QanunvericilikAzərbaycan Respublikasının Su Məcəlləsi › Maddə 29

Maddə 29. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırma

Azərbaycan Respublikasının Su Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırma sudan istifadə limitlərinin müəyyən edilməsi və su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji, metroloji standartların, normaların və qaydaların işlənib hazırlanması və qəbul edilməsindən ibarətdir. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırma qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. III bölmə Su obyektlərinin istifadəsi və mühafizəsi V fəsil Su obyektlərindən istifadə

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver