QanunvericilikSosial sığorta haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 20

Maddə 20. Məcburi dövlət sosial sığortası vəsaitlərinin mənbələri Məcburi dövlət sosial sığortasının vəsaitləri aşağıdakı mənbələr hesabına

Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

yaradılır: məcburi və könüllü (əlavə) sosial sığorta üzrə daxil olan sığorta haqqı; dövlət büdcəsindən ayırmalar; maliyyə sanksiyalarının və cərimələrin tətbiqi nəticəsində daxil olan məbləğlər; sanatoriya-kurort yollayışlarının satışından əldə edilmiş vəsaitlər; bank kreditləri; qanunvericiliyə uyğun əldə edilmiş digər gəlirlər. Bu qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi orqanları tərəfindən tətbiq edilən və bu Qanunun 19.1-ci maddəsində nəzərdə tutulan fonda daxil olan maliyyə sanksiyası məbləğinin 43 faizi və sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanan faiz məbləğinin 23 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına, 7 faizi isə dövlət büdcəsinə köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. IV fəsil. KÖNÜLLÜ (ƏLAVƏ) SOSİAL SIĞORTA

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver