QanunvericilikAzərbaycan Respublikasının Su Məcəlləsi › Maddə 60

Maddə 60. İçməli suyun sənaye məqsədləri üçün istifadəsinin məhdudlaşdırılması Təbii fəlakət, qəza və digər fövqəladə şərait hallarında və ya

Azərbaycan Respublikasının Su Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

müəssisə tərəfindən içməli su ayrılmış limitdən artıq işlədildikdə, müvafiq icra hakimiyyəti orqanları birinci növbədə əhalinin içməli su və məişət ehtiyaclarının ödənilməsi xeyrinə su kəmərlərindən sənaye məqsədləri üçün içməli suyun götürülməsini məhdudlaşdıra və ya qadağan edə bilər, habelə ayrı-ayrı müəssisələrin, idarələrin və təşkilatların tabeliyində olan içməli su kəmərlərindən içməli suyun sənaye məqsədləri üçün götürülməsini müvəqqəti azalda bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver