Qanunvericilik › Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Bəraət haqqında vəsatətlərə baxılması

Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Bəraət verilməsinə dair ərizələri siyasi repressiyaya məruz qalmış şəxslər, başqa maraqlı şəxslər, yaxud ictimai təşkilatlar verə bilərlər.

Ərizələrə Azərbaycan Respublikası Prokurorluğunda qanunla müəyyən edilmiş müddətdə baxılır.

Azərbaycan Respublikasının Prokurorluğu Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanını cəlb etməklə, siyasi repressiyaya məruz qalmış şəxslərin işlərini yoxlayır və yoxlamanın nəticələrinə əsasən məhkəmədən kənar tətbiq edilmiş repressiya ilə bağlı bəraət məsələsinə dair (müsbət və ya mәnfi həlli barədə) rəy verir.

Azərbaycan Respublikası Prokurorluğunun bəraət verilməkdən imtina edilməsi haqqında rəyindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə şikayət edilə bilər.

Azərbaycan Respublikası (Azərbaycan SSR) məhkəmələri tərəfindən məhkum edilmiş siyasi repressiyaya məruz qalmış şəxslərin işləri Azərbaycan Respublikası Prokurorluğunun protesti ilə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilir. Azərbaycan Respublikasının Ali Məhkəməsi siyasi repressiyaya məruz qalmış şəxslərin işlərinə və verilmiş şikayətlərə bir ay müddətində baxmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver