Qanunvericilik › Standartlaşdırma haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. Standartlaşdırma üzrə normativ sənədlərin tətbiqi

Standartlaşdırma haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

12.1. Standartlaşdırma üzrə normativ sənədlər malın (xidmətin, işin), onunla əlaqəli prosesin, idarəetmə sisteminin, istehsal metodlarının və fiziki şəxslərin standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsi, tədarük olunan (göndərilən) mallara (xidmətə, işə) və proseslərə texniki sənədlərin (konstruktor, texnoloji layihə) və kataloq vərəqələrinin işlənilib hazırlanması zamanı könüllü şəkildə tətbiq olunur.

12.2. Malın (işin, xidmətin), onunla əlaqəli prosesin, idarəetmə sisteminin, istehsal metodlarının və fiziki şəxslərin müvafiq standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğunluğunun təsdiq edilməsi prosesindən əvvəl milli standartlaşdırma qurumundan standartlaşdırma üzrə normativ sənədlərin rəsmi nəşrlərinin əldə olunması və onların tələblərinə riayət olunması məcburi hesab olunur.

12.3. Qanunvericilik aktlarında birbaşa istinadlar yalnız ölkə ərazisində qüvvədə olan dövlət dilində dərc edilmiş standartlaşdırma üzrə normativ sənədlərə verilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver