Qanunvericilik › Sosial müavinətlərin məbləğinin artırılması haqqında (Prezidentin fərmanı, 29.08.2013) › Tam mətn

Sosial müavinətlərin məbləğinin artırılması haqqında (Prezidentin fərmanı, 29.08.2013)

Sosial müavinətlərin məbləğinin artırılması haqqında (Prezidentin fərmanı, 29.08.2013) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin rifah halını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:

1. Sosial müavinətlərin məbləği aşağıdakı kimi müəyyən edilsin:

1.1. Aylıq müavinətlər:

1.1.1. Yaşa görə müavinət — 220 (iki yüz iyirmi) manat;

1.1.2. əlillik ümumi xəstəliklə, hərbi xidmət dövrü ilə, istehsalat zədəsi ilə, peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla, Çernobıl AES-də qəzanın ləğvi ilə, terror hadisəsi ilə əlaqədar səbəblərdən baş verdikdə əlilliyə görə müavinət:

orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə — 300 (üç yüz) manat

orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə — 250 (iki yüz əlli) manat

orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə — 180 (yüz səksən) manat;

1.1.3. əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar səbəblərdən baş verdikdə:

orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə — 300 (üç yüz) manat

orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə — 250 (iki yüz əlli) manat

orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə — 180 (yüz səksən) manat;

1.1.4. əlillik Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən baş verdikdə:

orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə — 300 (üç yüz) manat

orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə — 250 (iki yüz əlli) manat

orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə — 180 (yüz səksən) manat;

1.1.6. ailə başçısını itirməyə görə müavinət — 140 (yüz qırx) manat;

1.1.8. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət — 140 (yüz qırx) manat;

1.1.9. valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət — 140 (yüz qırx) manat;

1.1.10. bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət — 140 (yüz qırx) manat;

1.1.11. bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət:

1.1.11.1. şəhid uşaqlarına — 21 manat;

1.1.11.2. müharibə ilə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına — 15 manat;

1.1.12. övladlığa götürülən uşağa, o cümlədən əlilliyi olan uşağa görə müavinət:

1. övladlığa götürülən uşağa (bu yarımbəndin ikinci abzasında qeyd olunan uşaqlar istisna olmaqla) görə – 240 (iki yüz qırx) manat;

2. övladlığa götürülən əlilliyi olan uşağa görə – 600 manat;

1.1.13. himayədar ailəyə verilmiş uşağın, o cümlədən əlilliyi olan uşağın tərbiyə edilməsinə görə müavinət:

1. himayədar ailəyə verilmiş uşağa (bu Fərmanın 1.1.13-cü yarımbəndinin 2-ci abzasında qeyd olunan uşaqlar istisna olmaqla) görə: 0–6 yaş arası uşağa görə – 355 manat, 7–13 yaş arası uşağa görə – 375 manat, 14–18 yaş arası uşağa görə – 395 manat;

2. himayədar ailəyə verilmiş əlilliyi olan uşağa görə: 0–6 yaş arası uşağa görə – 500 (beş yüz) manat, 7–13 yaş arası uşağa görə – 600 (altı yüz) manat, 14–18 yaş arası uşağa görə – 650 (altı yüz əlli) manat.

1.2. Birdəfəlik müavinətlər:

1.2.1. radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət — 300 (üç yüz) manat;

1.2.2. uşağın anadan olmasına görə müavinət — 600 (altı yüz) manat;

1.2.3. dəfn üçün müavinət — 600 (altı yüz) manat;

1.2.4. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət – 600 manat;

1.2.5. himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət – 200 manat.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 26 dekabr tarixli 567 nömrəli Fərmanı, “Əhalinin bəzi kateqoriyalarının sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 26 dekabr tarixli 568 nömrəli Fərmanı (3-cü hissəsi istisna olmaqla), “Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 sentyabr tarixli 324 nömrəli Fərmanı (3-cü hissəsi istisna olmaqla), “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 yanvar tarixli 514 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilsin.

4. Bu Fərman 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 avqust 2013-cü il

1. 17 mart 2014-cü il tarixli 130 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 mart 2014-cü il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 3, maddə 251)

2. 19 yanvar 2016-cı il tarixli 747 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 yanvar 2016-ci il, № 13, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-ci il, № 1, maddə 69)

3. 5 iyul 2018-ci il tarixli 168 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, I kitab, maddə 1454)

4. 15 aprel 2019-cu il tarixli 640 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 aprel 2019-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 640)

5. 24 noyabr 2020-ci il tarixli 1192 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 noyabr 2020-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1361)

6. 18 avqust 2021-ci il tarixli 1430 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 avqust 2021-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 922)

7. 20 dekabr 2021-ci il tarixli 1496 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 dekabr 2021-ci il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1361)

8. 28 dekabr 2022-ci il tarixli 1938 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1448)

9. 13 yanvar 2023-cü il tarixli 1966 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 yanvar 2023-cü il, “Xalq” qəzeti, 14 yanvar 2023-cü il, № 8, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 54)

10. 12 iyul 2023-cü il tarixli 2208 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 iyul 2023-cü il, “Azərbaycan” qəzeti, 13 iyul 2023-cü il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 7, maddə 933)

11. 12 mart 2025-ci il tarixli 350 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 mart 2025-ci il, “Xalq” qəzeti, 13 mart 2025-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 3, maddə 226)

12. 25 aprel 2025-ci il tarixli 378 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 aprel 2025-ci il, “Azərbaycan” qəzeti, 27 aprel 2025-ci il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 4, I kitab, maddə 345)

13. 12 iyun 2025-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 iyun 2025-ci il, “Xalq” qəzeti, 13 iyun 2025-ci il, № 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 6, maddə 548)

14. 9 yanvar 2026-cı il tarixli 575 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 yanvar 2026-cı il, “Azərbaycan” qəzeti, 10 yanvar 2026-cı il, № 5, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 1, maddə 24)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver