Qanunvericilik › Sovxoz və kolxozların islahatı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15

Maddə 15. Birgə təsərrüfatların yaradılması

Sovxoz və kolxozların islahatı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Birgə təsərrüfatlar əsasən sovxoz və kolxozların torpağının və əmlakının özəlləşdirilməsi (bölüşdürülməsi) və birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilməsi nəticəsində yaradılır.

Birgə təsərrüfatdan payını almaq istəyən şəxs payını naturadaala bilər, bu mümkün olmadıqda payın dəyəri ödənilir.

Bu təsərrüfatlar fəaliyyətini tam sərbəst qurur və istehsal etdikləri məhsullara sərəncam verirlər. Onların fəaliyyətinə dövlət orqanları yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda müdaxilə edə bilərlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver