Qanunvericilik › “Sosial sığorta ehtiyatından istifadə Qaydası”nın və “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanının icrası ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 26.09.2017) › Tam mətn

“Sosial sığorta ehtiyatından istifadə Qaydası”nın və “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanının icrası ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 26.09.2017)

“Sosial sığorta ehtiyatından istifadə Qaydası”nın və “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanının icrası ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 26.09.2017) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Sosial sığorta ehtiyatından istifadə Qaydası”nın və “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanının 4-cü hissəsinin icrası məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.10-cu bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası

1. “Pensiya təminatının formalaşdırılması məqsədilə sığortaolunan üçün xüsusi hesabın aktivləşdirilməsinə dair ərizə” forması təsdiq edilsin (əlavə olunur).

2. “Xüsusi hesabın aktivləşdiriləcək sığortaoluna barədə məlumat” forması təsdiq edilsin (əlavə olunur).

3. “Ödənilən əlavə vəsaitlərin xüsusi hesaba daxil edilməsinə dair bildiriş (qısa ismarıc)” forması təsdiq edilsin (əlavə olunur).

4. “Ödənilən əlavə vəsaitlərin xüsusi hesaba daxil edilməsinə dair bildiriş (elektron poçt)” forması təsdiq edilsin (əlavə olunur).

5. “Xüsusi hesabdan çıxarış” forması təsdiq edilsin (əlavə olunur).

6. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Hüquq şöbəsinə (G.İsgəndərova) tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

7. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Ümumi şöbəsinə (L.Abdullayeva) tapşırılsın ki, bu Qərarın surətinin çoxaldılaraq Nazirliyin aidiyyəti struktur bölmələrinə çatdırılmasını təmin etsin.

8. Qərarın icrasına nəzarət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2014-cü il 28 fevral tarixli 11/7-32 nömrəli əmri ilə müəyyən edilmiş kurasiya bölgüsünə əsasən həyata keçirilsin.

sənədi verən orqanın adı:

*Əlaqə telefonları və (və ya) elektron poçt ünvanı:

* Xüsusi hesaba əlavə vəsait daxil olduqda bildirişin göndərilməsi üçün əlaqə vasitələrindən birinin qeyd edilməsi zəruridir.

Çap tarixi: dd.mm.yyyy hh:mm

Əlaqə telefonları və (və ya) elektron poçt ünvanı:

Çap tarixi: dd.mm.yyyy hh:mm

Soyadı, adı, ata adı (FİN: XXXXXXX) xüsusi hesabına GG.AA.İİ tarixində soyadı, adı, ata adı (FİN: XXXXXXX) tərəfindən MMMM.MM AZN məbləğində əlavə vəsait daxil olmuşdur.

Çap tarixi: dd.mm.yyyy hh:mm

Çap tarixi: dd.mm.yyyy hh:mm

1. 19 avqust 2026-cı il tarixli 3-17/3-5-16/2026 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202608193516, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 avqust 2026-cı il)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver