QanunvericilikAzərbaycan Respublikasının Su Məcəlləsi › Maddə 63

Maddə 63. Su obyektlərindən hidroenergetika ehtiyacları üçün istifadə

Azərbaycan Respublikasının Su Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Su obyektlərindən hidroenergetika ehtiyacları üçün istifadə iqtisadiyyatın digər sahələrinin mənafeyi nəzərə alınmaqla, habelə sulardan kompleks istifadə şərtlərinə riayət olunmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir. Hidroenergetika ehtiyacları üçün verilmiş su obyektlərindən eyni zamanda başqa məqsədlər üçün də istifadə edilə bilər. Hidroenergetika müəssisələri su obyektlərinin istifadəsinə, su anbarlarının doldurulması və istismar rejiminə dair müəyyən olunmuş qaydalara riayət etməli, gəmilərin və bərələrin maneəsiz və təhlükəsiz keçməsini, habelə balıqların kürütökmə yerlərinə buraxılmasını təmin etməlidirlər. X fəsil Su obyektlərindən nəqliyyat ehtiyacları üçün istifadə

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver