Qanunvericilik › "Sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna olan vaxtı keçmiş borclarının (o cümlədən tətbiq edilmiş maliyyə sanksiyaları və hesablanmış penya üzrə borclarının) restrukturizasiyası Qaydaları"nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 19.04.2004) › Tam mətn

"Sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna olan vaxtı keçmiş borclarının (o cümlədən tətbiq edilmiş maliyyə sanksiyaları və hesablanmış penya üzrə borclarının) restrukturizasiyası Qaydaları"nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 19.04.2004)

"Sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna olan vaxtı keçmiş borclarının (o cümlədən tətbiq edilmiş maliyyə sanksiyaları və hesablanmış penya üzrə borclarının) restrukturizasiyası Qaydaları"nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 19.04.2004) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

"Sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna olan vaxtı keçmiş borclarının (o cümlədən tətbiq edilmiş maliyyə sanksiyaları və hesablanmış penya üzrə borclarının) restrukturizasiyası Qaydaları"nın təsdiq edilməsi haqqında

"Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2004-cü il büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 dekabr tarixli 10 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna olan vaxtı keçmiş borclarının (o cümlədən tətbiq edilmiş maliyyə sanksiyaları və hesablanmış penya üzrə borclarının) restrukturizasiyası Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə vaxtı keçmiş borclarının restrukturizasiyasının bu Qaydalara uyğun surətdə aparılmasını təmin etsin.

3. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu sığortaedənlərin vaxtı keçmiş borclarının restrukturizasiyasının nəticələri barədə hər rüb üçün həmin rübdən sonrakı ayın 20-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məlumat versin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 19 aprel 2004-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2004-cü il 19 aprel tarixli 55 nömrəli qərarı ilə

1. Bu Qaydalar "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2004-cü il büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununa və "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2004-cü il büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 dekabr tarixli 10 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır.

2. Sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə Dövlət Sosial Müdafiə Fonduna 2003-cü il yanvarın 1-i vəziyyətinə yaranmış vaxtı keçmiş borclarının restrukturizasiyası Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanları tərəfindən həyata keçirilir.

3. Borcların restrukturizasiyası sığortaedənlərin Dövlət Sosial Müdafiə Fondunun orqanlarına olan məcburi dövlət sosial sığorta haqları üzrə vaxtı keçmiş borclarını 3 ildən çox olmamaq şərti ilə ödəməklə aşağıdakı kimi aparılır:

2004-cü ildə 2003-cü il yanvarın 1-i vəziyyətinə vaxtı keçmiş əsas borc məbləğinin tam ödənilməsi şərti ilə 2004-cü il 1 yanvar tarixinə tətbiq olunmuş maliyyə sanksiyalarının və hesablanmış penya məbləğlərinin 100 faizi silinir;

2005-ci ildə 2003-cü il yanvarın 1-i vəziyyətinə vaxtı keçmiş əsas borc məbləğinin tam ödənilməsi şərti ilə 2005-ci il 1 yanvar tarixinə tətbiq olunmuş maliyyə sanksiyalarının və hesablanmış penya məbləğlərinin 75 faizi silinir;

2006-cı ildə 2003-cü il yanvarın 1-i vəziyyətinə vaxtı keçmiş əsas borc məbləğinin tam ödənilməsi şərti ilə 2006-ci il 1 yanvar tarixinə tətbiq olunmuş maliyyə sanksiyaları və hesablanmış penya məbləğlərinin 50 faizi silinir.

4. Məcburi dövlət sosial sığorta haqları, tətbiq olunmuş maliyyə sanksiyaları və hesablanmış penya məbləğləri üzrə əsas borc məbləğinin (birdəfəyə tam ödənilməsinə məhdudiyyət qoyulmadan) bərabər hissələrlə restrukturizasiyası məsələsinə baxılmaq üçün Dövlət Sosial Müdafiə Fondunun orqanlarına aşağıdakı sənədlər təqdim olunmalıdır:

məcburi dövlət sosial sığorta haqları üzrə vaxtı keçmiş borcların restrukturizasiyasının aparılması barədə Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanına ərizə (1 nömrəli əlavə);

məcburi dövlət sosial sığorta haqları üzrə borcların məbləğləri (ərizə verilən ayın 1-i tarixinə borcun məbləği) barədə arayış;

bu Qaydaların 4-cü bəndinə müvafiq olaraq məcburi dövlət sosial sığorta haqları üzrə vaxtı keçmiş borcların ödənilməsi barədə qrafik (2 nömrəli əlavə).

Bu sənədlərin qeydiyyatı Dövlət Sosial Müdafiə Fondunun orqanlarında bu məqsədlərə açılmış ayrıca jurnallarda aparılır.

5. Dövlət Sosial Müdafiə Fondunun orqanları borcların restrukturizasiyasının aparılması ilə bağlı sığortaedənlərdən daxil olan ərizə və ona əlavə olunan sənədlərin dəqiqliyini yoxlayırlar. Üzləşdirmə aktlarında göstərilən rəqəmlərin düzgünlüyünə müvafiq tərəflər məsuliyyət daşıyırlar.

6. Restrukturizasiya edilən borcların ödənilməsi üçün sığortaedən tərəfindən təqdim olunan qrafik Dövlət Sosial Müdafiə Fondunun orqanı ilə tərtib edilir. Bu qrafik sığortaedənin 2003-cü il yanvarın 1-i vəziyyətinə vaxtı keçmiş əsas borc məbləğinin (birdəfəyə tam ödənilməsinə məhdudiyyət qoyulmadan) bərabər hissələrlə rübdə 1 dəfədən az olmayaraq ödənişini nəzərdə tutur.

7. Dövlət Sosial Müdafiə Fondunun orqanları məcburi dövlət sosial sığorta haqları üzrə 2003-cü il yanvarın 1-i vəziyyətinə borcu olan sığortaedənlərlə bu borcları dəqiqləşdirmək məqsədilə araşdırma apardıqdan sonra 3 nüsxədən ibarət üzləşmə aktı (3 nömrəli əlavə) tərtib edirlər.

Üzləşmə aktlarında 2003-cü il yanvarın 1-i vəziyyətinə məcburi dövlət sosial sığorta haqları üzrə, habelə tətbiq olunmuş maliyyə sanksiyaları və hesablanmış penya üzrə borc məbləğləri dəqiqləşdirilərək ayrıca əks etdirilir.

8. Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanı sığortaedən tərəfindən təqdim olunmuş ərizənin verildiyi gündən 15 gün müddətində borcların restrukturizasiya edilməsi barədə qərar qəbul edir və sığortaedənə göndərir.

9. Restrukturizasiya üçün sığortaedən tərəfindən təqdim olunan sənədlər bu Qaydalara uyğun deyilsə və yaxud üzləşmə aparılan zaman sığortaedənin borcları uçot sənədləri ilə təsdiq olunmursa, belə sənədlərin 5 gün müddətində geri qaytarılması barədə Dövlət Sosial Müdafiə Fondu orqanı tərəfindən qərar qəbul edilir və sığortaedənə göndərilir.

10. Borcların restrukturizasiya edilməsi barədə qərar qəbul edildikdən sonra restrukturizasiya olunan borclara maliyyə sanksiyasının tətbiqi və penya hesablanması dayandırılır.

11. 2003-cü il yanvarın 1-i tarixindən cari ilin sonunadək məcburi dövlət sosial sığorta haqları üzrə borc yaradan və yaxud qrafiklə müəyyən olunmuş müddətdə ödənişləri köçürməyən sığortaedənlər borclarının restrukturizasiyasının aparılması hüququnu itirirlər. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun orqanı qərar qəbul edir və həmin tarixdən borcun (o cümlədən tətbiq olunmuş maliyyə sanksiyaları və hesablanmış penya üzrə borcların) alınması üçün sığortaedənə qarşı qanunvericilikdə nəzərdə tutulan məcburi tədbirlərin tətbiqi bərpa edilir.

12. Vaxtı keçmiş borcların restrukturizasiyası üzrə Dövlət Sosial Müdafiə Fondu orqanları ilə sığortaedənlər arasında olan mübahisələr Dövlət Sosial Müdafiə Fondunun orqanının tabe olduğu yuxan təşkilat tərəfindən və ya məhkəmə qaydasında həll olunur.

13. Bu Qaydalar əsasında sığortaedənlərin silinmiş kreditor borc məbləğləri mühasibat uçotu haqqında qanunvericiliyə uyğun olaraq mühasibat sənədlərində əks etdirilir.

14. Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə vaxtı keçmiş borclarının restrukturizasiyası üzrə işlər barədə hər rüb Dövlət Sosial Müdafiə Fonduna məlumat təqdim edirlər.

Azərbaycan Respublikası

Dövlət Sosial Müdafiə Fondunun

(sığortaedənin hüquqi ünvanı)

"Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2004-cü il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununa və təsdiq olunmuş müvafiq Qaydalara əsasən______________ min manat məbləğində 2003-cü il yanvarın 1-i vəziyyətinə məcburi dövlət sosial sığorta haqları üzrə vaxtı keçmiş borclarının 3 il ərzində hissə-hissə ödənilməsi barədə xahiş edir.

Sığortaedənin rəhbəri ___________ (___________________)

sığortaedənin tam adı

______________min manat

______________min manat

______________min manat

Borc üzrə ödəniləcək məbləğin yekunu

Sığortaedənin baş mühasibi _______________(______________)

DSMF __________________ rayon (şəhər)

____________________________________

(sığortaedənin adı və rəhbərin vəzifəsi)

_____________(________________) _____________(________________)

imza A.A.S. imza A.A.S.

“____”___________2004-cü il “____”___________2004-cü il

_________________ 200___ il şəhəri (rayonu)

Biz, aşağıda imza edənlər:

1. DSMF-nin rayon (şəhər) şöbəsinin müdiri _____________

2. DSMF-nin rayon (şəhər) şöbəsinin mühasibi ______________

3. İcraçı, DSMF-nin ____________rayon (şəhər) şöbəsinin müfəttişi ______________

4. ______________rayon (şəhər) ______________ (sığortaedənin adı) rəhbəri ______________

5. ______________rayon (şəhər) (sığortaedənin adı) baş mühasibi ______________

Məcburi dövlət sosial sığorta haqları üzrə vaxtı keçmiş borcların restrukturizasiyasının aparılması Qaydalarına əsasən ______________sığortaedənin müvafiq hesabat və sənədləri əsasında aparılan üzləşmə zamanı 2004-cü il 1 yanvar vəziyyətinə məcburi dövlət sosial sığorta ödəmələri üzrə borcun, tətbiq olunmuş maliyyə sanksiyalarının və hesablanmış penyanın məbləğləri dəqiqləşdirilərək aşağıdakılar müəyyən edildi:

2. Tətbiq olunmuş maliyyə sanksiyalan

o cümlədən: hesablanmış penya

Yuxarıda göstərilən cədvələ əsasən 2004-cü ilin 1 yanvar vəziyyətinə ümumi borc ________________min manat, o cümlədən əsas borc ________________min manat, tətbiq olunmuş maliyyə sanksiyasının ________________min manat, o cümlədən hesablanmış penya məbləği ________________min manat təşkil etmişdir.

Onlardan 2003-cü ilin 1 yanvar vəziyyətinə vaxtı keçmiş ümumi borc ________________min manat, o cümlədən əsas borc ________________min manat, maliyyə sanksiyası ________________min manat, o cümlədən hesablanmış penya ________________min manat olmuşdur.

Qoşma________ vərəqdə.

Üzləşmə aktının doğruluğunu imzalarımızla təsdiq edirik.

DSMF____________ rayon (şəhər) şöbəsi tərəfindən:

1. DSMF-nin ________________rayon (şəhər) şöbəsinin müdiri _______ (__________)

2. DSMF-nin ________________rayon (şəhər) şöbəsinin baş mühasibi _______ (__________)

3. İcraçi, DSMF-nin rayon (şəhər) şöbəsinin müfəttişi _______ (__________)

_____________________tərəfindən M.Y.

1. ________________rayon (şəhər) _____________ sığortaedənin rəhbəri _______ (__________)

2.______________rayon (şəhər)_____________sığortaedənin baş mühasibi _______ (________)

"___”_______________2004-cü il

Ərizə qəbul olunmuşdur "____" _____________________2004-cü il

_____________ (___________________)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver