Qanunvericilik › Standartlaşdırma haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Standartlaşdırma sahəsində normativ sənədlər

Standartlaşdırma haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

5.1. Standartlaşdırma sahəsində normativ sənədlərə aşağıdakılar aiddir:

5.1.1. dövlət standartları, o cümlədən ilkin dövlət standartları;

5.1.2. bu Qanunla müəyyən olunmuş qaydada tətbiq edilən beynəlxalq və regional, dövlətlərarası, eləcə də xarici dövlətlərin standartları;

5.1.3. texniki şərtlər.

5.2. Standartlaşdırma sahəsində sənədlərdə nəzərdə tutulan tələblər beynəlxalq standartlara uyğun olmalı, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmalı, standartlaşdırma obyektinin şərtlərini nəzərə almalı, habelə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərini pozmamalıdır.

5.3. Standartlaşdırma üzrə normativ sənədlər standartlaşdırma üzrə dövlət fonduna daxil edilir.

5.4. Standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, razılaşdırılması, ekspertizası, qəbul edilməsi, dövlət reyestrinə və fonduna daxil edilməsi, dəyişikliklər edilməsi və nəşri qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver