Qanunvericilik › Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 3

Maddə 3. Qanunun tətbiq sahəsi

Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Bu Qanunun bəraət verilməsi qaydasına aid hissəsi yaşayış yerindən asılı olmayaraq, 1920-ci il aprelin 28-dən 1991-ci il oktyabrın 18-dək olan dövrdə Azərbaycan Respublikası ərazisində siyasi repressiyaya məruz qalmış şəxslərə şamil edilir.

Azərbaycan Respublikası göstərilən dövrdə SSRİ-nin tərkibinə daxil olan başqa respublikaların ərazisində repressiyaya məruz qalmış Azərbaycan Respublikası vətəndaşlarına bəraət almaqda kömək göstərir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver