Qanunvericilik › Sosial xidmət haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Sosial xidmət haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. sosial xidmət – çətin həyat şəraitində yaşayan şəxsin (ailənin) sosial problemlərinin aradan qaldırılması və ictimai həyatda digər insanlarla bərabər iştirak imkanlarının yaradılması istiqamətində həyata keçirilən kompleks tədbirlər;

1.0.2. çətin həyat şəraiti – şəxsin (ailənin) sosial xidmətə götürülməsi üçün əsas yaradan və həyat fəaliyyətini obyektiv surətdə pozan, təkbaşına, uşaqlara münasibətdə, həmçinin ailəsinin köməyi ilə aradan qaldıra bilmədiyi hal;

1.0.3. sosial xidmət göstərən subyektlər – sosial xidmətə tələbatın müəyyənləşdirilməsi və sosial xidmət göstərilməsi sahəsində fəaliyyət göstərən dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər (sosial xidmət müəssisəsi, sosial işçi, sosial xidmətçi);

1.0.4. sosial xidmət müəssisələri – mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq əhaliyə sosial xidmət göstərilməsi sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslər;

1.0.5. sosial işçi – bu Qanunla müəyyən olunmuş qaydada sosial xidmətə olan tələbatı qiymətləndirən və müəyyən edən, eləcə də sosial xidmət göstərən şəxs;

1.0.6. sosial xidmətçi – sosial-məişət xidmətləri göstərən şəxs;

1.0.7. sosial xidmətə götürülmüş şəxs (ailə) – çətin həyat şəraiti ilə əlaqədar sosial xidmət göstərilən şəxs (ailə);

1.0.8. ahıl – yaşı 70-ə çatmış şəxs;

1.0.9. sosial xidmətin göstərilməsi üzrə standartlar – normativ hüquqi aktlarla sosial xidmət göstərilməsinin keyfiyyətini və həcmini müəyyən edən şərtlər;

1.0.10. sosial yadırğama (dezadaptasiya) – şəxsin (ailənin) sosial mühitə uyğunlaşma qabiliyyətinin itirilməsi;

1.0.11. sosial məhrumiyyət (deprivasiya) – şəxsin (ailənin) əsas həyati tələbatlarını müstəqil şəkildə ödəmək imkanlarının məhdudlaşması və (və ya) ondan məhrum olması;

1.0.12. sosial mühit – şəxsin (ailənin) yaşaması, formalaşması və fəaliyyət göstərməsi üçün iqtisadi, sosial, siyasi və mənəvi şərtlərin məcmusu.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver