qurğulardan mal-qaranın sürülüb keçirilməsi, traktorların, kənd təsərrüfatı maşınlarının, avtomobillərin və digər nəqliyyat vasitələrinin bu məqsəd üçün ayrılmamış su obyektlərinin ərazisindən keçməsi qadağan edilir. Çaylarda, kanallarda və digər yerüstü sututarlarda mal-qaranın su içməsinə yalnız xüsusi olaraq düzəldilmiş suvarma meydançaları olduqda və ya bu məqsəd üçün ayrılmış yerlərdə yol verilir. Nəqliyyat vasitələrinin və kənd təsərrüfatı maşınlarının keçməsi, mal-qaranın sürülməsi və su içməsi üçün yerlər müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir və həmin yerlər xüsusi işarələrlə göstərilir. Mal-qara sürülən yollar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qayda və şərtlərlə su ilə təchiz olunmalıdır. IX fəsil Su obyektlərindən sənaye və hidroenergetika məqsədləri üçün istifadə
Qanunvericilik › Azərbaycan Respublikasının Su Məcəlləsi › Maddə 58
Maddə 58. Mal-qaranın sürülməsi, suvarılması və nəqliyyat vasitələrinin keçməsi üçün yerlər müəyyən edilməsi Kanallardan və başqa hidrotexniki
Azərbaycan Respublikasının Su Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Bu maddə sizin işinizə necə tətbiq olunur?
Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.
Sual ver