14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir.
14.3. Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:
14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi;
14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi.
14.4. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: Sığorta haqqına cəlb edilən aylıq gəlir sosial sığorta haqqı dərəcəsi cəmi sığortaolunanın gəlirlərindən tutulan sığortaedənin vəsaiti hesabına ödənilən 200 manatadək 25 faiz 3 faiz 22 faiz 200 manatdan 8000 manatadək 25 faiz 6 manat + 200 manatdan 8000 manatadək olan hissənin 10 faizi 44 manat + 200 manatdan 8000 manatadək olan hissənin 15 faizi 8000 manatdan çox olduqda 21 faiz 786 manat + 8000 manatdan çox olan hissənin 10 faizi 1214 manat + 8000 manatdan çox olan hissənin 11 faizi
14.5. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortao Maddə 14. … an çox olan hissənin 10 faizi 1214 manat + 8000 manatdan çox olan hissənin 11 faizi
14.5. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:
14.5.1. sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının 15 faizindən az 100 faizindən çox olmamaq şərtilə, gəlirlərinin (xərclər çıxılmadan) 2 faizi miqdarında; 14.5.1-1. Bu maddədə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər üçün: 14.5.1-
1.1. toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət, fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət – minimum aylıq əməkhaqqının 8 faizi miqdarında; 14.5.1-
1.2. çəkməçi, pinəçi, bərbər, dərzi fəaliyyəti, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri, nəqqaşlıq emalatxanalarının fəaliyyəti, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən (ofisiant), fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər – minimum aylıq əməkhaqqının 5 faizi miqdarında; 14.5.1-
1.3. mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlə Maddə 14. … ətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və əlilliyi olan uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır: 5 hektaradək olduqda – 5 faiz miqdarında; 5 hektardan 10 hektaradək olduqda – 7,5 faiz miqdarında; 10 hektardan yuxarı olduqda – 12,5 faiz miqdarında; 14.5.1-
1.4. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” almaqla avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımaları – minimum aylıq əməkhaqqının 6 faizi miqdarında. 14.5.1-2. Bu Qanunun 14.5.1-1-ci maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər (bu Qanunun 14.5.1-1.3-cü maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla) üçün aylıq sosial sığorta haqqının məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən olunur: Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0; Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5; Digər şəhər və rayonlarda – 1,0.
14.5.2. mülki hüquqi xarakterli müqav Maddə 14. … daxil olmaqla) – 2,0; Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5; Digər şəhər və rayonlarda – 1,0.
14.5.2. mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) üzrə ödəmə mənbəyindən tutulmaqla - gəlirlərinin 25 faizi miqdarında;
14.5.3. xüsusi notariuslar üzrə - minimum aylıq əməkhaqqının on mislinin 25 faizi miqdarında; 14.5.3-1. xüsusi icra məmurları üzrə – minimum aylıq əməkhaqqının beş mislinin 25 faizi miqdarında;
14.5.4. müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla - hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında;
14.5.5. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri və sərbəst mediatorlar – gəlirlərinin (xərclər çıxılmaqla) 15 faizi miqdarında;
14.6. Bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. 14.6-1. Bu Qanunun 14.5.1-1.1 – 14.5.1-1.3-cü maddələrində göstərilən fiziki şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqqı “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi d ö vlət sosial s ığ orta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” alınarkən, bu Qanunun 14.5.1-1.4-cü maddəsində göstərilən fiziki şəxslər tərəfindən isə “Fərqlənmə nişanı” alınarkən ödənilir.
14.7. Bu Maddə 14. … da qəbz” alınarkən, bu Qanunun 14.5.1-1.4-cü maddəsində göstərilən fiziki şəxslər tərəfindən isə “Fərqlənmə nişanı” alınarkən ödənilir.
14.7. Bu qanunun məqsədləri üçün neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
14.8. Texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və həmin podratçı ilə birbaşa müqavilə bağlamış subpodratçı ilə bağlanmış əmək müqaviləsi (kontraktı) əsasında həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslər (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) üzrə, 2023-cü il yanvarın 1-dən 10 il müddətində məcburi dövlət sosial sığorta haqqı öz seçimlərindən asılı olaraq minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya muzdlu işdən əldə edilən gəlirlərdən bu Qanunun 14.3-cü və 14.4-cü maddələrinə uyğun olaraq ödənilir. Bu maddədə nəzərdə tutulan sığortaolunan hər il yanvar ayının 15-dək, sığortaolunanın (yeni işəgötürülən şəxslər istisna olmaqla) seçim hüququ cari il ərzində yarandıqda isə bu hüququn yarandığı gündən 15 gün ərzində öz seçimi barədə yazılı məlumatı sığortaedənə təqdim edir və təqvim ilinin sonunadək həmin seçim dəyişdirilmir. Növbəti təqvim ili üçün sığortaolunan yanvar ayının 15-dək seçimi barədə yazılı məlumatı təqdim etmədikdə, sığortaedən həmin sığortaolu Maddə 14. … dəyişdirilmir. Növbəti təqvim ili üçün sığortaolunan yanvar ayının 15-dək seçimi barədə yazılı məlumatı təqdim etmədikdə, sığortaedən həmin sığortaolunanın əvvəlki ildəki seçimini tətbiq edir. Təqvim ili ərzində qeyd edilən kateqoriyadan olan yeni işəgötürülən şəxsə münasibətdə həmin şəxsin əmək müqaviləsi bağlamaq üçün verdiyi ərizədə qeyd etdiyi seçimi tətbiq edilir və təqvim ilinin sonunadək həmin seçim dəyişdirilmir. Sığortaolunanın seçim hüququ cari il ərzində yarandıqda məcburi dövlət sosial sığorta haqqının bu maddənin birinci hissəsinə uyğun olaraq hesablanması seçim hüququnun yarandığı gündən etibarən həyata keçirilir. Sığortaolunan seçim hüququnu itirdikdə məcburi dövlət sosial sığorta haqqının bu maddənin birinci hissəsinə uyğun olaraq hesablanması seçim hüququnun itirildiyi gündən etibarən dayandırılır.