QanunvericilikSosial müavinətlər haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. Müavinətlərin təyin edilməsi qaydaları

Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

10.1. Müavinətlər şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir. Vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına müavinətin ödənilməsi qaydası “ Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında ” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilir. 10.1-1. Müavinətlərin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

10.2. Bu Qanunun 4.0.1.14-cü, 4.0.1.15-ci, 4.0.2.5-ci, 7.0.12-ci, 9.1.4.1-ci, 9.1.4.2-ci, 9.1.6-cı, 9.1.7-ci, 9.1.9-cu və 9.1.10-cu maddələrində nəzərdə tutulmuş müavinətlər hər bir uşaq üçün təyin edilir. 10.2-1. Bu Qanunun 4.0.1.14-cü maddəsində nəzərdə tutulan müavinət uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında uşağı övladlığa götürən şəxsə və ya onlardan birinə təyin edilir. 10.2-2. Bu Qanunun 4.0.1.15-ci və 4.0.2.5-ci maddələrində nəzərdə tutulan müavinət himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında uşağın himayədar ailəyə verilməsinə dair bağlanılmış müqavilə əsasında himayədar valideynlərdən birinə təyin edilir.

10.3. Müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və Maddə 10. … dar valideynlərdən birinə təyin edilir.

10.3. Müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur. 10.3-1. Müavinətlərin təyin edilməsi üçü n zəruri olan sənədlərin və ya məlumatlar ı n Elektron H ö kumət İ nformasiya Sistemi vasitəsilə m ü vafiq d ö vlət orqan ı ndan (qurumundan) əldə edilməsi m ü mk ü n olduqda, həmin sənədlər və ya məlumatlar ərizə ç idən tələb edilmir. Belə sənədlərin və ya məlumatlar ı n Elektron H ö kumət İ nformasiya Sistemi vasitəsilə əldə edilməsi m ü mk ü n olmad ığı hallarda onlar ı n təqdim edilməsi ərizə ç inin raz ı l ığı ilə sor ğ u əsas ı nda m ü vafiq d ö vlət orqan ı ndan (qurumundan) tələb olunur və ya ərizə ç i tərəfindən təmin edilir.

10.4. Müavinət təyinatı barədə qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən müraciət edilən gündən 10 gün müddətində çıxarılır.

10.5. Müavinət təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə müvafiq icra hakimiyyəti orqanları səbəblər göstərilməklə müraciət edən şəxsə 5 gün müddətində rəsmi məlumat verir.

10.6. Müavinət təyinatından imtina edilməsi barədə qərardan inzibati qaydada və məhkəmə qaydasında şikayət verilə bilər. 10.6-1. Müavinətlərin təyin edilməsi və təyin olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əl Maddə 10. … edilməsi və təyin olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver