QanunvericilikAzərbaycan Respublikasının Su Məcəlləsi › Maddə 12

Maddə 12. Su obyektləri üzərində dövlət mülkiyyəti Dövlət mülkiyyətində aşağıdakı su obyektləri saxlanılır: Xəzər dənizinin (gölünün) Azərbaycan

Azərbaycan Respublikasının Su Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Respublikasına mənsub olan bölməsi; sərhəd su obyektləri; dövlət və yerli əhəmiyyətli yerüstü və yeraltı su obyektləri; xüsusi qorunan su obyektləri. Dövlət mülkiyyətində olan su obyektləri qanunvericilikdə müəyyən edilmiş qaydada istifadəyə, icarəyə və bələdiyyə mülkiyyətinə verilə bilər. Dövlət mülkiyyətində olan su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver