QanunvericilikAzərbaycan Respublikasının Su Məcəlləsi › Maddə 31

Maddə 31. Su obyektlərindən istifadə hüququ Su obyektlərinin mülkiyyətçisi olmayan hüquqi və fiziki şəxslər su obyektləri üzərində aşağıdakı

Azərbaycan Respublikasının Su Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

hüquqlara malik ola bilərlər: su obyektlərindən uzunmüddətli istifadə; su obyektlərindən qısamüddətli istifadə; su obyektlərindən məhdud istifadə (su servitutları). Su obyektlərinin istifadəçiləri su obyektlərindən istifadəni bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirirlər. Su obyektləri istifadəçiləri su obyektlərindən istifadə hüququna bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda sərəncam verə bilərlər. Su obyektlərinin icarəyə verilməsi icarə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bu Məcəlləyə uyğun olaraq həyata keçirilir. Çayın məcrasının dəyişməsi və ya su obyektlərinin yerləşməsində digər dəyişikliklər, əgər bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, su obyektlərindən istifadə hüququnun dəyişməsinə və ya istifadə hüququna xitam verilməsinə səbəb olmur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver