QanunvericilikAzərbaycan Respublikasının Su Məcəlləsi › Maddə 53

Maddə 53. Sudan istifadəyə dair ümumsistem planları

Azərbaycan Respublikasının Su Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Sudan istifadəyə dair ümumsistem planları rayon və respublika əhəmiyyətli suvarma sistemləri üzrə tərtib edilir. Sudan istifadəyə dair ümumsistem planları, su obyektlərinin istifadəçiləri tərəfindən sudan təsərrüfatdaxili istifadə planları və sudan istifadə müqavilələri əsasında tərtib edilir. Sudan istifadəyə dair ümumsistem planları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təsdiq edilir. Sudan istifadə müqavilələri su obyektlərinin istifadəçiləri ilə su istehlakçıları arasında bağlanır. Müqavilələrdə verilən suyun miqdarı və yeri, müddəti, tərəflərin qarşılıqlı öhdəlikləri və digər məlumatlar göstərilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver