.1. Qeyri-həyat sığortası fəaliyyəti üzrə - 5 000 000 (beş milyon) manat;
1.2. Həyat sığortası fəaliyyəti üzrə - 10 000 000 (on milyon) manat;
1.3. Müstəsna olaraq təkrarsığorta fəaliyyəti üzrə - 20 000 000 (iyirmi milyon) manat;
1.4. Sığortaçının təkrarsığorta fəaliyyəti üzrə - 5 000 000 (beş milyon) manat;
1.5. Aqrar sığorta orqanının adından aqrar sığorta sisteminin idarəedilməsini həyata keçirən müştərək sığortaçı üçün – 1 000 000 (bir milyon) manat.
2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.